31 İyul 2022 00:03
934
Səhiyyə
A- A+
Dünya sağlamlıq problemi ilə üz-üzədir

Dünya sağlamlıq problemi ilə üz-üzədir

 

ÜST artan yoluxmalara görə bir daha ölkələri virusa qarşı mübarizə tədbirlərini gücləndirməyə çağırıb

 

Bir neçə ay öncəyə qədər pandemiyaya səbəb olan koronavirus bəşəriyyəti təhdid altına alan yeganə bəla idisə, meymunçiçəyindən sonra dünya iki yoluxucu xəstəliklə mübarizə aparmaq məcburiyyətində qalıb.

 

Omikronun yeni altvariantlarının ötürücülük qabiliyyəti yüksəkdir

Son iki ilin ardından koronavirusun qismən azalması, vaksinlərin immunitet yaratması xəstəliyin ölüm riskini qismən səngitsə də, hazırda yoluxmaların sayı bəzi ölkələrdə artmağa başlayıb. Ən kəskin vəziyyət isə Yaponiyada müşahidə edilir. Yoluxanların sayının kəskin artması ilə ÜST həyəcan təbilini yenidən çalıb. Hazırda qeydə alınan Omikron ştamının BA4 və BA5 variantlarıdır. Bu altnövlər sürətli yoluxuculuğu ilə infeksiya dalğasını da artırır.

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi son məlumatlara əsasən, hazırda qlobal miqyasda koronavirus yoluxmalarının təxminən yarısı BA5 variantıdır. Çinin Uhan şəhərində isə yenidən karantin elan edilib. 3 gün müddətində mübarizə tədbirləri olduqca gücləndirilib. Ümumilikdə bu virusun yayılmağa başladığı şəhər olan Uhan pandemiyanın başladığı dövrdən ən çox qapanmaların tətbiq edildiyi şəhər olub.

 

Mübarizə tədbirləri gözardı edilməməlidir

ÜST artan yoluxmalar nəticəsində bir daha dünya ölkələrini daim virusa qarşı mübarizə tədbirlərinə diqqət etməyə çağırıb. Qeyd edilir ki, başlıca olaraq insanlar peyvənd olunmalıdırlar, yoluxmaların artacağı təqdirdə isə maskalardan istifadə etməlidirlər. Açıqlamalarda o da bildirilib ki, virusa yoluxmuş və ölüm ehtimalı qeydə alınan xəstələrin böyük əksəriyyəti peyvənd olunmayan şəxslərdir. Hazırda dünya əhalisinin 66,8 faizi ən az bir doza COVID-19 peyvəndi vurdurub.

Azərbaycanda da birrəqəmli göstəricilər son həftələrdə artaraq 3 rəqəmliyə çatıb. Dünyada və qonşu ölkələrdə artan say ölkəmizə də öz təsirini göstərib. Odur ki, baş verə biləcək vəziyyətə qarşı lazımi tədbirlər görülüb, modul tipli xəstəxanalar hər an xəstələri qəbul etmək üçün hazır vəziyyətə gətirilib.

Hazırda Omikron ştamı və onun altvariantlarının ölümcül riski digərlərinə nisbətən az olsa da, yoluxmadan müdafiə üçün sadə qaydalara əməl etmək lazımdır. Əhali arasında artıq COVID-19-la bağlı adi respirator virus infeksiyalarından biri kimi fikirlər formalaşsa da, sayların artacağı təqdirdə hər kəs məsuliyyətli davranmalıdır. Çünki laqeydliklə bu virusa təkcə özümüzü yox, bütün yaxınlarımızı və çevrəmizi də yoluxdura bilirik.

 

Meymunçiçəyi virusu 78 ölkədə qeydə alınıb

Omikronla yaşadığımız dövrdə daha bir bəşəri xarakter alan meymunçiçəyi virusu da artmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatından məlumat verilir ki, indiyədək 78 ölkədə 18 mindən çox meymunçiçəyi virusuna yoluxma halı və 5 ölüm faktı qeydə alınıb.

ABŞ isə meymunçiçəyinə yoluxan ölkələr arasında birinci yerdədir. Bu məqsədlə ölkədə peyvəndlənmə vacib hal kimi qiymətləndirilib. Təmasdan sonra vaksin vurdurmaq profilaktik tədbir kimi virusa yoluxma riskini azaldır. Səhiyyə təşkilatları tərəfindən vurğulanır ki, peyvənd nə qədər tez vurularsa, yoluxuculuq da bir o qədər azalar.

 

Dünya ölkələri peyvənd tədarükü görür

Yoluxma riskinin çox olduğu ölkələr peyvənd tədarükü görərək ehtimal edilən vəziyyətə dair riskləri azaltmağa çalışırlar. Hazırda yalnız yoluxmuş və ya virusa yoluxan şəxslə təmasda olanlara vaksin tətbiq edilir.

ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus çıxışında söyləyib ki, meymunçiçəyinə qarşı tətbiq edilən vaksinlərin effektivliyi ilə bağlı kifayət qədər məlumat olmadığından kütləvi peyvəndləmə tövsiyə edilmir. Eyni zamanda baş direktor bütün ölkələri peyvəndlərin təsiri ilə bağlı məlumatları toplayaraq paylaşmağa çağırıb.

Ölkəmizdə meymunçiçəyinə yoluxma faktı aşkarlanmasa da, bununla bağlı risk hər zaman mövcuddur. Azərbaycanda xəstəliklə mübarizə aparmaq üçün kifayət qədər müvafiq tədbirlər görülüb. Amma meymunçiçəyinin geniş yayılması virusun mutasiya edərək yoluxuculuq qabiliyyətinin artmasının göstəricisidir. Odur ki, vətəndaşlar meymunçiçəyi virusunun simptomlarını müşahidə etdikləri zaman təcrid olunmalı və həkimə müraciət etməlidirlər. Daimi olaraq bütün viruslardan qorunmaq üçün gigiyenik qaydalar mübarizədə ilkin effektiv üsuldur, onlara əməl etmək lazımdır.

 

Aydan XƏLİLOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!