03 Noyabr 2025 18:44
479
DÜNYA
A- A+
Donald Tramp şatdaunun bitməsi üçün demokratlarla sövdələşməyə getməyəcək   

Donald Tramp şatdaunun bitməsi üçün demokratlarla sövdələşməyə getməyəcək   


ABŞ Prezidenti "demokratların şantajına" təslim olmayacaq


ABŞ Prezidenti Donald Tramp ona müxalifət  olan Demokrat Partiyasının şantajına təslim olmağı və federal hökumətin maliyyələşdirilməsinin bağlanmasına son qoymaq üçün razılığa gəlməyi planlaşdırmadığını bildirib. O, bu açıqlamanı CBS News telekanalına müsahibəsində verib.

Jurnalist qeyd edib ki, Tramp əvvəllər güzəştlər tapmaqda və bağlanmalardan yayınmaqda usta olub. "Mən bu işdə çox yaxşıyam.Amma bunu yolunu azmış demokratlar tərəfindən şantaj olunmaqla etməyəcəyəm. Bu insanlarda problem var", - deyə Ağ Evin sahibi bildirib. 

Eyni zamanda, Tramp bağlanmanın tezliklə başa çatacağına və ABŞ hökuməti üçün maliyyələşdirmənin bərpa olunacağına əminliyini ifadə edib. "Biz bunu həll edəcəyik. Nəticədə, onlar səs verməli olacaqlar", - deyə Ağ Evin sahibi vurğulayıb. 

ABŞ federal hökumətinin qismən bağlanması oktyabrın 1-də gecə yarısında maliyyə çatışmazlığı səbəbindən başlayıb. Bu, Konqresdəki hakim Respublikaçı və müxalifət Demokrat partiyalarının nümayəndələrinin səhiyyə də daxil olmaqla bir neçə xərc maddəsi üzrə razılığa gələ bilməməsi səbəbindən baş verib. Demokratlar və Respublikaçılar bir-birini bağlanmanı təhrik etməkdə və siyasi məqsədlər üçün uzatmaqda ittiham edirlər.

ABŞ Konqresi yeni maliyyə ili üçün büdcəni qəbul edə bilmədiyinə görə federal hökumət oktyabrın 1-dən etibarən fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb (şatdaunBu, Konqresdəki hakim Respublikaçı və müxalifət Demokrat partiyalarının nümayəndələrinin səhiyyə də daxil olmaqla bir neçə xərc maddəsi üzrə razılığa gələ bilməməsi səbəbindən baş verib.

Analitiklərin hesablamalarına görə, şatdaunun hər həftəsi  ölkə iqtisadiyyatına 7 milyard dollara başa gələcək. 

“Politico” isə bildirib ki, uzunmüddətli bağlanma nəticəsində  ABŞ hər həftə ÜDM artımında 15 milyard dollardan məhrum ola bilər.

Qeyd edək ki, şatdaun zamanı dövlət qurumlarına pul xərcləmək qadağan edilir, əksər dövlət qulluqçuları ödənişsiz məzuniyyətə göndərilir, tibb işçiləri, sərhədçilər, hərbi qulluqçular, nəqliyyat işçiləri və s. ödənişsiz işləyirlər.

1977-ci ildən bəri administrasiya ilə Konqres arasındakı fikir ayrılıqları səbəbindən federal hökumətin maliyyələşdirilməsi 20 dəfədən çox dayandırılıb. Ən uzun müddət  Donald Trampın birinci prezidentliyi zamanı, 22 dekabr 2018-ci ildən 25 yanvar 2019-cu ilə qədər, 35 gün olub.

Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

Xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb  

13:31
15 Dekabr

Qar yağacaq, yollar buz bağlayacaq  

13:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!