03 Avqust 2022 02:01
2253
SİYASƏT
A- A+
Dayanıqlı inkişafın yeni strategiyası

Dayanıqlı inkişafın yeni strategiyası

 

Azərbaycanın qarşıdakı onillikdə sosial-iqtisadi tərəqqisi daha möhkəm bazis üzərində qurulur

 

Son illər Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlığının güclənməsini və sürətlə müasirləşməsini təmin edib. Dünya qlobal iqtisadi böhranla üzləşdiyi zamanda Azərbaycanda yaranan dinamik yüksəliş əlbəttə ki, iqtisadi müstəqilliyin yaratdığı reallıqdır. Məhz dövlətin iqtisadi imkanlarının artması ilə sosial problemlər ardıcıl şəkildə həll olunur, insan kapitalının davamlı inkişafı təmin edilir.

Bütün bunlar əlbəttə ki, Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatların nəticəsində reallaşır. Dünyada ən islahatçı Prezident kimi tanınan İlham Əliyevin hər zaman qarşıdakı illər üçün müəyyənləşdirdiyi inkişaf prioritetləri xalqın sosial rifahının yaxşılaşdırılması ilə yanaşı, Azərbaycanın istənilən qlobal böhrandan az itki ilə çıxmasını təmin edib. Prezidentin təsdiq etdiyi "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" da qarşıdakı onillik üçün hərtərəfli tərəqqinin yol xəritəsi hesab olunur.

 

Ölkə iqtisadiyyatı hər il orta hesabla 3-4 faiz artacaq

 

Sənəddə  qeyd edilir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft ixracının artırılması hesabına davamlı və yüksək iqtisadi artım təmin olunacaq.

Keyfiyyətli məhsul və xidmətlər ixracı hesabına ölkə iqtisadiyyatı qlobal dəyər zəncirinə inteqrasiya ediləcəkdir. Bu məqsədlə daha sağlam və rəqabətli biznes mühiti yaradılacaq,

Həmçinin sahibkarlığın inkişafına dövlət geniş dəstək verəcək və dövlətə məxsus olan hüquqi şəxslərin effektivliyi artırılacaq, onların hesabatlılığı gücləndiriləcək. Nəticədə ölkə iqtisadiyyatı hər il orta hesabla 3-4 faiz, qeyri-neft, qaz ÜDM-i isə illik orta hesabla 5 faiz artacaq. Özəl sektorun iqtisadiyyatda payı 88 faizə çatdırılacaq.

Sağlam və rəqabətli biznes mühiti üçün qanunun aliliyi təmin olunacaq və effektiv məhkəmə islahatları həyata keçiriləcək. Bu islahatlar sahibkarlıq fəaliyyəti ilə məşğul olanların mülkiyyətinin və maraqlarının effektiv müdafiəsinə imkan verəcək. Sahibkarlıq fəaliyyəti üzərində izafi tənzimləmə optimallaşdırılacaq. Təbii inhisar subyektlərinin rəqabətə mənfi təsirlərinin qarşısı alınacaq və bütün bazarlarda rəqabət gücləndiriləcək. Dövlət satınalmalarında şəffaflıq və səmərəlilik artırılacaq.

İnvestisiyalar üçün əlverişli vergi şərtləri tətbiq ediləcək və digər fiskal stimullar veriləcək və bu islahatların həyata keçirilməsi sayəsində biznes mühiti daha da sağlamlaşacaq, milli iqtisadiyyata etimad artacaq. Nəticədə böyük həcmdə daxili və xarici investisiyalar cəlb ediləcək.

 

Sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin şəffaflığı gücləndiriləcək

 

Bu dövrdə sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin effektivliyi, ünvanlılığı və şəffaflığı gücləndiriləcək. Uğurlu ölkələrin təcrübələri əsasında biznes startaplarının və inkubatorlarının, ixracyönümlü istehsal və xidmətlər üzrə layihələrin dəstəklənməsi mexanizmləri təkmilləşdiriləcək. Nəticədə, sahibkarlıq fəaliyyətinə başlamaq və  fəaliyyətlərini genişləndirmək istəyənlər, xüsusilə kiçik və orta bizneslər üçün yeni maliyyələşmə mexanizmləri yaradılacaq.

