05 Noyabr 2025 08:45
375
SİYASƏT
A- A+
Ədalətli müharibənin möhtəşəm zəfəri

Ədalətli müharibənin möhtəşəm zəfəri


Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları 44 günlük Zəfərin 5-ci ildönümünü bayram edir. Hər gününü sonsuz ümidlə, həyəcanla, sevinc və göz yaşları ilə yaşadığımız möhtəşəm 44 gün! İndi həmin günləri qürur və fərəh hissi ilə xatırlayırıq. 44 günün hər günü xalqımızın şanlı tarixidir. 

2020-ci il sentyabrın 27-də, Vətən müharibəsi başladığı həmin gündə dövlətimizin başçısı xalqa ilk müraciətini bu sözlərlə bitirdi: "Bizim işimiz haqq işidir. Biz Zəfər çalacağıq!" Hələ 2003-cü ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək özünün siyasi varisi İlham Əliyevə dəstək göstərməyə çağırış etmişdi. Özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Ulu Öndər əmin idi ki, onun sona çatdıra bilmədiyi taleyüklü məsələləri,  işləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıracaq. 

Tarix bu fikirlərin nə qədər doğru olduğunu sübut etdi. İllər əvvəl Ulu Öndərin əminliyi bu gün milyonlarla azərbaycanlının sarsılmaz inamına çevrildi. Hərbi-siyasi qələbə ilə bitən Vətən savaşı ilk növbədə bütün dünyaya Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qüdrətini nümayiş etdirmiş oldu. Bu gün Azərbaycan ən yüksək zirvələri fəth etməklə Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunması Prezident  İlham Əliyev siyasətinin şah əsəridir. Azərbaycan dövlətinin müstəqil varlığı Ulu Öndərin sayəsində mümkün olubsa, son 200 ildə itirilən torpaqlarımızın qaytarılması, ərazi bütövlüyümüzün təmin edilməsində qazandığımız Zəfər Müzəffər Ali Baş Komandanın ardıcıl, məqsədyönlü siyasəti və uğurlu diplomatiyası sayəsində reallaşmışdır. Məhz İlham Əliyevin yüksək sərkərdəlik məharəti və qəhrəman əsgərlərimizin igidliyi nəticəsində xalqımız birlik göstərdi və tarixi ədaləti bərpa etdi. 

Azərbaycan heç bir beynəlxalq norma və prinsipləri pozmadan, humanizm göstərərək ləyaqətli müharibə apardı. Biz həm də dünyaya yeni humanizm prinsiplərini aşıladıq. Ermənistanın dinc əhaliyə qarşı törətdiyi hərbi terrora cavabımız yalnız döyüş meydanında oldu. 

2018-ci ildə Ermənistanda hakimiyyətə gəlmiş Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" kimi populist bəyanatları, Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri və bu təxribatçı əməllərin davamı qismində 2019-cu ilin mart ayında Ermənistanın müdafiə naziri David Tonoyanın ABŞ-də rəsmi səfərdə olarkən "yeni torpaqlar üçün yeni müharibə" çağırışı münaqişənin sülh yolu ilə həlli imkanlarını sarsıtdı. 2020-ci il iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi. Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdə qanunsuz mövcudluğu regionda sülh və təhlükəsizlik üçün əsas təhdiddir və hər zaman vəziyyətin gərginləşməsinə səbəb ola bilər.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək üçün  2020-ci il sentyabrın 27-də başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etdi. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi işğaldan azad olundu. Noyabrın 8-də Azərbaycan xalqı üçün müqəddəs şəhər sayılan Şuşa işğaldan azad edildi. Qarabağın tacı olan Şuşanın azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyat idi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtulması müharibənin taleyində həlledici rol oynadı. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi. 

Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.  Məhz həmin gün Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşən xalqımızın və ordumuzun gücü ilə Vətən müharibəsi Zəfərlə sona çatmışdı. Son ikiəsrlik tarixin heç bir dönəmində, dünyanın heç bir ölkəsində görünməyən nadir bir hadisə - işğal edilmiş torpaqların hərb yolu ilə geri qaytarılması baş vermişdi. Dövlətçilik tariximizin Müstəqilliyin Bərpası, Dövlət Bayrağı və Milli Dirçəliş günləri kimi şərəf salnamələri sırasına ən möhtəşəmi, hər xalqa nəsib olmayan yeni əlamətdar tarixi gün - Zəfər Günü yazılmışdı. 

Bu gün bütün Azərbaycanda bayrağımız qürurla dalğalanır. Suverenliyini tam təmin etmiş Azərbaycan Prezident İlham Əliyevlə daha möhtəşəm zəfərlərə doğru inamla addımlayır. 


Günel CƏFƏROVA,

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax şəhər nümayəndəsi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!