25 Aprel 2024 10:22
532
Elm və texnika
A- A+

DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir

 

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan dili üzrə sertifikasiya imtahanı materiallarının hazırlanmasında ekspert qismində iştirak etmək istəyən təhsil müəssisələrinin aparıcı mütəxəssislərini əməkdaşlığa dəvət edir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, proqram və yeni imtahan modeli ilə tanışlıq məqsədilə mayın 3-də saat 15:00-da vebinar keçiriləcək.

Vebinarda iştirak etmək istəyənlər mayın 1-dək link vasitəsilə qeydiyyatdan keçə bilərlər. İştirakçılar vebinarla bağlı Mehriban Cəfərsoyla (+99412 310 53 16 (daxili 1429), [email protected]) əlaqə saxlaya bilərlər.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlara uyğun ölçülməsini təmin etmək məqsədilə “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və sertifikasiya imtahanı modeli işlənib hazırlanıb. Proqram hazırlanarkən dillər üzrə ümum-Avropa tövsiyə çərçivə sənədində (CEFR) irəli sürülmüş müddəalar əsas götürülüb. Bu proqrama istinad etməklə namizədlərin real dil mühitində qazandıqları bacarıqların ölçülməsinə və qiymətləndirmənin nəticəsi barədə rəsmi sənəd əldə etməyə imkan verən Azərbaycan dili üzrə sertifikasiya imtahanı modeli hazırlanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video