Dünya fotonun gözündə
Yunan sözü olan fotoqrafiya işığın gücü ilə şəkil çəkmək texnikasıdır. Təsvirin, real süjetin işığa həssas materialda yadda saxlanılması üçün istifadə edilən qurğu fotoaparatdır.
İlk fotoaparatı alman alimi Yohann Zanın ixtira etdiyi bildirilir. Onun 1685-ci ildə yazdığı kitaba baxdıqda müasir kameralara bənzəyən obskura təsvirləri görünür. XVI əsrin ortalarından istifadə olunan kamera obskurası xaricdəki görüntünün içəridə əks edildiyi qutudur. Onlardan, əsasən, günəşə baxaraq tutulmaları araşdırmaq üçün də istifadə edirdilər.
XIX əsrdə obskura öz yerini obyektivli fotoaparat qurğularına verməyə başladı. Texniki qurğu ilə şəkil çəkmək uğrunda cəhdlər artıq yüz illərdir ki, davam edirdi. İlk fotoşəkli tarixə bəxş edən fransız ixtiraçı Jozef Nyeps oldu. 1826-cı ildə onun evinin pəncərəsindən çəkdiyi mənzərə fotoşəklinin ərsəyə gəlməsi 8 saatdan çox vaxt aparmışdı. İxtirasını mükəmməlləşdirmək istəyən Jozef Nyeps həmyerlisi rəssam və kimyaçı Luis Jak Mande ilə ortaq idi. Lakin Nyepsin vaxtsız ölümü bu istəyi yarımçıq qoydu. Ortağı isə onun ixtirasını təkmilləşdirməyə nail olur. Jak Mande 1839-cu ildə Fransa Elmlər Akademiyasında dünyanın ilk fotoaparatını təqdim edir. Görkəmli fransız fotoqrafı Jak Mande habelə tarixdə çəkilən ilk insan fotoşəklinin də müəllifi olur. Maraqlı bir məqam da odur ki, ilk fotoşəkillərdə çəkiliş prosesi o qədər uzun olurdu ki, insanların bütün təsvirlərdə üz cizgiləri solğun, bənizləri yorğun düşürdü.
1888-ci ildə “Kodak” firması içində 100 ədəd film olan fotoaparat qurğularını satışa çıxartdı. Bu fotoaparat qurğuları “düyməni basın və geridə qalanı bizə buraxın” şüarı ilə reklam edilirdi. Qısa zamanda geniş alıcı kütləsi toplayan bu fotoaparatlar çəkilişdən sonra fabrikə göndərilir, burada qurğulara boş filmlər doldurularaq sahibinə verilirdi. 1947-ci ildə Edvin Land polaroid qurğusunu ixtira etdi. Daha sonrakı illərdə isə kamera texnologiyasında baş vermis inkişaflar, rəqəmsal fotoaparatların kəşfi, mikroskopik təcrübələr, kosmik və sualtı fotoqrafiyası kimi yeni sahələr geniş şəkildə yayılmış, daha çox foto texnika yaradılmışdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır
27 Aprel
Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb
27 Aprel
Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub
27 Aprel
ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı ...
27 Aprel
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
27 Aprel
Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür
27 Aprel
Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub
27 Aprel
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
27 Aprel
Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq
27 Aprel
Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib...
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!