14 May 2026 12:18
91
SİYASƏT
A- A+
Dövlət İdarəçilik Akademiyası ilə Çin Kommunist Partiyası Məktəbi arasında memorandum imzalanıb  

Dövlət İdarəçilik Akademiyası ilə Çin Kommunist Partiyası Məktəbi arasında memorandum imzalanıb  


Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Pekində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, Partiya Məktəbinin birinci prorektoru, nazir Si Çuntao ilə görüşü keçirilib.

YAP-dan AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkənin liderləri tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan-Çin münasibətlərinin bütün sahələrdə yüksələn xətt üzrə inkişafının məmnunluq doğurduğu qeyd edilib. Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında Əməkdaşlıq memorandumundan irəli gələn vəzifələrin bugünədək uğurla yerinə yetirildiyi, səmərəli işbirliyinin inamla davam etdirildiyi diqqətə çatdırılıb.

İstər Azərbaycan, istərsə də Çində gənclərlə siyasi-ideoloji işin xüsusi diqqət mərkəzində saxlanıldığı qeyd edilib. Gənclərin ictimai-siyasi həyatda, eləcə də dövlət idarəçiliyində və partiya fəaliyyətində aktiv iştirakının önəminə toxunularaq bu sahədə ixtisaslaşmış təhsil müəssisələri arasında əməkdaşlığın vacibliyi vurğulanıb.

Görüş zamanı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə ÇKP MK Partiya Məktəbi arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. Memorandumu ÇKP MK Partiya Məktəbinin birinci prorektoru Si Çuntao və DİA-nın rektoru, akademik Urxan Ələkbərov imzalayıblar.

Memorandumda əksini tapmış müddəaların icrasının tərəflər arasında qarşılıqlı maraq doğuran sahələr üzrə təcrübə mübadiləsini təmin etməklə dövlət idarəçiliyi, strateji planlaşdırma və kadr hazırlığı sahəsində mühüm nailiyyətlərə yol açacağına inam ifadə olunub.

Nümayəndə heyətinin Çin Sosial Elmlər Akademiyasının vitse-prezidenti, nazir Pin Cinhuy ilə görüşündə isə hər iki ölkədə elm və təhsilin inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu vurğulanıb, bu istiqamətdə beynəlxalq əməkdaşlığın önəminə diqqət çəkilib. Elmi əlaqələrin genişləndirilməsi ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Sonra YAP nümayəndə heyətinin Çin Arxeoloji Muzeyinə ekskursiyası təşkil edilib. Sosial Elmlər Akademiyasının vitse-prezidenti Cao Ruy ilə keçirilən görüşdə tarix elminin qarşılaşdığı yeni çağırışlar fonunda rəqəmsallaşma və süni intellekt texnologiyalarının elmi-tədqiqat prosesinə inteqrasiyası, tarixi irsin qorunması, elmi nəşrlərin qarşılıqlı mübadiləsi, ortaq layihələrin hazırlanması, eləcə də alimlər və tədqiqatçılar arasında birbaşa əlaqələrin qurulması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Səfər çərçivəsində nümayəndə heyəti Konfutsi məbədini də ziyarət edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə Prezidenti Xoca Əhməd Yəsəvi ordeninin ilk laureatı olub

15:20
14 May

Azərbaycan–Rumıniya strateji tərəfdaşlığı mədəniyyət vasitəsilə güclənir

15:12
14 May

Kiyevə hava zərbəsi nəticəsində hündürmərtəbəli yaşayış binası çöküb - AZƏRTAC-ın hadisə yerindən reportajı 

15:09
14 May

“MET Group”: Avropanın qaz gələcəyi Azərbaycan da daxil olmaqla daha çox mənbəyə əsaslanacaq  

14:53
14 May

Dövlət Komitəsinin sədri Xızıda vətəndaşların müraciətlərini dinləyib

14:42
14 May

Xarici investorlar Qarabağa sərmayə yatırmağa maraq göstərirlər - 39 ölkədən müraciətlər daxil olub

14:34
14 May

Neft-qaz sektoru üzrə 14 milyard manatdan çox sənaye məhsulu istehsal edilib  

14:27
14 May

Ekvador təmsilçisi: Bilik mübadiləsini və sülh mədəniyyətini inkişaf etdirməliyik

14:12
14 May

Özbəkistan təmsilçisi: Qlobal Cənub QHT Platforması qlobal vətəndaş cəmiyyəti üçün ümid işığıdır  

14:01
14 May

DMX WUF13 ilə əlaqədar ölkəyə səfər edən şəxslərə müraciət edib

13:51
14 May

Rumıniya mediası: Formula 1 Azərbaycan Qran-Prisi üçün xüsusi proqram hazırlanıb  

13:46
14 May

Dörd ayda sənaye sektorunda 21 milyard manatlıq məhsul istehsal edilib

13:36
14 May

Keniya təmsilçisi: Biz icmalarımızın maraqlarının qlobal səviyyədə müdafiəsinə diqqət yetirəcəyik  

13:26
14 May

Qlobal Cənub QHT Platformasının Baş katibi: İnanıram ki, birlikdə çalışaraq böyük nailiyyətlər əldə edə bilərik  

13:21
14 May

Patriarx Varfolomey: Azərbaycandakı dini tolerantlığı təqdir edirik

13:19
14 May

AZCON və AzTU-dan mühəndislik təhsilində yeni model: AZSET proqramına start verilib  

13:13
14 May

"Bakı–Xankəndi" velosiped yarışına yekun vurulub, son mərhələnin qalibi İspaniya təmsilçisi olub  

13:09
14 May

Tokayev: Qazaxıstan ilə Türkiyə arasında heç bir ziddiyyət və ya fikir ayrılığı yoxdur  

13:01
14 May

Birinci rübdə Hörmüz boğazından neft və yanacaq axını sutkada 6 milyon barel azalıb  

12:59
14 May

Azərbaycan təmsilçisi Qlobal Cənub QHT Platformasının Baş katibi seçilib

12:57
14 May

“Sabah” son 9 mövsümdə Azərbaycan Kubokunu ardıcıl iki dəfə qazanan ilk komanda olub

12:41
14 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!