Əhəmiyyətsiz kağız parçası
Fransanın qərəzli qətnaməsinin heç bir təsir gücü yoxdur
Fransa parlamentinin aşağı palatası - Milli Assambleya "Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması"nı tələb edən qərəzli və ədalətsiz qətnamə qəbul edib. Qətnamə layihəsinin həmmüəllifləri isə Fransa prezidenti Emmanuel Makronun "Renessans" Partiyasının üzvləri olan deputatlardır.
Bu addım Fransanın Azərbaycana qarşı açıq düşmənçilik mövqeyini bir daha göstərir. Cənubi Qafqaz regionunda təhlükəsizlik üçün əsas təhdid olan Ermənistan-Azərbaycan münaqişəsinin indiyədək həllini tapmamasının əsas səbəblərindən biri də danışıqlar prosesində beynəlxalq vasitəçi rolunu oynamış Fransanın "status-kvo"nu qoruyub saxlamağa çalışmasıdır. Bu ölkənin Azərbaycanın ərazi bütövlüyünə qarşı qəbul etdiyi qətnamə də elə bunun bariz sübutudur.
Bu ədalətsiz dövlətin növbəti qərəzli qətnaməsi ölkımizdə günün mövzusuna çevrilib. Siyasətçilər birmənalı şəkildə qeyd edirlər ki, Fransa parlamentinin aşağı palatasının qəbul etdiyi "sənəd" əhəmiyyətsiz kağız parçasından başqa bir şey deyil.
Qətnamə ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Tural Gəncəliyev deyir ki, Fransa parlamentinin aşağı palatasının yekdilliklə qəbul etdiyi bu sənədin qərəzli olduğu açıq-aşkar görünür: "Biz Azərbaycana düşmən mövqe sərgiləyən bu qətnaməni qınayır və rədd edirik. Fransa Senatının qəbul etdiyi bədnam qətnamədən sonra aşağı palatanın da yenidən belə bir qətnamə layihəsini müzakirəyə çıxarması ona dəlalət edir ki, Fransanın siyasi elitası reallıqdan tamamilə kənara çıxıb. Fransa Azərbaycana qarşı düşmən mövqeyini açıq-aşkar ortaya qoyur. Bu qətnamələr dediyimizi bir daha təsdiqləyir. Hesab edirəm ki, bundan sonra Fransa ilə siyasətimizi ciddi şəkildə nəzərdən keçirməliyik"
Deputat bildirir ki, qətnamələrdən sonra Fransa, ümumiyyətlə, Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən tamamilə kənar tutulmalıdır: "Fransız siyasətçilərinin, Fransa institutlarının Azərbaycanla bağlı bütün layihələrdən kənarlaşdırılması da nəzərdə tutulmalıdır. Xüsusilə də Azərbaycan-Fransa dövlətlərarası münasibətlərdə fransız hakimiyyəti Azərbaycandan üzr istəməyəcəyi və ölkəmizlə bağlı riyakar mövqeyini dəyişməyəcəyi təqdirdə münasibətlərimizin normal məcrada saxlanılması mümkünsüz görünür".
T.Gəncəliyev qeyd edir ki, geopolitik baxımdan Fransa Cənubi Qafqazda çox çətin vəziyyətdədir. Fransa çırpıntılar içərisində Cənubi Qafqazda söz sahibi olmaq istədiyini, belə cılız niyyətini öz parlamentinin bizim üçün heç bir əhəmiyyəti olmayan və hətta kağız parçası belə hesab etmədiyimiz qətnamələri ilə göstərir. Təbii ki, bunun Azərbaycan əleyhinə heç bir effekti olmayacaq. Ölkəmiz 44 günlük Vətən müharibəsindən sonra daha güclü dövlətə çevrilib.
Deputatın fikrincə, Fransa parlamentinin bu qərəzli qərarı eyni zamanda göstərir ki, özlərini liberal-demokratik dəyərlərin carçısı hesab edən fransızlarda fikir müxtəlifliyi anlayışı artıq yoxa çıxıb: "Biz burada siyasi deqredasiya trendinin şahidi oluruq. Bu onu göstərir ki, Fransa elitası tamamilə Azərbaycana qarşı köklənib. Burada erməni məsələsindən yalnız bəhanə kimi istifadə edilərək Azərbaycana qarşı öz çirkin, məkrli siyasətlərini həyata keçirmək məsələləri gündəmə gətirilir".
T.Gəncəliyev qeyd edir ki, Fransa 44 günlük müharibədən sonra qazandığımız qələbəni, radikal dünya erməni diasporu da daxil olmaqla erməni faşizminin belinin qırıldığını, Ermənistanın silahlı qüvvələrinin məğlubiyyətini hələ də həzm edə bilmir. Fransanın hazırkı reaksiyası bu ölkənin nə qədər ədalətsiz, obyektiv olmayan mövqedə olduğunu göstərir. 30 il ərzində ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi münaqişənin mövcudluğundan parazit kimi istifadə edən bu ölkə indi də başqa yollar axtarır, bu dəfə də öz iç üzünü, simasını artıq başqa cür göstərir. Bu da Ermənistanla münasibətlərin normallaşması prosesinə daxil olduğumuz bir dövrdə belə addımlarla Fransanın onsuz da aşağı düşən nüfuzunun yenidən bərpa edilməsinə olan bütün imkanları məhv edir: "Bu qərəzli qətnamə tamamilə öz ziyanlarına olan utancverici bir sənəd kimi Fransa tarixinə düşəcək".
Ülkər XASPOLADOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır
08 Fevral
Azərbaycan Prezidenti: Əminəm ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq
08 Fevral
Prezident: Yaralı qardaş-bacılarımızı müalicə üçün Azərbaycana gətirməyə hazırıq ...
08 Fevral
Azərbaycan və Macarıstan hökumətləri arasında Birgə Komissiyanın növbəti iclası keçiriləcək...
08 Fevral
Milli Məclisin komitə iclasında 8 məsələyə baxılıb
08 Fevral
Prezident İlham Əliyev: Bütün Azərbaycan xalqı bu gün qardaş türk xalqının yanındadır ...
08 Fevral
“Azəri-Çıraq-Günəşli” yatağı üzrə gəlirlər açıqlanıb
08 Fevral
“Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu”nun növbəti buraxılışı olub
08 Fevral
Prezident: Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olur
08 Fevral
Prezident İlham Əliyev: Qardaş Türkiyədəki dəhşətli zəlzələ bizi çox sarsıtdı
08 Fevral
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!