28 Mart 2023 21:34
454
CƏMİYYƏT
A- A+
DTX-də Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi təntənəli şəkildə qeyd edilib  

DTX-də Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi təntənəli şəkildə qeyd edilib  

 

Ulu Öndər Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı müvafiq Sərəncamla 28 mart tarixi Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi təsis edilmişdir.

Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) AZƏRTAC-a bildiriblər ki, Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104-cü ildönümü və peşə bayramı ilə əlaqədar DTX-nin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin rəhbər əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək önünə əklil qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilərək məzarı üzərinə gül dəstələri düzülüb.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti Şəhidlər xiyabanını da ziyarət edib, qəhrəman Vətən övladlarının və Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş təhlükəsizlik orqanları əməkdaşlarının məzarlarının üzərilərinə gül dəstələri düzülüb, Xidmətin adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Tədbirin DTX-nin akt zalında keçirilmiş rəsmi hissəsində DTX-nin rəhbər şəxsləri və əməkdaşları, Azərbaycan təhlükəsizlik orqanlarının veteranları, DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları iştirak ediblər.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət Himni səsləndirildikdən sonra DTX-nin rəisi general-polkovnik Əli Nağıyev çıxış edərək, şəxsi heyətə və veteranlara peşə bayramı münasibətilə təbriklərini çatdırıb. Xidmət rəisi bir əsrdən çox yaşı olan təhlükəsizlik orqanlarının təşəkkülündən geniş söz açıb, bu orqanların inkişafında və milli maraqlara xidmət edən təşkilat kimi formalaşmasında Ulu Öndərin əvəzsiz xidmətlərini qeyd edib. O, Heydər Əliyevin sovetlər dönəmi kimi çətin bir vaxtda xüsusi xidmət orqanlarının milliləşdirilməsi prosesini cəsarətlə və uğurla apardığını, azərbaycanlı kadrları bu mühüm qurumda yüksək vəzifələrə irəli çəkdiyini vurğulayıb.

General-polkovnik Əli Nağıyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında və birbaşa göstərişləri əsasında fəaliyyətini müasir çağırışların tələblərinə uyğun qaydada quran DTX-də bu gün də Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında təməlini qoyduğu peşəkarlıq məktəbi layiqincə davam etdirilir, Azərbaycanda sabitlik və əmin-amanlıq etibarlı şəkildə qorunub saxlanılır.

DTX-nin maddi-texniki bazasının daha da möhkəmləndirilməsindən, əməkdaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından və sosial müdafiəsinin gücləndirilməsindən də bəhs edən Xidmət rəisi bütün bunların dövlət başçısının dəstəyi nəticəsində mümkün olduğunu söyləyib.

Çıxışında dünyada gedən və ciddi təlatümlərlə müşayiət olunan geosiyasi proseslərə də toxunan general-polkovnik Əli Nağıyev Azərbaycana qonşu olan bəzi dövlətlərin hazırda respublikamızın təhlükəsizliyinə qarşı yönələn məkrli əməllərindən danışaraq qeyd edib ki, həmin dövlətlərin xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin və təxribatlarının qarşısı qətiyyətlə alınır və ölkəmizdə hökm sürən təhlükəsizlik mühiti daima etibarlı şəkildə qorunur.

Xidmət rəisi Əli Nağıyev, eyni zamanda, xüsusi vurğulayıb ki, Müzəffər Ali Baş Komandanın yüksək sərkərdəlik məharəti, Azərbaycan Ordusunun rəşadəti sayəsində işğaldan azad olunmuş və hazırda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı ərazilərə “Böyük Qayıdış” proqramı əsasında vətəndaşlarımızın köçürülməsi prosesinin müvəffəqiyyətlə gerçəkləşdirilməsi üçün digər dövlət orqanları kimi DTX tərəfindən də bütün imkanlar səfərbər olunacaqdır.

Daha sonra tədbirdə çıxış edənlər Ulu Öndərin təhlükəsizlik orqanlarında 25 illik xidməti fəaliyyəti dövründə nümayiş etdirdiyi peşəkarlıq nümunələrindən, Heydər Əliyevin birbaşa rəhbərliyi altında uğurla keçirilmiş əməliyyatlar, eləcə də müasir dövrdə təhlükəsizlik orqanlarının qarşısında duran vəzifələr barədə fikirlərini bölüşüblər.

Çıxışlardan sonra xidmətdə əldə etdikləri nailiyyətlərə görə fərqlənmiş əməkdaşlara mükafatların təqdim olunması mərasimi keçirilib.

Tədbirdə şəxsi heyət adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət oxunub, göstərdiyi etimada, diqqət və qayğıya görə ölkə başçısına xüsusi minnətdarlıq ifadə olunub, DTX-nin əməkdaşlarının milli maraqların və təhlükəsizliyin keşiyində daim ayıq-sayıq duracaqları, bu müqəddəs missiyanın yerinə yetirilməsi üçün bundan sonra da var-qüvvə ilə çalışacaqları qətiyyətlə bildirilib.

Sonda DTX-nin “Real” TV ilə birgə hazırladığı “La Vira - məxfi menyu” sənədli filmi nümayiş olunub.

Tədbirin bədii hissəsi DTX-nin Mədəniyyət Mərkəzində tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında konsert proqramı ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!