07 İyun 2022 16:51
902
İQTİSADİYYAT
A- A+
Dövlət Vergi Xidmətinin nümayəndə heyəti Türkiyədə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər  

Dövlət Vergi Xidmətinin nümayəndə heyəti Türkiyədə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər  

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) nümayəndə heyəti Türkiyə Respublikasının Gəlir İdarəsi Başqanlığı ilə birgə İşçi Qrupunun ilk iclasında iştirak məqsədilə Ankara şəhərinə səfər edib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC –a bildirilib ki, İşçi Qrupunun yaradılması bir müddət öncə tərəflər arasında aparılan danışıqlar zamanı qərara alınıb. Məqsəd müvafiq mövzular üzrə təcrübə mübadiləsinin aparılması, qarşılıqlı maraq kəsb edən ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsidir.

İclasın açılış mərasimində çıxış edən Türkiyə Respublikasının Gəlir İdarəsi Başkanlığının nümayəndəsi Ahmet Yıldırım bildirib ki, tarixi dostluq, qardaşlıq, qarşılıqlı etimad, səmimi münasibətlər və yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri möhkəmlənməkdə və inkişaf etməkdədir: “Əlaqələrimizin inkişafı təkcə ölkələrimizin deyil, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Azərbaycan və Türkiyə arasında formalaşmış yüksək səviyyəli siyasi və iqtisadi əməkdaşlıq vergi münasibətləri sahəsində də əlaqələrin gücləndirilməsini zəruri edir. Bu baxımdan, Dövlət Vergi Xidməti ilə Gəlir İdarəsi Başqanlığının daha sıx əməkdaşlıq üçün geniş imkanları mövcuddur”.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini, nümayəndə heyətinin rəhbəri Samirə Musayeva çıxışında qeyd edib ki, xalqlarımızın milli, mənəvi yaxınlığı ilə şərtlənən münasibətləri qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanır. Ölkələrimiz arasında yüksək səviyyəli siyasi əlaqələr və iqtisadi əməkdaşlıq mövcuddur.

S.Musayeva qeyd edib ki, DVX islahat yönümlü, beynəlxalq tələbləri rəhbər tutan müasir dövlət qurumu olmaqla, xarici ölkələrin vergi orqanları ilə sıx əməkdaşlıq edir. Xidmətin əsas hədəfləri vergilərin tam şəkildə dövlət büdcəsinə ödənilməsi, ölkədə vergi mədəniyyətinin yüksəldilməsi, “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılması, vergidən yayınmanın qarşısının alınması, vergitutmanın optimallaşdırılması və çevik inzibatçılığın yaradılması istiqamətində qabaqcıl təcrübələri öyrənmək və milli vergi sistemində tətbiqini həyata keçirməkdir.

S. Musayeva, həmçinin diqqətə çatdırıb ki, Türkiyə səfəri çərçivəsində İşçi Qrupunun üzvləri bilgi və xidmət texnologiyaları, internet vergi dairəsinin e-xidmətləri, vergi xidmətində tətbiq edilən risk analizləri və meyarları, elektron ticarətin izlənməsi və digər mövzularla bağlı təcrübələrlə tanış olmaq niyyətindədirlər.

Səfər zamanı Türkiyə Gəlir İdarəsi Başqanlığının bir neçə idarəsinin nümayəndələri ilə görüş keçirilib. Həmin görüşlərdə “Türkiyənin vergi sistemi”, “Vergi prosessual qanunu və cəza müddəaları”, “Vergi borcunun alınması qaydaları və əsasları”, “İnformasiya və kommunikasiya texnologiyaları”, “İnternet vergi idarəsi – VEDOP”, “Elektron xidmətlər: e-qaimə, e-faktura, e-kitab, e-bilet” mövzularında təqdimatlar dinlənilib, müzakirələr aparılıb.

Səfərin növbəti günlərində Türkiyə tərəfi “Elektron bəyannamə sistemi: mikro sahibkarlar üçün bəyanetmə sistemi, hazır bəyannamə sistemi”, “İnvestisiya güzəşt alətləri: mənfəət vergisi üzrə güzəştlər, ƏDV üzrə güzəştlər, turizm gəlirlərinin və sənaye istehsalının artırılması üçün tətbiq edilən vergi rejimləri”, “Transfer qiymətləndirmə sahəsində risklərin idarə edilməsi, audit və iş yeri gəlirlərinin müəyyənləşdirilməsi”, “Vergiödəyicilərinin risk profili, audit üçün təsnifatı və seçimi”, “Risklərin idarə edilməsi: “ƏDV geri al” sisteminin riskinin təhlili (KDVIRA)”, “Elektron ticarətin izlənilməsi”, "Ödənişlərin qeydiyyatı cihazları”, “Qeyri-rəsmi iqtisadiyyatla mübarizə” mövzularında təqdimatlar keçirib.

Səfər zamanı Türkiyə Gəlir İdarəsi Başqanlığı rəhbərinin müavini Mehmet Arabaci və Vergi Müfəttişliyi Şurası rəhbərinin müavini Nihat Etiklə də işgüzar görüşlər keçirilib. Türkiyədə Azərbaycanın vergi sisteminə böyük maraq olduğu bildirilib, ölkəmizin vergitutma sahəsində təcrübəsinin öyrənilməsi üçün növbəti görüşlərin keçiriləcəyinə dair ilkin razılıq əldə olunub.

Səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş bir sıra digər məsələlər üzrə müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!