22 İyun 2025 08:35
606
CƏMİYYƏT
A- A+
Dövlət qulluğu sistemində insan potensialının təkmilləşdirilməsinin innovativ üsulları

Dövlət qulluğu sistemində insan potensialının təkmilləşdirilməsinin innovativ üsulları


Məlumdur ki, innovasiyalara açıq olmayan dövlətlər iqtisadiyyatlarında innovativ ideyaları tətbiq edə bilmirlər. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda siyasi hakimiyyətin qarşısında duran başlıca vəzifə məhz çevik, ölkədə sosial-iqtisadi tərəqqini şərtləndirəcək, dövlətin suverenliyini və müstəqilliyini möhkəmləndirəcək dövlət qulluğu sisteminin formalaşdırılmasından və inkişaf etdirilməsindən ibarət idi. 

Təsadüfi deyildir ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıdışından sonra ən çox diqqət ayırdığı sahə məhz səmərəli fəaliyyət göstərəcək dövlət qulluğu sisteminin yaradılması idi. Ümumiyyətlə, qeyd edək ki, Azərbaycanda dövlət qulluğunun bir sıra xüsusiyyətlərinin araşdırılması səciyyəvi tərəfləri ilə fərqlənirlər. Bu baxımdan ölkəmizin dinamik inkişaf etdiyi, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində inamlı addımların atıldığı və demokratik dəyərlərin özünə daha ciddi yer etdiyi bir dövrdə dövlət qulluğu probleminin dərindən elmi tədqiqinin həyata keçirilməsi kifayət qədər böyük aktuallıq kəsb edir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizə rəhbərliyinin ilk illərində təbii resursların yaratdığı imkanların insan kapitalına çevrilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirib. Son onilliklərdə həyata keçirilən təhsil islahatları, innovasiya ekosisteminin formalaşdırılmasına yönəlmiş ardıcıl tədbirlər, biliyin, texnoloji qabiliyyət və bacarıqların cəmiyyətimizdə bir meyara çevrilməsi bu hədəfə doğru əldə etdiyimiz ciddi nailiyyətlərdir. İslahatlar həmçinin dövlət idarəetməsinin ənənəvi funksiyalarına proqnozlaşdırma, strateji təhlil, qiymətləndirmə, marketinq, insan resurslarının idarə olunması kimi yeni funksiyaların əlavə olunmasına, innovasiyalardan və müasir texnologiyalardan fəal istifadənin təmininə də səbəb olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2006-cı il, sonradan isə 17 may 2025-ci ildə yenilənmiş formada "Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları"nın təsdiq edilməsi barədə fərmanı dövlət qulluğu sistemində insan potensialının təkmilləşdirilməsi sahəsində düşünülmüş addım idi. 

Dövlət Qulluqçuları Reyestrinin aparılması ilə dövlət qulluğu institutunun daha səmərəli fəaliyyətinə zəmin yaradılırdı. Bu addımla artıq Azərbaycanda yeni texnologiyalar və müasir avadanlıqla təchiz edilmiş və kompüterləşdirilmiş dövlət qulluğunun məlumat-informasiya bazası yaradılmışdır. Bu isə o deməkdir ki, dövlət qulluğu sistemində işləyən hər bir məmur barədə lazım olan məlumatların operativ surətdə əldə edilməsi mümkündür. Eyni zamanda məlumat-informasiya bazasına daxil olmaqla kadr potensialının (ehtiyatda olan kadrlar da daxil olmaqla) üzə çıxarılması, vakant yerlər, habelə statistik məlumatlar barədə informasiyanın əldə edilməsi və bütövlükdə kadr prosesinin tənzimlənməsi imkanları xeyli dərəcədə artmışdır. 

Dövlət qulluğunda innovasiyaların tətbiqi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 aprel 2021-ci il tarixli "Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında qərarı olduqca əhəmiyyətli məsələdir. Siyasi və praktiki cəhətdən çox əhəmiyyətli olan xidməti fəaliyyətin qiymətləndirilməsi dövlət qulluqçusunun xidməti davranışının, qarşıya qoyulan tapşırıqların icra vəziyyəti nəzərə alınmaqla, müxtəlif meyarlar əsasında bilavasitə rəhbər tərəfindən yoxlanılması və qiymətləndirilməsi prosesidir. 