Bu əsasda sahibkarlara dəstək üzrə sərf olunan maliyyə vəsaitinin 20-30 faizinin mikro, 35-45 faizinin kiçik və 25-35 faizinin orta sahibkarlara yönəldirilməsi hədəflənir. Dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin iqtisadi səmərəliliyi yüksəldiləcək, idarəetmə yaxşılaşdırılacaq və şəffaflığı artırılacaq.

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş dövlətə məxsus olan hüquqi şəxslərin effektivliyi, maliyyə dayanıqlığı və rəqabət qabiliyyəti artırılacaq. İqtisadiyyatda dövlətin bilavasitə iştirakı optimallaşdırılacaq, strateji sahələr istisna olmaqla, dövlət mülkiyyətində olan aktivlərin mərhələli şəkildə özəlləşdirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək ki, bu da dövlət resurslarına olan tələbatı və riskləri azaldacaq. Həmçinin özəlləşdirilməsi müəyyən müddət məqsədəuyğun hesab olunmayan təsərrüfat subyektlərinin kommersiyalaşdırılması və ya idarəetməyə verilməsi yolu ilə səmərəlilik göstəricilərinin daha da yaxşılaşmasına nail olunacaq.

Qeyri-neft, qaz sektoruna birbaşa xarici investisiya (BXİ) cəlbi təşviq ediləcək, dövlət mülkiyyətində olan aktivlərin özəl sektora transformasiyası baş verəcək. Strateji sahələr istisna olmaqla, dövlətə məxsus olan hüquqi şəxslərin özəlləşdirilməsi və dövlət-özəl tərəfdaşlıq mexanizmləri ilə iqtisadiyyatın maliyyələşdirilməsi həyata keçiriləcək. Dövlət investisiyalarının effektivliyi artırılacaq, onun özəl investisiyaları stimullaşdırma potensialı yüksəldiləcək

 

Dayanıqlı iqtisadi artım üçün ölkədə makroiqtisadi sabitlik təmin olunacaq

 

Strategiyada nəzərdə tutulan digər məsələ aqrar sektor, sənaye və xidmət sahələrində müasir texnologiyaların tətbiqi ilə məhsuldarlığın artırılmasıdır. Qeyd edilir ki, bu sahələr üzrə həyata keçiriləcək yeni texnologiyalar məhsuldarlığı artırmaqla yanaşı, yeni iş yerlərinın açılmasını şərtləndirəcək.

Dövlətin stimullaşdırıcı dəstəyi ilə bu sahələrin qlobal dəyər zəncirinə dayanıqlı inteqrasiyası təmin olunacaq. Dövlət aqrar sektor, sənaye və xidmət sahələrinin inkişafını dəstəkləyən infrastrukturun yaradılmasında aktiv iştirak edəcək, müxtəlif sənaye parkları və məhəllələri, turizm və rekreasiya zonaları yaradılacaq, istehsal olunan məhsul və xidmətlərin xarici bazarlara ixracı stimullaşdırılacaq. Nəticədə, 2022-2026-cı illərdə kənd təsərrüfatı hər il orta hesabla 4 faiz artacaq. Nəqliyyat sektorunda orta illik artım tempi 5 faizi üstələyəcək. Ölkənin tranzit yükdaşımalardan əldə etdiyi gəlir 2019-cu ildəki 227 milyon manatdan 2 dəfəyədək artaraq 450 milyon manata çatacaq.

Qeyri-neft, qaz sənayesi hər il orta hesabla 8,3 faiz artacaq, sənaye zonalarının qeyri-neft, qaz sənaye istehsalında payı 15 faiz, qeyri-neft, qaz sənaye ixracında payı isə 25 faiz olacaq.

Dayanıqlı iqtisadi artım üçün ölkədə makroiqtisadi sabitlik və dayanıqlıq təmin olunacaq, maliyyə sektorunun bütün seqmentlərinin sabitliyi gücləndiriləcək. Makroiqtisadi sabitliyin və maliyyə sabitliyinin gücləndirilməsi iqtisadi artımın davamlılığı üçün vacibdir. Ölkənin makroiqtisadi dayanıqlığı irihəcmli strateji ehtiyatlarının mövcudluğu milli iqtisadiyyatımızın xarici mühitdəki dəyişikliklərə dayanıqlı olmasını gücləndirəcək.

