19 Sentyabr 2025 08:20
468
SİYASƏT
A- A+
Dövlət suverenliyi mübarizəsinin ən yüksək zirvəsi

Dövlət suverenliyi mübarizəsinin ən yüksək zirvəsi


Azərbaycan əsrlər boyu müxtəlif çətinliklər və sınaqlarla üzləşib. Son 30 ildə isə ölkəmiz ağır bir problemin - qondarma Qarabağ münaqişəsinin həlli üçün əzmlə mübarizə aparıb. Bu müddət ərzində Azərbaycan xalqı öz haqqını bərpa etmək və torpaqlarını işğaldan azad etmək üçün böyük səylər göstərib. Ölkəmizin bu mübarizəsi həm tarixi ədalətin bərpası, həm də dövlət suverenliyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli bir mərhələ olub. Bu mübarizənin zirvəsi isə 44 günlük Vətən müharibəsində əldə olunan şanlı qələbə oldu. 

Milli Məclisin deputatı Kamran Bayramov qəzetimizə açıqlamasında bildirib ki, müharibədən əvvəl Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı danışarkən Prezident İlham Əliyev hər zaman açıq şəkildə demişdir ki, Azərbaycan torpaqlarında ikinci erməni dövləti olmayacaq. Vətən müharibəsi zamanı xarici mediaya verdiyi müsahibələrdə də dövlətimizin başçısı bu qəti mövqeyini dəyişmədən, Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcəyini vurğulamışdı.

K.Bayramov qeyd edib ki, 44 günlük hərbi əməliyyatlar nəticəsində diz çökərək kapitulyasiya edən Ermənistan və Qarabağdakı separatçı qruplaşmalar nə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərindən, nə də müharibədən dərs çıxarmaq istəmişdilər: "Əksinə, Ermənistan razılaşmanı yerinə yetirmək əvəzinə, gizli yollarla Qarabağdakı separatçılara silah-sursat göndərməyə davam edirdi. Erməni silahlı dəstələri mütəmadi olaraq təxribatlar törədərək bölgədə gərginliyi artırır, 2021-ci ildə Ermənistanda istehsal edilmiş minaları Azərbaycan ərazilərinə yerləşdirərək mina terrorunu davam etdirməyə çalışırdılar. Eyni zamanda separatçılar Azərbaycanın əzəli torpaqlarında ekoloji terror aktları həyata keçirir, qanunsuz yollarla təbii sərvətlərimizi talayırdılar. Ölkəmizin haqlı tələblərinə və Qarabağda yaşayan əhali üçün reinteqrasiya çağırışlarına məhəl qoymayan Ermənistan və separatçılar, təxribatlarını daha da artıraraq bölgədə sabitliyin pozulmasına səbəb olurdular. Hətta separatçılar özlərinin qondarma "müstəqillik" iddialarından əl çəkməyərək, oyuncaq "prezident" seçməklə qanunsuz fəaliyyətlərini davam etdirmək istəyirdilər. Bütün bunlar göstərirdi ki, işğaldan sonra yaranan vəziyyət hələ də sabitləşməmiş, separatçı qruplar və Ermənistan tərəfindən bölgədə təhdidlər hələ də mövcud idi".

Deputat xatırladıb ki, Qarabağda qalmış erməni silahlı dəstələri 2023-cü il sentyabrın 19-da növbəti dəfə genişmiqyaslı hərbi təxribat və terror aktları törətdilər. Bu təxribatlar Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə ciddi təhdid yaratmaqla yanaşı, bölgədə sülh və sabitliyə zərbə vurmağa yönəlmişdi. Azərbaycan Ordusu dərhal bu təxribatların qarşısını almaq, 2020-ci ilin üçtərəfli Bəyanatının müddəalarını tam şəkildə yerinə yetirmək və ölkəmizin konstitusiya quruluşunu bərpa etmək məqsədilə bölgədə lokal xarakterli antiterror əməliyyatlarına başladı. "Cəmi 23 saat 43 dəqiqə ərzində həyata keçirilən uğurlu əməliyyat nəticəsində separatçılar təslim olmaq məcburiyyətində qaldılar və bununla da bölgədə separatizmin kökü tamamilə kəsildi. Azərbaycan Ordusu antiterror tədbirləri zamanı yüksək peşəkarlıq göstərərək yalnız hərbi hədəfləri məhv etdi. Həmçinin mülki şəxslərin təhlükəsizliyinə xüsusi diqqət yetirildi. Əməliyyat müddətində heç bir mülki vətəndaş xəsarət almadı, mülki obyektlərə isə ziyan dəymədi. Bu, həm hərbi əməliyyatların uğurunu, həm də Azərbaycanın insan hüquqlarına və beynəlxalq normalara sadiqliyini nümayiş etdirdi. Beləliklə, Azərbaycan Ordusu həm ölkənin suverenliyini qorudu, həm də regionda sülh və sabitliyin bərpası istiqamətində mühüm addım atdı", - deyə o əlavə edib.

K.Bayramov vurğulayıb ki, həyata keçirilmiş antiterror tədbirlərinin nəticəsi olaraq qanunsuz erməni silahlı birləşmələri tamamilə tərk-silah edilərək ölkəmizdən çıxarıldı, Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi və separatçıların əsas rəhbərləri məsuliyyətə cəlb edildi. Üçrəngli bayrağımız Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəran kimi ərazilərdə ucaldılaraq Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyinin möhkəmlənməsi rəmzi olaraq nümayiş olundu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən və qətiyyətli siyasəti nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam şəkildə təmin etdi. 

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsi və 23 saat 43 dəqiqəlik antiterror əməliyyatları ilə ölkəmiz öz gücü hesabına bu tarixi bərpa işini həyata keçirib və bu uğur, suverenliyini qorumaq və ərazi bütövlüyünü təmin etmək istiqamətində çətinliklərlə üzləşən bir çox dövlət üçün parlaq nümunəyə çevrilib: "Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun keçirdiyi antiterror əməliyyatı suveren dövlətimizin qüdrətini, milli iradəsini və lazım gəldikdə ədaləti bərpa etmək qabiliyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Bu əməliyyat Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə olan sarsılmaz bağlılığının ifadəsi olmaqla, ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırdı. 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla 20 sentyabr "Dövlət Suverenliyi Günü" kimi təsis edildi. Bu tarix 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsindən başlayaraq, illərlə davam edən ərazi bütövlüyü və dövlət suverenliyi mübarizəsinin ən yüksək zirvəsidir. 2025-ci ildə xalqımız ilk dəfə bu günü rəsmi olaraq qeyd edir. Dövlət Suverenliyi Günü həm ölkəmizin müstəqillik tarixinin, həm də milli birlik və gücünün rəmzidir. Bu gün eyni zamanda keçmişin şərəfli zəfərlərini yad etmək və gələcək nəsillərə vətən sevgisini aşılamaq üçün əvəzsiz bir fürsətdir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!