01 Sentyabr 2024 11:05
67
SİYASƏT
A- A+

Dmitri Kobitski: Azərbaycan parlamentinə seçkilərdə gənclər yüksək fəallıq nümayiş etdirirlər

 

Məntəqələrin açılmasından bəri səsvermə prosesinin gedişatını müşahidə edirik. Hələlik heç bir qanun pozuntusu müəyyən etməmişik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PA) Şurasının baş katibi Dmitri Kobitski Bakıda 37 saylı seçki məntəqəsində seçki prosesi ilə tanış olduqdan sonra jurnalistlərə açıqlamasında deyib.

“Biz, o cümlədən hər hansı pozuntunun olmadığını təsdiqləyən müşahidəçilərlə əlaqə saxlayırıq. Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən seçki kampaniyası çox layiqli səviyyədə təşkil olunub. Biz bunu Azərbaycanda seçkilər zamanı ilk dəfə deyil ki, təsdiqləyirik. Ümumiyyətlə, 40 nəfərdən ibarət missiyamız kifayət qədər çoxlu sayda seçki məntəqəsinə baş çəkəcək. Axşam biz nəticələrə yekun vuracağıq, monitorinq qrupumuzu toplayaraq təəssüratları bölüşəcəyik və nəticəmizi hazırlayacağıq. İlkin nəticələri bazar ertəsi mətbuat konfransında açıqlaya biləcəyik. Amma biz onları yalnız Konstitusiya Məhkəməsi rəsmi şəkildə seçkiləri baş tutmuş saydıqdan və nəticələri təsdiq etdikdən sonra rəsmən elan edə biləcəyik. Biz Azərbaycanda seçki prosesinin təşkilindən çox razıyıq. Hər şey ən yüksək demokratik standartlara uyğundur, ona görə də bu gün bizim seçki prosesi ilə bağlı heç bir iradımız yoxdur”, - deyə baş katib bildirib.

D.Kobitskinin sözlərinə görə, Azərbaycanda keçirilən parlament seçkilərində gənclər yüksək fəallıq nümayiş etdirirlər.

O vurğulayıb: “Partiyalarla, onların qərargahları ilə, ayrı-ayrı namizədlərlə ünsiyyətdə olanda görürük ki, partiya siyahılarında çoxlu sayda gənc qeydiyyatdadır. Biz də gənclərin fəallığını bilavasitə seçki məntəqəsində müşahidə edirik. Azərbaycanda gənclər siyasətə maraq göstərirlər. Biz bunu fevralda keçirilən prezident seçkiləri zamanı da gördük. Sizin çox fəal gəncləriniz var”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video