 

Bütün vətəndaşlar üçün ədalətli və əhatəli sosial müdafiə sistemi qurulacaq

 

Strategiyada dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət üzrə strateji çərçivədə qeyd edilir ki, hər zaman olduğu kimi, qarşıdakı dövrdə də əməkhaqları artırılacaq və hamı üçün layiqli həyat səviyyəsi təmin ediləcək. İşləyənlərin həyat səviyyəsinin lazımınca təmin edilməsi məqsədilə minimum əməkhaqları artırılacaq. Xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına nisbətinin məqbul səviyyəsi qorunacaq.

Özəl sektorda yeni iş yerləri yaradılacaq, məşğulluq səviyyəsi artacaq, yeni iş yerləri açan sahibkarlıq fəaliyyəti stimullaşdırılacaq. Xüsusilə regionlarda kiçik və orta sahibkarlığın, eləcə də özünüməşğulluğun inkişafına zəruri şərait yaradılmaqla əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunacaq, qeyri-formal məşğulluğa qarşı zəruri qabaqlayıcı və nəzarət tədbirləri gücləndiriləcək.

Bütün vətəndaşlar üçün ədalətli və əhatəli sosial müdafiə sistemi qurulacaq. Pensiyaçılar üçün effektiv yığım, aztəminatlı əhali qrupu üçün zəruri ehtiyacların ödənilməsi, əlilliyi olan şəxslər üçün sosial yardımların əlçatanlığı artırılacaq. Pensiya sisteminin dayanıqlığı gücləndiriləcək, sosial sığortanın tətbiqi genişləndiriləcək. Hamı üçün bərabər iştirak imkanı yaradan sosial təminat və sosial xidmətlər sistemi inkişaf etdiriləcək. Minimum pensiya məbləği minimum əməkhaqqı səviyyəsinin 75-80 faizində saxlanılacaq.

Əminliklə deyə bilərik ki, iqtisadi müstəqilliyini təmin edən Azərbaycan İlham Əliyevin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulan bütün tədbirlər planlarını, layihələri uğurla reallaşdıracaq. Necə ki, indiyədək dövlət proqramları çərçivəsində icra edilən layihələr kimi. Ölkənin artan iqtisadi, maliyyə imkanları bunu söyləməyə tam əsas yaradır.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifdən

12:58
29 May

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

12:31
29 May

Dövlət Məşğulluq Agentliyi əlilliyi olan 1500 nəfəri işlə təmin edib

12:08
29 May

Rusiyadan Ermənistana Azərbaycan üzərindən yeni tranzit yük göndərildi

11:53
29 May

Azərbaycan neftinin qiyməti 100 dollar olub

11:34
29 May

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Litvaya səfər edib

11:17
29 May

Madridin məşhur “Cibeles” fəvvarəsi yenidən Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

11:09
29 May

Dəmiryol stansiyalarında sərhəd və gömrük nəzarətinin təşkili yoxlanılıb

10:47
29 May

Volqoqrad vilayətindəki kimya zavoduna dron hücumu: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

10:24
29 May

Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpılıb, iki nəfər xəsarət alıb

10:09
29 May

ABŞ-nin İrana qarşı əməliyyat xərcləri 92,5 milyard dolları ötüb

09:58
29 May

Tramp Ukrayna Prezidentinin məktubunu cavabsız qoyub

09:41
29 May

Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan

21:57
28 May

Dubayın “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb

21:40
28 May

Cevdet Yılmaz: Azərbaycan və Türkiyənin qardaşlığı sülhə, sabitliyə və regionun gələcəyinə töhfə verir

20:33
28 May

Azərbaycan Ordusunda Qurban bayramı və Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub

20:28
28 May

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

19:56
28 May

ABŞ-ın müxtəlif ştat və şəhərləri 28 May Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıblar

19:24
28 May

Mer Muriyel Bauzer 28 mayı Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib

19:23
28 May

Ukrayna XİN: Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı təbrik edirik

19:21
28 May

“Axios”: ABŞ və İran 60 günlük Anlaşma Memorandumu barədə razılığa gəliblər

19:19
28 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!