13 May 2022 13:48
776
DÜNYA
A- A+

Əfqanıstan Rusiyadan qaz və neft almaq niyyətindədir

Əfqanıstan Rusiya ilə iqtisadi əməkdaşlığı gücləndirmək və bu ölkədən qaz və neft almaq üçün müqavilələr imzalamaq niyyətindədir.

AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Moskvadakı müvəqqəti işlər vəkili Camal Nasir Qarval deyib.

“Biz biznes və maliyyə sahəsində danışıqlar aparırıq. Rusiya ilə iqtisadi əməkdaşlığı inkişaf etdirmək əzmindəyik və münasibətlərdə irəliləyişin olmasını istəyirik. Konkret sahələrə gəlincə, biz Rusiyadan neft və qaz almaqda maraqlıyıq. Bu ilk növbədə ölkəmizə lazımdır”, - deyə o bildirib.

Qeyd edək ki, Camal Nasir Qarval “Taliban” hərəkatı tərəfindən Əfqanıstanın Moskvadakı müvəqqəti işlər vəkili təyin edilib və aprel ayında Rusiya Xarici İşlər Nazirliyi tərəfindən ona rəsmi akkreditasiya təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video