18 Dekabr 2021 00:25
2902
Elm və texnika
A- A+
Dünyanın ilk işıqforu

Dünyanın ilk işıqforu

 

Hər gün bəlkə də dəfələrlə rastlaşdığımız işıqforların yol qaydalarının tənzimlənməsində əhəmiyyəti olduqca böyükdür. 3 işıqlı bu vasitənin sayəsində baş verə biləcək yol qəzalarının qarşısı alınır, qarışıqlıq yaranmadan avtomobillər öz istiqamətləri üzrə rahat hərəkət edə bilirlər. Amma işıqfor yaranan zaman bugünkü qədər sadə və asan idarə funksiyalarına sahib deyildi.

Dünyanın ilk işıqforunun “doğum tarixi” 10 dekar 1868-ci ildir. O, həmin tarixdə Londonun Parlament meydanında quraşdırılmışdı. İdeyanın əsası dəmir yolunda mövcud olan işıq sistemindən gəlirdi. Britaniya dəmir yollarının mühəndisi Con Pik Nayt yol hərəkətində bu işıqlı sistemdən istifadə fikri ilə Metropoliten polisinə müraciət etmiş və onun təklifi qəbul edilmişdi. Bu vasitənin işıqları əllə idarə olunan iki rəngdən (qırmızı və yaşıl) ibarət idi. Lakin iki aydan sonra işıqforun fəaliyyəti partlayışla sonlandı. Nəticədə onu idarə edən polis ciddi yanıq xəsarətləri aldı.

Elektrik enerjisindən istifadəyə qədər işıqforların kütləviləşməsi baş vermədi. Yalnız 1914-cü ildə Ohayo ştatının Klivlend şəhərində işıqforun ilk elektrikli versiyasına rast gəlinib. 2 rəngdən əlavə 3-cü - sarı rəngin işıqfora əlavə edilməsi isə 1919-cu ilə aiddir. Sarı rəngin bu yol nişanına salınmasından öncə bir çox yol işarələri sarı rəngdə tərtib edilirdi. Bunun səbəbi gecələr bu rəngin qırmızıdan daha aydın seçilməsi idi. İşıqfordakı sarı rəng xəbərdarlıq mənasını daşıyır. Bu nümunələrdə də rəngləri dəyişdirmək üçün düyməni basan və ya açarı çevirən insana ehtiyac var idi. İnsan gücü tələb edən bu üsul da arzuolunan nəticəni vermirdi.

1920-ci ildə işıqforlara gətirilən avtomatlaşdırılmış üsul vəziyyəti dəyişmiş və hazırkı formalarının ilkin təəssüratını yaratmışdı. Keçən dövrlər ərzində müşahidə edilən problemlər aradan qaldırılmışdır. Üç rəngin əsas sirri isə ən uzun spektr dalğasına sahibliyi və palitranın ən uyğun çalarları olmasıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

Elektron siqaret infarkt riskini artıra bilər  

15:11
18 Dekabr

Oman Sultanlığı Azərbaycanla kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini artırmaq istəyir  

15:09
18 Dekabr

Yağış yağanda…- FOTOREPORTAJ  

14:56
18 Dekabr

Türkiyə on ayda Azərbaycandan 9,8 milyard kubmetrədək təbii qaz alıb  

14:41
18 Dekabr

Azərbaycanın sədrliyi ilə AQEM-in Xüsusi İşçi Qrupu və Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclasları keçirilib  

14:37
18 Dekabr

Zilanlıda tikinti işlərinin 80 faizi başa çatıb - kənd yenidən qurulur

14:31
18 Dekabr

Elnur Əliyev: Bu ilin 9 ayında sənaye zonaları üzrə ixrac qeyri-neft-qaz ixracının 30 faizini təşkil edib 

14:25
18 Dekabr

Donald Tramp: Mən nizamsızlığa varis oldum və onu düzəldirəm  

14:18
18 Dekabr

Bu il Bakı Limanı 100 min TEU konteyner daşıyıb  

14:01
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!