28 Noyabr 2023 10:20
316
CƏMİYYƏT
A- A+
El yurda dönür

El yurda dönür

 

30 illik həsrətə son qoyulur

 

Hər dəfə insanlarımızın doğma yurdlarına döndüklərini eşidəndə özümüzdən asılı olmayaraq kövrək hisslər keçiririk. Neçə illər idi ki, onlar el-obalarından didərgin düşmüşdülər. Geri dönəcəkləri günü intizarla, həsrətlə gözləyirdilər.
Evlərindən, kənd-kəsəklərindən erməni işğalçılarının güllə yağışı altında çıxmış bu insanların bəziləri düşmən əlinə keçməmək üçün qurulu ev-eşiklərini qoyub canlarını güclə götürüb qaça bilmişdilər. Bəziləri isə evinin qapısını tələm-tələsik qıfıllayıb bir gün qayıtmaq ümidi ilə açarlarını özü ilə götürmüşdü. Bu dəhşətli, ağrı-acılarla dolu olan günlərdə tale onların alnına köçkün adı yazmışdı.
Uzun illər idi gözləyirdilər ki, günlərin birində onların qapılarını torpaqların azad olunduğu xəbəri döyəcək. Yaşayışları dövlət tərəfindən nə qədər asanlaşdırılsa da, hər cür şəraiti olan yeni ev və mənzillərlə təmin olunsalar da, hamısının fikri doğma yurdlarında qalmışdı. Ciblərində gəzdirdikləri paslanmış açarlari ilə evlərinin qıfıllarını açmaq,  doğulduqları həyətə qayıtmaq arzusu ilə yaşayırdılar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun zabit və əsgərlərinin erməniləri məğlubiyyətə uğradacağı, torpaqları işğaldan azad edəcəyi günü beləcə səbirsizliklə gözləyirdilər.  
Şükürlər olsun ki, həmin o gün gəldi, qələbə xəbəri hamı kimi onların da qapısını döydü. 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində Vətən müharibəsi başladı. Azərbaycan Ordusunun hərbi qulluqçuları 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ermənistan ordusunu darmadağın etdi. 30 ilə yaxın işğalda qalmış torpaqlar ermənilərdən azad olundu. Qələbə xəbəri ildırım surəti ilə hər tərəfə yayıldı. Bu xəbərə bəlkə də ən çox sevinən məcburi köçkünlər oldu. Çünki böyük zəfər onları yurda qaytaracaqdı. Bu şad xəbərdən sanki onların illərdən bəri ciblərində gəzdirdikləri açarlarının pası da töküldü. Gözlər güldü, könüllər açıldı. Zəfər xəbəri hamının ürəyindən həsrəti, nisgili sildi. 
İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatandan sonra Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri başladı. Qısa müddət ərzində geniş yollar çəkildi, Zəngilanda, Füzulidə beynəlxalq aeroport tikilib istifadəyə verildi. İnsanların geri dönməsi üçün evlər inşa olundu, qəsəbələr, kəndlər salındı. Artıq el Zəngilana, Laçına, Füzuliyə dönür. İnsanlar doğma ocaqlarına Müzəffər Ali Baş Komandana dərin minnətdarlıq hissləri ilə qayıdırlar. Bu günlər yurd həsrətlərinə son qoyulmuş adamlar həyatlarının ən xoş, ən gözəl anlarını yaşayırlar. Zəngilan rayonunun Ağalı kəndinə, doğma el-obasına qayıtmış keçmiş qaçqınlarla söhbət edərkən bir daha bunun şahidi olduq.  
İşğaldan əvvəl kənddəki məktəbin direktoru olmuş Seyfəddin Səmədov söhbət zamanı dedi ki, 1953-cü ildə bu torpaqda doğulmuşdur: "Azərbaycan Pedoqoji Universitetinin Riyaziyyat fakültəsini bitirmişdim. Taleyimə düşən ömrümü yaşayırdım. Amma ermənilər bizi doğma ocaqlarımızda yaşamağa qoymadılar. 1993-cü ilin oktyabr ayında doğma ocaqlarımızdan didərgin düşdük. Torpaqlarımızı itirsək də, yurda olan sevgimizi itirmədik. 30 il ərzində yurd həsrəti çəkə-çəkə ağrı-acılarla dolu köçkünlük həyatı yaşadıq. 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində başlanan Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmənə qalib gəldi, ərazilərimizi işğaldan azad etdi. 28 oktyabr 1993-cü ildə qoynunda dünyaya göz açdığım Ağalı kəndindən qaçqın düşmüşdüm. Təsadüfə baxın ki, 30 ildən sonra məhz həmin gün doğma kəndimizə qayıtdıq. Çox şükürlər olsun ki, bu günü gördük. Yurdumuza sevinclə, qürurla qayıtmışıq. Bu səadəti bizə nəsib etdiyinə görə Ali Baş Komandana, Azərbaycan Ordusuna minnətdarıq. Torpaqlarımızın azadlığı uğrunda şəhid olanlara ürəkdən, qəlbdən deyirəm ki, haqqını bizə halal et, hər qarış torpaq uğrunda canından keçən Vətən oğlu. Haqqını halal et, övlad böyüdüb Vətən torpağına sipər edən, məğrur Azərbaycan qadını!"
Minayə Mahmudova da bizimlə kövrək hisslərlə danışdı: "Ağalıdan köçkün düşəndə 20 yaşım var idi. İndi 50 yaşın içindəyəm. Doğma ocaqlarımıza övladlarımla, nəvələrimlə qayıtmışam. Təəssüflər olsun ki, valideynlərim torpaq həsrətinin ağrısına dözməyib dünyalarını dəyişdilər. 2020-ci ildə ərazilərimiz işğaldan azad olunanda atam Məhəmməd sağ idi, xəstə yatırdı. Kəndimizin azad olunduğunu ona xəbər verəndə gözləri yaşardı, səsi titrədi. Əlini astaca döşəyinin altına aparıb bir topa açar çıxarıb mənə verərək dedi ki, qızım, bu, evimizin açarlarıdır, itirmə, yaxşı saxla. Kəndimizə qayıdanda ermənilərin  evimizi yerlə bir etdiklərini gördüm. Amma açarları atmamışam. Onu valideynlərimdən yadigar kimi qoruyub saxlayıram. Artıq 30 illik həsrətə, nisgilə son qoyulub. Buna görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarıq".  
Yaxın vaxtlarda məcburi köçkünlərin doğma ocaqlarına köçlərinin yeni dalğası başlayacaq. Qubadlı, Cəbrayıl, Kəlbəcər, Xocalı, Ağdərə, Xankəndi, Şuşa, bir sözlə, işğaldan azad olunmuş bütün ərazilərimiz doğma sakinlərini öz qoynuna alacaq. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!