11 İyul 2026 09:17
591
İQTİSADİYYAT
A- A+
Dayanıqlı iqtisadi inkişafın yeni mərhələsi

Dayanıqlı iqtisadi inkişafın yeni mərhələsi


Son onillikdə dünya iqtisadiyyatı növbəti inkişaf mərhələsinə qədəm qoyub. Geoiqtisadi parçalanma, qlobal tədarük zəncirlərinin yenidən formalaşması, rəqəmsal texnologiyaların iqtisadi münasibətlərə təsirinin sürətlənməsi, süni intellektin istehsal və xidmət sahələrində tətbiqinin genişlənməsi, eyni zamanda "yaşıl iqtisadiyyat"a keçid dünya dövlətlərinin iqtisadi inkişaf strategiyalarını yenidən nəzərdən keçirməsini zəruri edib. 

Müasir mərhələdə rəqabət üstünlüyü artıq yalnız zəngin təbii ehtiyatlar, ucuz əmək resursları və ya yüksək istehsal gücü ilə müəyyən olunmur. Dövlətlərin iqtisadi dayanıqlığını və rəqabət qabiliyyətini müəyyən edən əsas amillər güclü institutlar, hüquqi sabitlik, çevik idarəetmə, innovasiya potensialı və investor etimadını təmin edən biznes mühitidir. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illər həyata keçirilən iqtisadi islahatlar yalnız idarəetmə sistemində təşkilati dəyişikliklər kimi deyil, iqtisadiyyatın institusional əsaslarının müasir çağırışlara uyğun şəkildə yenidən qurulması prosesi kimi qiymətləndirilməlidir. Vergi və gömrük inzibatçılığının rəqəmsallaşdırılması, dövlət xidmətlərinin elektron platformalara inteqrasiyası, sahibkarlıq fəaliyyətinin təşviqi, investisiya mühitinin təkmilləşdirilməsi, dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin genişləndirilməsi və azad edilmiş ərazilərin yeni iqtisadi inkişaf modeli əsasında formalaşdırılması bu transformasiyanın əsas istiqamətlərini təşkil edir.

Əslində söhbət yalnız yeni qanunların qəbulundan və ya inzibati islahatlardan getmir. Əsas məsələ iqtisadi idarəetmə fəlsəfəsinin dəyişməsidir. Müasir iqtisadi siyasətin prioriteti dövlətin bazar münasibətlərində dominant iştirakçı kimi deyil, səmərəli tənzimləyici və etibarlı institusional təminatçı kimi çıxış etməsidir. Məhz bu yanaşma özəl sektorun iqtisadi fəallığını artırır, investisiya qərarlarının keyfiyyətini yüksəldir və uzunmüddətli iqtisadi artım üçün möhkəm zəmin yaradır.


İqtisadi artımın əsas göstəricisi - institutların gücü


Uzun illər ərzində iqtisadi inkişaf əsasən ümumi daxili məhsulun artımı, ixracın həcmi, investisiya axını və məşğulluq göstəriciləri ilə qiymətləndirilirdi. Lakin müasir iqtisadi nəzəriyyə göstərir ki, yüksək artım tempinin uzunmüddətli qorunması ilk növbədə institusional keyfiyyətdən asılıdır. Nobel mükafatı laureatı Duqlas Nortun qeyd etdiyi kimi, iqtisadi institutlar cəmiyyətin "oyun qaydaları"nı müəyyən və resursların səmərəli bölgüsünü təmin edir. Güclü institutlar olmadan yüksək investisiya həcmi belə davamlı iqtisadi rifaha çevrilmir.

Bu gün hüquqi müəyyənlik, mülkiyyət hüquqlarının etibarlı qorunması, müqavilələrin icra mexanizmlərinin effektivliyi, şəffaf bazar münasibətləri, peşəkar tənzimləmə və etibarlı informasiya mühiti iqtisadi inkişafın fundamental dayaqları hesab edilir. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və OECD-nin çoxsaylı araşdırmaları da təsdiq edir ki, institusional keyfiyyət yüksəldikcə investisiya riskləri azalır, kapitalın məhsuldarlığı artır və iqtisadi artım daha dayanıqlı xarakter alır.

Biznes ekosistemi də məhz bu institusional münasibətlər sisteminin məhsuludur. O, yalnız sahibkarların fəaliyyət göstərdiyi bazar deyil. Bura dövlət idarəçiliyi, maliyyə sektoru, məhkəmə sistemi, kapital bazarları, rəqəmsal infrastruktur, peşəkar xidmət institutları, insan kapitalı və innovasiya mühiti daxildir. Həmin komponentlərdən hər hansı birində yaranan zəiflik ümumi iqtisadi səmərəliliyə mənfi təsir göstərir. Əksinə, onların koordinasiyalı fəaliyyəti kapitalın daha məhsuldar sahələrə yönəlməsinə, innovasiyaların sürətlənməsinə və biznes risklərinin azalmasına şərait yaradır.

