19 Aprel 2024 08:10
182
SİYASƏT
A- A+

Dünya diplomatiyasında ən müsbət nümunələrdən biri

 

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən vaxtından əvvəl çıxarılması tamamilə məntiqlidir

 

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarının ölkəmizdən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Qərara əsasən, rusiyalı hərbçilərin Azərbaycan ərazilərindən çıxarılması prosesinə başlanılıb. Bu istiqamətdə hər iki ölkənin müdafiə nazirlikləri tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Qeyd edək ki, uzun müddətdir Rusiya sülhməramlı kontingentinin işğaldan azad olunmuş ərazilərdə fəaliyyəti müzakirə predmetinə çevrilmişdi. Xüsusən 2023-cü ilin sentyabrında Azərbaycanın keçirdiyi uğurlu antiterror tədbirlərindən sonra onların bütün ərazilərində suverenliyini bərpa etmiş ölkədə qalmasına ehtiyac olmadığı vurğulanırdı. 2020-ci il noyabr Bəyanatına əsasən sülhməramlıların 5 il müddətinə müvəqqəti yerləşdirilməsi qərarı bu prosesin 2025-ci ilə qədər uzanacağı təsəvvürünü formalaşdırmışdı. Amma iki ölkənin ali rəhbərliyi tərəfindən rusiyalı hərbçilərin Azərbaycan ərazilərindən vaxtından əvvəl çıxarılması ilə bağlı qərar qəbul olunmuşdur. 
Mövzu ilə əlaqədar Milli Məclisin deputatı Aydın Mirzəzadə "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması iki ölkə arasında qəbul edilmiş razılığa əsasən həyata keçirilib. 
Deputat vurğulayıb ki, bu, tamamilə məntiqlidir: "Rusiya silahlı qüvvələri 2020-ci ildən Azərbaycan ərazisində fəaliyyət göstərirdi. Bu gün onların ölkəmizin ərazisində qalması üçün hər hansı bir səbəb yoxdur. Beləliklə, üçüncü ölkənin müdaxiləsi olmadan iki ölkə bu məsələni öz aralarında həll etmək qərarındadırlar". 
A.Mirzəzadə qeyd edib ki, bu, eyni zamanda Azərbaycanla Rusiya arasında qarşılıqlı etimadın yüksək olduğunu, bir-birinin ərazi bütövlüyünə, milli maraqlarına hörmətlə yanaşdığını, istənilən məsələnin öz aralarında danışıqlar, diplomatik yolla həllinin mümkünlüyünü göstərdi. Bu razılaşma dünya diplomatiyasında ən müsbət nümunələrdən biri kimi təqdir edilə bilər. Digər ölkələr də özlərinin daxili siyasətlərinə aid məsələləri Azərbaycan kimi həll etsələr, daha yaxşı olar. "Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması iki ölkə münasibətlərinin daha yüksək səviyyəyə çatdığını, bundan sonra da əlaqələrin mehriban qonşuluq münasibətləri şəraitində olacağını göstərir".

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video