Əfqanıstanda terrorçuluq yenidən baş qaldırır
UNICEF və Türkiyə əfqanlara yardım edir
Taliban hərəkatının ötən il Əfqanıstanda hakimiyyətə qayıdışı 20 il davam edən müharibəyə son qoysa da, son aylarda ölkədə təhlükəsizliklə bağlı vəziyyət yenidən pisləşməyə başlayıb. Dünən paytaxt Kabilin qərbindəki Dəşti-Bərçi rayonunda yerləşən təhsil mərkəzində baş vermiş partlayış nəticəsində azı 32 nəfər həlak olub, 40 nəfər isə yaralanıb. Bu barədə Əfqanıstan hökumətindəki mənbəyə istinadən "Əl-Cəzirə" telekanalı xəbər verib.
Bundan əvvəl Kabildə kamikadzenin törətdiyi partlayış zamanı azı 20 tələbənin öldüyü və 27 nəfərin yaralandığı barədə məlumat yayılmışdı. "France 24" telekanalının xəbərinə görə, bu qeyri-insani terror aktı tələbələr imtahana hazırlaşarkən həyata keçirilib. Yerli polis idarəsinin nümayəndəsi Xalid Zadran bildirib ki, partlayış xəzərlərin azlıq təşkil etdiyi, Dəşti-Bərçi rayonunun əsasən şiə müsəlmanlarının yaşadığı məhəlləsində baş verib.
Əfqanıstanda şiə xəzərlər onilliklər ərzində təqib olunub, Taliban isə sui-istifadədə ittiham edilib. Taliblər hakimiyyətə qayıtdıqdan sonra bu cür ittihamlar yenidən qızışıb. Xəzərlər həmçinin tez-tez Talibanın düşməni olan İŞİD qruplaşması üzvlərinin hücumlarının hədəfinə çevrilirlər.
Saysız-hesabsız hücumlar ərazini viran edib. Keçən il, Taliban hakimiyyətə qayıtmazdan əvvəl, Dəşti-Bərçidə orta məktəbin yaxınlığında törədilən üç bombalı hücumda əksəriyyəti şagird olan azı 85 nəfər həlak olmuş, 300-ə yaxın adam yaralanmışdı. Bu il sentyabrın 5-də isə Kabildə, Rusiya səfirliyinin konsulluq şöbəsinin girişinin yaxınlığında terrorçu üstündəki partlayıcı qurğunu işə salıb. Hadisə nəticəsində diplomatik missiyanın iki əməkdaşı həlak olub. Ölənlər və yaralananlar arasında Əfqanıstan vətəndaşları da olub.
UNICEF 3 su təchizatı obyektinin tikintisinə başlayır
Təhlükəsizliklə bağlı vəziyyət gərgin olsa da bəzi beynəlxalq təşkilatlar Əfqanıstanda humanitar fəaliyyətlərini davam etdirirlər. Belə ki, ölkənin Herat əyalətində UNICEF tərəfindən 18 milyon əfqanidən çox dəyəri olan üç su şəbəkəsinin tikintisinə başlanılıb. Bu barədə "8 Sobh" qəzeti yazır. Bu layihələr İncil rayonunun Tubarian və Nəvbadam kəndlərində və Quzara rayonunun Bərqanək kəndində həyata keçiriləcək. Bu layihənin başa çatması ilə Tubarian kəndində 500, Nəvbadam kəndində 1200, Bərqanək kəndində 400 ailə təmiz içməli su ilə təmin olunacaq.
UNICEF artıq Heratın digər ərazilərində də su təchizatı layihələrini həyata keçirib. Son quraqlıqlar isə kənd yerlərində ciddi su qıtlığı problemlərinə səbəb olub və təmiz içməli suyun əldə edilməsi çətinləşib.
Türkiyə zəlzələdən zərər çəkmiş yüzlərlə evi bərpa edəcək
Türkiyə Qızıl Aypara Cəmiyyəti Əfqanıstanda baş vermiş zəlzələdən zərər çəkənlərə kömək məqsədilə Paktika vilayətinin Qayan və Barmal rayonlarında 100 evi tezliklə bərpa edəcəyini açıqlayıb.
Əfqanıstan Qızıl Aypara Cəmiyyətinin rəsmisi Maylavi İlyas Naseri "Anadolu" Agentliyinə bildirib ki, Türkiyə Qızıl Aypara Cəmiyyətinin daha əvvəl verdiyi yardım zəlzələdən sonra baş qaldıran vəba xəstəliyinin yayılmasına nəzarət etməyə kömək edib.
Türkiyənin Qızıl Aypara Cəmiyyətinin Əfqanıstandakı nümayəndəliyinin rəhbəri Fərid Əhməd Ziya da insanların qışda sığınacaq ala bilməsi üçün işləri sürətləndirməyə çalışdıqlarını bildirib. O əlavə edib ki, qurum əhalinin suya olan tələbatını ödəmək üçün ərazidə on quyu da qazacaq.
Lakin yolların keçilməz olması və Qayan qəzasının çay yatağı boyunca dağlıq ərazidə yerləşməsi zəlzələdən zərər çəkənlərə yardım göstərməyi çətinləşdirir. Buna baxmayaraq, cəmiyyət öz humanitar missiyasını tam yerinə yetirmək əzmindədir.
Rizvan CƏFƏROV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən ad...
09 May
Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar
09 May
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
09 May
Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib
09 May
Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlar...
09 May
İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik ...
09 May
Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək
09 May
Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq
09 May
Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq ...
09 May
Azərbaycan sabitlik və iqtisadi möcüzələr yaradan ölkədir
09 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!