Prezident İlham Əliyev tərəfindən ölkədə iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafının təmin edilməsi, əhalinin sosial rifahının yüksəldilməsi, habelə sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşmanın yaradılması məqsədilə bir sıra dövlət proqramları da qəbul edildi və həmin sənədlər dövlət idarəetmə sisteminin təkmilləşdirilməsində öz rolunu oynadı. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası (2012-ci il), "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi" (2016-cı il), "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya" (2018-ci il) bu sıradandır. Sonuncu sənəd dövlət qulluğu sisteminin inkişaf etdirilməsi məqsədilə əsas hədəfləri və bu hədəflərə çatmaq üçün orta və uzun müddəti əhatə edən çoxşaxəli, ardıcıl, mərhələli tədbirləri müəyyənləşdirdi. Strategiyada dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunun formalaşdırılması və dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması prioritet məsələ kimi irəli çəkildi. Strategiya həmçinin kadr siyasəti, dövlət qulluqçularının rotasiyası, dövlət qulluğunda səriştə (kompetensiya) və mütərəqqi motivasiya (həvəsləndirmə) modellərinin tətbiqini də nəzərdə tuturdu. Strategiyanın icrası 2019-2021-ci və 2022-2025-ci illəri əhatə edən 2 Fəaliyyət Planının həyata keçirilməsi ilə təmin edildi.

Bunlardan əlavə, Nazirlər Kabinetinin 1 fevral 2025-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında 2025-2030-cu illər üzrə dövlət qulluqçuları üçün Təlim Strategiyasi" təsdiq edilmişdir və strategiyada digər dövlət qurumları ilə yanaşı, Dövlət İdarəçilik Akademiyası qarşısında da vacib vəzifələr qoyulmuşdur. Strategiya dövlət qulluqçularının davamlı peşəkar inkişafını təmin etmək üçün dövlət qurumlarının və qurumların tabeliyində olan təlim-tədris mərkəzlərinin, elm və təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və əlaqələndirilməsini, dövlət qulluqçularının təlim ehtiyaclarını hərtərəfli ödəyən və müasir tələblərə cavab verən peşəkar və davamlı təlim sisteminin formalaşdırılmasını nəzərdə tutur. Sənəd həmçinin dövlət qulluqçularının təlimini dövlət orqanlarının tələbatına və dövlət qulluqçularının maraqlarına uyğun həyata keçirilməsini, dövlət qulluğunda çalışmaq üçün zəruri bilik, bacarıq, təcrübə və səriştələrin mənimsənilməsini və təkmilləşdirilməsinin məqsədyönlü və sistemli prosesə çevrilməsini hədəfləyir. Belə ki, dövlət qulluqçularının təliminin cari və perspektiv tələbatlara uyğun olaraq daha məqsədyönlü, planlı və sistemli təşkili bu sahədə əsas strateji istiqamətləri müəyyən edən sənədin - dövlət qulluqçuları üçün Təlim Strategiyasının hazırlanmasını zəruri etmişdir. Strategiya dövlət qulluqçularının təlimi üzrə mövcud vəziyyətin qiymətləndirilməsini, bu sahədə başlıca dəyər və prinsiplərin formalaşdırılmasını, əsas strateji hədəflərin və bu hədəflərə çatmaq üçün həyata keçiriləcək çoxşaxəli, ardıcıl və mərhələli, orta və uzunmüddətli tədbirlərin və onların icra mexanizmlərinin müəyyən edilməsini təmin edən rəhbər sənəddir.

Strategiyanın əsas məqsədi dövlət qulluqçularının peşəkar inkişafı sisteminin təkmilləşdirilməsi, dövlət orqanlarının və dövlət qulluqçularının təlimə olan tələbatlarını hərtərəfli ödəyən peşəkar və davamlı təlim sisteminin formalaşdırılması yolu ilə dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır. Sənəd hazırlanarkən mütərəqqi beynəlxalq təcrübə və dövlət qulluqçularının təlimə olan real təlim ehtiyaclarına əsaslanan çağırışlar nəzərə alınmışdır. Bu sənəddə dövlət qulluğu sahəsində müşahidə edilən qlobal trendlər və onların mövcud dövlət qulluğu sisteminə potensial təsirləri araşdırılmış, mövcud vəziyyət təhlil edilmiş, orta və uzunmüddətli dövr üçün strateji baxış formalaşdırılmış, hədəf göstəriciləri və prioritet istiqamətlər, o cümlədən icra müddətləri göstərilməklə müvafiq tədbirlər, əsas və digər icraçılar, gözlənilən nəticələr, icra mexanizmləri təsbit edilmişdir.