Məhz buna görə müasir iqtisadi siyasətdə əsas məqsəd yalnız iqtisadi artım əldə etmək deyil, həmin artımı təmin edən institutların dayanıqlılığını gücləndirməkdir. İnstitusional keyfiyyət iqtisadi inkişafın həm nəticəsi, həm də, əsas hərəkətverici qüvvəsidir.


Beynəlxalq göstəricilər institusional inkişafın obyektiv meyarıdır


Qloballaşan iqtisadiyyatda institusional islahatların effektivliyi yalnız milli qiymətləndirmələrlə deyil, beynəlxalq indikatorlar vasitəsilə də ölçülür. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, OECD və Dünya İqtisadi Forumu tərəfindən hazırlanan hesabatlarda dövlət idarəçiliyinin keyfiyyəti, biznes mühitinin səmərəliliyi, maliyyə sektorunun dayanıqlılığı, rəqabət qabiliyyəti və investisiya mühitinin etibarlılığı iqtisadi inkişafın əsas determinantları kimi qiymətləndirilir.

Xüsusən Dünya Bankının son dövrdə tətbiq etdiyi Business Ready metodologiyası biznes mühitini yalnız normativ-hüquqi baza baxımından deyil, həmin qaydaların praktik tətbiqi və institusional effektivliyi prizmasından qiymətləndirir. Bu yanaşma təsdiq edir ki, iqtisadi inkişafın əsas şərti onun şəffaf, səmərəli və proqnozlaşdırılan şəkildə tətbiqidir.

Azərbaycanın son illər həyata keçirdiyi iqtisadi islahatlar da məhz bu yanaşma ilə uzlaşır. Dövlət xidmətlərinin rəqəmsallaşdırılması, sahibkarlıq subyektləri üçün inzibati prosedurların sadələşdirilməsi, elektron vergi və gömrük sistemlərinin geniş tətbiqi, investisiya təşviqi mexanizmlərinin təkmilləşdirilməsi və biznes mühitinin liberallaşdırılması institusional inkişafın mühüm istiqamətlərinə çevrilib.

Bu islahatların nəticələri makroiqtisadi göstəricilərdə də öz əksini tapır. Dövlət Statistika Komitəsinin və Mərkəzi Bankın məlumatları qeyri-neft sektorunun iqtisadi artımda rolunun genişləndiyini, bank sektorunda kredit qoyuluşlarının artdığını və özəl investisiya fəallığının yüksəldiyini göstərir. Beynəlxalq maliyyə institutları da Azərbaycan iqtisadiyyatının makroiqtisadi sabitliyini, fiskal dayanıqlılığını və dövlət borcunun idarə olunmasını ölkənin əsas üstünlükləri sırasında qiymətləndirirlər.

Belə bir institusional mühitdə aktivlərin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki investisiya qərarlarının obyektivliyi, kredit risklərinin düzgün hesablanması və maliyyə resurslarının səmərəli bölgüsü etibarlı qiymətləndirmə institutunun mövcudluğundan birbaşa asılıdır. Məhz bu səbəbdən qiymətləndirmə fəaliyyəti müasir biznes ekosisteminin ayrılmaz institusional elementlərindən biri kimi çıxış edir. 


Ayan QƏMBƏROVA,

Azərbaycan Qiymətləndiricilər Palatasının sədr müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Əbədi dostluq” – Bakı və Daşkənd Avrasiyanın yeni geosiyasi xəttini qurur  

10:53
24 Avqust

Azərbaycan–Özbəkistan münasibətləri yeni regional əməkdaşlıq modelinin əsasını formalaşdırır

10:41
24 Avqust

Bakıda ilk dəfə “IRONMAN 70.3” triatlon yarışı keçiriləcək

10:26
24 Avqust

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb

10:25
24 Avqust

Neft qiymətləri ucuzlaşır

10:24
24 Avqust

Milli Məclisin deputatları Qazaxıstandakı seçki prosesini izləyiblər

10:22
24 Avqust

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

09:57
24 Avqust

BDYPİ-dən yol hərəkəti iştirakçılarına müraciət: Sükan arxasında telefondan istifadə etməyin

09:43
24 Avqust

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

01:47
24 Avqust

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

23:59
23 Avqust

Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək  

23:57
23 Avqust

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

23:56
23 Avqust

Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir

23:53
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib YENİLƏNİB

23:52
23 Avqust

Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb

23:49
23 Avqust

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub

23:49
23 Avqust

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar  

22:52
23 Avqust

Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq

22:51
23 Avqust

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNİB

21:39
23 Avqust

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir

21:27
23 Avqust

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli 

21:17
23 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!