26 Yanvar 2022 01:04
822
İQTİSADİYYAT
A- A+

“DOST İş” Mərkəzi daha 900 şəxsi aqrar sahələr üzrə işlərə cəlb edib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki “DOST İş” Mərkəzi və  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf mərkəzlərinin əməkdaşlığı çərçivəsində bu ilin əvvəlindən daha 900 nəfər  işlə  təmin edilib.

Onlardan 150 nəfəri  “Elektron kənd təsərrüfatı” informasiya sistemi üzrə  proqramçı işində çalışır. Həmin şəxslər müxtəlif kənd təsərrüfatı sahələri üzrə subsidiyaların alınması üçün vətəndaşların müraciətlərinin qəbulu, bu müraciətlərin qeydiyyatı, sənədləşmənin aparılması prosesində kompyuterlər vasitəsilə texniki işlərin yerinə yetirilməsini təmin edirlər. Qalan 750 nəfər isə  baytar köməkçisi kimi fəaliyyət  göstərir.

Qeyd edək ki, 2020-ci ildə də “DOST İş” Mərkəzi tərəfindən həmin peşələr üzrə  2500 şəxs işlə təmin edilib. Beləliklə, ödənişli ictimai işlər proqramı çərçivəsində hazırda 64 rayon üzrə 3400 şəxs kənd təsərrüfatı sahələri üzrə işlərdə çalışır, həmçinin müvafiq fəaliyyət sahələri üzrə ilkin peşə bilik və bacarıqları qazanırlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video