Qeyd etdiyimiz kimi, strategiyanın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dörd prioritet üzrə əsas və digər icracı qurum rolunu oynayır.  Belə ki, 2027-ci ilədək dövlət orqanlarının tabeliyində olan təlim-tədris mərkəzlərinin, o cümlədən dövlət qulluqçularının təlimi prosesinə cəlb olunan elm və təhsil müəssisələrinin tədris imkanlarının, təlim-tədris bazasının, metodiki resurslarının inkişaf etdirilməsi, nəticə olaraq təlim-tədris işinin keyfiyyətli, səmərəli və interaktiv təşkil edilməsi Dövlət İmtahan Mərkəzi ilə birgə Dövlət İdarəçilik Akademiyasına həvalə edilmişdir. Bundan başqa, strategiyada 2025-ci ilədək "Dövlət qulluqçularının peşəkar və davamlı inkişafı sahəsində mövcud qanunvericiliyin təkmilləşdirilməsi" və nəticə olaraq "dövlət qulluqçularının peşəkar inkişafı sisteminə dair normativ hüquqi bazanın təkmilləşdirilməsi" nəzərdə tutulmuşdur. 

Mütəmadi olaraq "ilk dəfə dövlət qulluğu vəzifəsinə təyin  edilmiş şəxslər üçün dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi, etik davranış, maraqlar toqquşması, korrupsiyaya qarşı mübarizə və s. ilə bağlı təlimlərin keçirilməsi" və təlimlərin nəticəsi olaraq "ilk dəfə dövlət qulluğu vəzifəsinə təyin edilmiş şəxslərin peşəkarlığının artırılması", həmçinin "dövlət qulluğunda rəhbər vəzifəyə təyin edilmiş dövlət qulluqçularına idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi, komanda qurmaq və s. ilə bağlı təlimlərin keçirilməsi" və bunun nəticəsi olaraq "dövlət qulluğunda rəhbər vəzifəyə təyin edilmiş dövlət qulluqçularının peşəkarlığının artırılması" nəzərdə tutulur. Fəaliyyət Planında həmçinin mütəmadi olaraq "dövlət qulluqçularına dövlət idarəçiliyi və dövlət qulluğu ilə bağlı təlimlərin keçirilməsi" və bunun nəticəsi olaraq "dövlət qulluqçularının peşəkarlığının artırılması, davamlı inkişafının təmin edilməsi" kimi vəzifələr digər qurumlarla birgə Dövlət İdərəçilik Akademiyasının qarşısında da həlli vacib məsələlər kimi qoyulmuşdur. 

Strategiyanın "Keçirilmiş təlimin nəticələrinin qiymətləndirilməsi" adlı sonuncu - dördüncü prioritetində 2026-cı ildən başlayaraq mütəmadi olaraq müvafiq dövlət qurumları ilə birgə Dövlət İdarəçilik Akademiyasına "Təlim nəticələrinin qiymətləndirilməsinə dair təkliflərin hazırlanması" və nəticə olaraq "təlimlərin keyfiyyətinin və iştirakçıların məmnunluq səviyyəsinin artırılması" kimi vəzifələr həvalə edilmişdir. 


