26 Fevral 2026 17:43
155
CƏMİYYƏT
A- A+
Dövlət Sərhəd Xidmətində Xocalı soyqırımının qurbanları anılıb  

Dövlət Sərhəd Xidmətində Xocalı soyqırımının qurbanları anılıb  


Fevralın 26-da Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edib, struktur qurumlarda və hərbi hissələrdə silsilə tədbirlər keçirilib.

Xidmətin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyi, 1994-cü ildə məhz Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan parlamenti tərəfindən fevralın 26-sının Xocalı soyqırımı günü kimi elan edildiyi şəxsi heyətin diqqətinə çatdırılıb.

Bildirilib ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayətdir. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ardıcıl və qətiyyətli siyasəti nəticəsində faciənin beynəlxalq səviyyədə tanınması istiqamətində mühüm işlər görülüb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Qələbə qazanılıb, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Xocalı soyqırımı qurbanlarının qisası döyüş meydanında alınaraq tarixi ədalət öz yerini tapıb.

Anım tədbiri çərçivəsində Xocalı soyqırımına həsr olunmuş foto və kitab sərgiləri, faciə şahidlərinin çıxışları əsasında hazırlanmış “Danışır Xocalı” adlı sənədli film nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Komitəsində Xocalı faciəsinin qurbanları anılıb

19:11
26 Fevral

SOMDA-nın əməkdaşları Xocalı soyqırımı abidəsini ziyarət ediblər  

19:10
26 Fevral

Xankəndi, Ağdərə və Xocalıda soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib

18:58
26 Fevral

Müdafiə Sənayesi Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib  

18:49
26 Fevral

DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb 

18:42
26 Fevral

Şuşada Xocalı faciəsi qurbanlarının xatirəsinə ehtiram 

18:41
26 Fevral

İqtisadi Şuranın iclası keçirilib

18:30
26 Fevral

Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib YENİLƏNİB-3

18:30
26 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

18:19
26 Fevral

Xocalı soyqırımı qurbanları Əlcəzairdə də anılıb

18:12
26 Fevral

ETSN-in kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

18:10
26 Fevral

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib  

18:07
26 Fevral

BMT: 2025-ci ildə miqrasiya marşrutlarında təxminən 8 min nəfər ölüb

18:01
26 Fevral

Prezident: Bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin  

17:56
26 Fevral

Prezident: Xocalı Soyqırımı Memorialı silinməz yaddaşımızın təcəssümü olacaq  

17:51
26 Fevral

Dövlət Sərhəd Xidmətində Xocalı soyqırımının qurbanları anılıb  

17:43
26 Fevral

Prezident İlham Əliyev: Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük  

17:39
26 Fevral

Vəkillər Kollegiyasının rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib  

17:33
26 Fevral

Fövqəladə Hallar Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

17:23
26 Fevral

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub

17:03
26 Fevral

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:01
26 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!