19 Aprel 2024 12:04
297
SİYASƏT
A- A+

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

 

Rusiya sülhməramlılarının dinc formada Azərbaycandan çıxarılması bütövlükdə Cənubi Qafqaz tarixində yeni mərhələ deməkdir. Amma maraqlıdır ki, rus bazalarını Ermənistandan çıxarmaq üçün dəridən qabıqdan çıxan kollektiv Qərb sülhməramlıların Azərbaycandan getməsindən məmnun görünmədi və hətta Vaşinqton buna görə Rusiyanı “etibarsız müttəfiq” adlandırdı. Görünən odur ki, bunlar bəzi təcrübələrə əsaslanıb sülhməramlı məsələsinə Bakı ilə Moskva arasında potensial böhran kimi baxırmışlar.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin aprelin 19-da keçirilən plenar iclasında deyib.

“Prezident İlham Əliyev vaxtından əvvəl bu məsələni kökündən həll etməklə göstərdi ki, Azərbaycan, sözün əsl mənasında, suveren, qüdrətli dövlətdir və Azərbaycan dövlətini digər ölkələrlə, Azərbaycan Prezidentini digər liderlərlə müqayisə etmək olmaz”, - deyən deputat əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video