Dövlət qulluğunda təlimlər üzrə qlobal trendlər


Ölkənin sosial-iqtisadi həyatında baş verən proseslər dövlət qulluqçularının qısa müddət ərzində yeni şəraitə uyğunlaşmasını, bu şəraitin tələblərinə əsasən bilik, bacarıq, təcrübə və səriştələri əldə etməsini zəruri edir. Bu isə öz növbəsində dövlət qulluqçularına dəyişən dövrün tələblərinə cavab verən, qarşıya qoyulmuş yeni məqsədlərə və hədəflərə çatmaq üçün lazımi bilik, bacarıq, təcrübə və səriştələri əldə etməyə imkan verən səmərəli, peşəkar və davamlı təlim sisteminin yaradılmasını labüd edir. Qəbul edilmiş yeni strategiyaya əsasən, dövlət qulluqçularının təlimi aşağıdakı prinsiplərə əsaslanmalıdır:




Yeni texnologiyaların tətbiqi və rəqəmsal transformasiyanın inkişafı dövlət qulluqçularına keçirilən təlimlərin məhsuldarlığının artmasına müsbət təsir edir. Buna görə də dövlət qulluğu sahəsində keçirilən təlimlərdə innovativ yanaşmanın, yeni alət və vasitələrin tətbiqi zəruridir. Belə ki, təlimlər zamanı paylaşılan məlumatlar yalnız nəzəri bilikləri deyil, həmçinin biliklərin tətbiqi bacarıqlarını əhatə etməli, dinamik dəyişikliklərin təlim modullarının hazırlanması prosesinə düzgün və vaxtında adaptasiyası təmin edilməli, dövlət qulluqçularının təlimə olan tələbatları, təlim ehtiyacları mütəmadi öyrənilməlidir. Dövlət qulluqçularının təlimi həmçinin bu prinsiplərə də əsaslanmalıdır:



Təlim Strategiyasının əsas hədəf göstəriciləri dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin yüksəldilməsi, dövlət xidmətlərindən istifadə edən vətəndaşların məmnunluğunun artırılması, dövlət qulluqçularının peşəkar və davamlı inkişafına nail olunması və müasir dövrün tələblərinə cavab verən bilik, bacarıq, təcrübə və səriştələrə malik dövlət qulluqçuları korpusunun formalaşdırılmasıdır.

Prioritet hesab edilən təlim istiqamətləri isə aşağıdakılardır:

- dövlət idarəçiliyi və dövlət qulluğu;

- səriştələrin təkmilləşdirilməsi;

- dövlət orqanının (qurumunun) fəaliyyət istiqaməti;

- dövlət qulluqçusunun tutduğu vəzifənin fəaliyyət istiqamətləri.


Təlimlərin təşkili və keçirilməsi


Strategiyada nəzərdə tutulan prioritet təlim istiqaməti - dövlət idarəçiliyi və dövlət qulluğu ilə bağlı təlimlər Dövlət İmtahan Mərkəzi və ya Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən təşkil edilir və keçirilir. Prioritet təlim istiqaməti - səriştələrin təkmilləşdirilməsi ilə bağlı təlimlər mərkəz tərəfindən təşkil edilir və keçirilir. Bu təlimlərdə xidməti fəaliyyətin qiymətləndirilməsi nəticəsində "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 30-1.6-cı və 30-1.7-ci maddələrində nəzərdə tutulan meyarların hər hansı birinin təkmilləşdirilməsinə ehtiyac olan dövlət qulluqçuları iştirak edirlər. Digər bir prioritet təlim istiqaməti - dövlət orqanının fəaliyyət istiqaməti ilə bağlı təlimlər müvafiq dövlət orqanları tərəfindən təşkil edilir və keçirilir. Bu təlimlərdə həmin dövlət orqanlarında qulluq keçən dövlət qulluqçuları 2 (iki) ildə bir dəfədən az olmayaraq iştirak edirlər. Prioritet təlim istiqaməti - dövlət qulluqçusunun tutduğu vəzifənin fəaliyyət istiqamətləri ilə bağlı təlimlər mərkəz və ya iştirakçılar tərəfindən təşkil edilir və keçirilir. Bu təlimlərdə müvafiq vəzifəni tutan dövlət qulluqçuları 3 (üç) ildə bir dəfədən az olmayaraq iştirak edirlər.

Beləliklə, dövlət qulluğu sistemində islahatlar həyata keçiriləndə mürəkkəb, qeyri-standart vəzifələri orijinal şəkildə həll edən, yaradıcı, yeni idarəetmə sisteminə uyğunlaşa bilən yüksək intellektli peşəkar kadrlara ehtiyac artır. Buna görə ölkəmizdə tətbiq olunan yeni dövlət idarəetmə sisteminin daha çevik, yığcam və məqsədyönlü olması üçün inzibati alətlərdən deyil, dünyada insan resurslarının idarə olunması sahəsində əldə edilmiş innovativ nailiyyətlərdən, elmi əsaslara söykənən zəngin təcrübədən istifadə edilir. 

