31 Oktyabr 2025 18:19
511
SİYASƏT
A- A+
Ekspert: ABŞ-ın səyləri Bakı ilə İrəvan arasında sülh prosesini sürətləndirib  

Ekspert: ABŞ-ın səyləri Bakı ilə İrəvan arasında sülh prosesini sürətləndirib  


ABŞ Prezidenti Donald Trampın administrasiyasının 2025-ci ildə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, həmçinin regionda siyasi və iqtisadi qarşılıqlı əlaqələrin yaxşılaşdırılmasına diqqəti cəmləşdirmək qərarı həqiqətən də nəzərəçarpan müsbət təsirini göstərib. Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində amerikalı politoloq və beynəlxalq münasibətlər üzrə ekspert Devid Felson bildirib.

Ekspertin sözlərinə görə, Vaşinqtonun bu addımı həm başa çatmış münaqişənin tərəfləri, həm də beynəlxalq ictimaiyyət üçün mühüm bir siqnal olub.

“ABŞ administrasiyasının bu qərarı Cənubi Qafqazın iki ölkəsi arasında etimadın möhkəmlənməsi prosesinə təkan verdi. Bakı ilə İrəvan arasında dialoq konstruktiv səviyyəyə yüksəldi və bu, öz-özlüyündə ciddi diplomatik uğurdur”, — deyə agentliyin həmsöhbəti qeyd edib.

O vurğulayıb ki, bu prosesdə Ağ Evin ardıcıl mövqeyi xüsusi rol oynayıb.

“Prezident Tramp onilliklər boyu davam edən qarşıdurmadan sonra regionda sülhə nail olunmasında irəliləyişi öz nailiyyəti kimi qürurla qeyd edir. 2025-ci ilin avqustunda ABŞ-ın vasitəçiliyi ilə keçirilən sülh sammiti və Azərbaycan və Ermənistan liderlərinin Ağ Evdə qəbul edilməsi rəmzi an oldu. O, qarşılıqlı xoş niyyət atmosferi yaratdı və göstərdi ki, iki ölkə arasında davamlı sülhə dair Amerikanın dəstəyi sadəcə bir bəyanat deyil, real siyasi öhdəlikdir,” — deyə politoloq hesab edir.

Felsonun sözlərinə görə, 2025-ci il avqustun 8-də əldə olunmuş razılaşma bütün tarixi əhəmiyyətinə baxmayaraq, uzunmüddətli sülh yolunda ilk addımdır.

“Bu dinamika gərək dayanmasın. Artıq əldə olunmuş irəliləyişi möhkəmləndirməyə imkan verəcək etimadın artırılmasına yönəlmiş əlavə tədbirlər tələb olunur. Prezident Trampın bu ilin oktyabrında verdiyi bəyanatlarda ifadə olunan sülhə daimi sadiqliyi, saxlanılması vacib olan impulsu qorumağa və dayanıqlı sülh perspektivini gücləndirməyə kömək edən müsbət siqnaldır”, — deyə o əlavə edib.

Amerikalı ekspert, həmçinin müharibədən sonrakı tənzimləməyə sistemli yanaşmanın zəruriliyinə diqqət çəkib.

“Anlamaq lazımdır ki, danışıqlar və sənədlərin imzalanması böyük bir yolun yalnız başlanğıcıdır. Davamlı sülh üçün konkret təşəbbüslər - nümayəndə heyətlərinin mübadiləsi, birgə infrastruktur və humanitar layihələr, mədəni və təhsil proqramları tələb olunur. Yalnız cəmiyyət səviyyəsində müntəzəm təmaslar vasitəsilə həqiqi qarşılıqlı etimada nail olmaq mümkündür”, — deyə Felson qeyd edib.

O vurğulayıb ki, Rusiya da daxil olmaqla bir çox xarici siyasət aktorları və digər beynəlxalq qüvvələr sülh prosesində müəyyən rol oynayıb, lakin məhz Amerikanın yardımı bu prosesdə zəruri irəliləyişi təmin edib.

“Vaşinqton elə bir format təklif etməyi bacardı ki, hər iki tərəf öz səsini eşidilmiş hiss etdi və əməkdaşlıq üçün real stimul aldı”, — deyə ekspert əminliklə qeyd edib.

Politoloq bildirib ki, hadisələrin bundan sonrakı inkişafı tərəflərin konstruktiv dialoqu qoruyub saxlamaq bacarığından daha çox asılı olacaq.

“Əsas məqam təkcə razılaşmanın imzalanması deyil, onun praktik reallaşdırılmasıdır. Daimi monitorinq, vətəndaş cəmiyyətinin cəlb olunması, həmçinin qarşılıqlı faydalı iqtisadi əlaqələrin yaradılması zəruridir. Sülh bir akt deyil, səbir, siyasi iradə və etimad tələb edən prosesdir”, — deyə o sözlərini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!