Dərhal tərgidin
Dünyada tütün asılılığından müalicənin 120 növü var. (Onlardan 40-ı aktiv olaraq tətbiq edilir). Siqareti tərgitməyin ilk addımı qərar vermək və iradəli olmaqdır. Ancaq uzun müddət davam edən bu asılılıqdan xilas olmaq üçün kömək almaq da lazım gəlir. Siqareti tərgitmə mərhələsində müxtəlif müalicə variantları mövcuddur. Dərman və əvəzedici müalicələr faydalı üsullar arasındadır. Ancaq bu müalicələr həkim nəzarəti altında aparılmalıdır. Əks halda nəzarətsiz istifadə sağlamlıq baxımından zərərli nəticələrə səbəb ola bilər.
Siqareti tərgitməyə başladığınız zaman daha çox maye için: su, şirə, limonlu açıq çay. Tünd çay və ya kofe içməyin. Acı və ədvalı yeməkləri də rasionunuzdan çıxarın. Çoxlu təzə tərəvəz və süd məhsulları yeyin. Fiziki gərginliyinizi artırın. İdman siqaretdən yayındırmaqla yanaşı həm də nəfəsi təmizləyir. Mümkün olduğu qədər tez-tez duş qəbul edin.
Mütəxəssislər siqareti tədricən atmağı məsləhət görmürlər. Bunu bir dəfə və həmişəlik etmək lazımdır. Ona görə də həlledici gün seçmək və qabaqcadan mənəvi olaraq özünü buna hazırlamaq lazımdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Söz sahibi Azərbaycandır
22 May
Ağ Evdən Bakıya növbəti dostluq və əməkdaşlıq mesajı
22 May
Azərbaycanda təbii qaz hasilatı artıb
22 May
Müasir texnologiyaların tətbiqi yüksək məhsuldarlığın təməlidir
22 May
Bütün yollar Ağdama gedir
22 May
Təbiətlə yaşayanlar
22 May
Küçələr yuyuldu, ağaclar budandı, yeni gül kolları əkildi
22 May
İrəvanda polis zor tətbiq edir, etirazçılar isə silahlandırılır
22 May
Tütün həm can alır, həm də pul sovurur
21 May
Çobanyastığı çayı əzələ ağrıları üçün təsirlidir
21 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!