Azərbaycanın gələcəyin bilik və texnologiya mərkəzinə çevirmək məqsədilə "rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı" kimi formalaşdırılması ölkənin yaxın onillik üzrə strateji inkişaf xəttində əsas prioritetlərdən biri olaraq müəyyən edilib. Bu istiqamətə verilən xüsusi önəm isə təsadüfi deyil. Çünki XXI əsrin iqtisadi-sosial reallıqları, sürətlə dəyişən texnoloji mühit və qlobal miqyasda baş verən dərin elmi inqilablar dövlətləri yalnız sabit resurslara deyil, eyni zamanda dayanıqlı bilik bazasına, yaradıcılığa və yüksək intellektual potensiala əsaslanan inkişaf modelinə keçməyə vadar edir. Azərbaycan da bu çağırışlara adekvat cavab olaraq insan kapitalının inkişafını və innovasiya mədəniyyətinin köklənməsini milli tərəqqinin mühərrikinə çevirməyə qətiyyətlə səy göstərir. Bu baxımdan texnologiya əsrinin diktə etdiyi yeni reallıqlar fonunda ölkəmizin qabaqcıl ideyaların daşıyıcısı olan insan kapitalına və innovativ transformasiyalara yönəlmiş strateji seçimi təkcə iqtisadi yüksəlişin yox, həm də milli dirçəlişin və qlobal rəqabət müstəvisində layiqli yer tutmağın əsas təminatına çevrilməkdədir. 


Kəramət QƏNBƏROV,  

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Sənədlərlə iş və arxiv şöbəsinin müdiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Son 6 ay ərzində 40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna isə töhmət verilib

14:15
10 İyul

Nazir: MİQ imtahanlarında son 5-7 ildə Azərbaycan bölməsində 80 baldan yuxarı nəticə adi hal sayılır  

14:09
10 İyul

Azərbaycanda rus bölmələrinin bağlanması məsələsi gündəmdə deyil

14:08
10 İyul

Ersin Tatar: Şimali Kipr Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır  

14:07
10 İyul

Emin Əmrullayev: İmtahanda 3 sualın çıxarılması 46 nəfərin göstəricisinə müsbət təsir edib  

14:07
10 İyul

Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası işə başlayıb  

14:06
10 İyul

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına  

14:04
10 İyul

Müəllimlərin təxminən 45 faizi gələn ildən 1000 manat və daha yüksək əməkhaqqı alacaq RƏSMİ  

14:03
10 İyul

Nazir: Sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqı 1320 manatdır  

14:02
10 İyul

Nazir: Sertifikatlaşdırma prosesində iştirak edən xarici dil müəllimlərinin 12 faizi uğur qazanıb  

14:02
10 İyul

Lefkoşada “Türk dünyası ailəmizdir” mövzusunda konfrans keçirilib  

14:01
10 İyul

Riyaziyyat müəllimləri üçün sertifikatlaşdırmanın nəticələri açıqlanıb

13:59
10 İyul

Avropa Liqası: Bu gün səkkiz oyun keçiriləcək  

13:58
10 İyul

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10 faizədək artıb

12:12
10 İyul

Nazir: 7318 müəllim sertifikasiya prosesindən uğurla keçə bilmədiyi üçün əmək müqaviləsinə xitam verilib

12:09
10 İyul

2022–2025-ci illər ərzində 80 mindən çox müəllim sertifikatlaşdırma imtahanlarında iştirak edib

12:07
10 İyul

Dünya səyyahları Şuşa şəhəri ilə tanış olurlar

12:05
10 İyul

Azərbaycan və Səudiyyə Ərəbistanı karbohidrogen sektorunda əməkdaşlıq potensialını nəzərdən keçirib

12:02
10 İyul

Kiyevə dron və raketlərlə hücum edilib, ölənlər və xəsarət alanlar var

12:00
10 İyul

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

11:56
10 İyul

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

11:54
10 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!