05 Sentyabr 2024 18:23
353
COP29
A- A+
COP29-un maliyyə dövriyyəsinə nəzarət ali audit orqanı ilə birgə aparılır

COP29-un maliyyə dövriyyəsinə nəzarət ali audit orqanı ilə birgə aparılır

 

COP29-un maliyyə dövriyyəsinə nəzarət ali audit orqanı ilə birgə aparılır.

Bu barədə AZƏRTAC-a COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un keçirilməsi ilə bağlı hazırlıq tədbirləri davam edir. Hazırlıq çərçivəsində görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədə ictimaiyyətə mütəmadi olaraq məlumatlar təqdim edilir. Konfransın keçirilməsi üçün dövlət büdcəsində müvafiq ayırmalar təsdiqlənib. Ayrılmış vəsaitlər hesabına dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri olan beynəlxalq konfransın yüksək səviyyədə təşkili və zəruri infrastrukturun qurulması üzrə işlərin aparılması nəzərdə tutulur.

COP29-a ayrılmış dövlət vəsaiti üzərində maliyyə nəzarətinin həyata keçirilməsi məqsədilə müvafiq dövlət orqanları ilə birlikdə ölkənin ali audit orqanı tərəfindən konfransın təşkili üzrə maliyyə idarəetməsinin, ayrılmış dövlət vəsaitinin təsdiq edilmiş göstəricilərə, bağlanılmış müqavilə məbləğlərinin aidiyyəti istiqamətdə ayrılmış vəsaitə, habelə müqavilələrin icrasının müqavilə şərtlərinə uyğunluğunun, həmçinin müvafiq sənədləşmənin tamlığının qiymətləndirilməsi aparılır. Məqsəd maliyyə nəzarətinin keçirilməsi zamanı pre-auditə (ilkin auditə) dair müvafiq audit prinsiplərində qeyd olunan məqamlar da nəzərə alınmaqla maliyyə pozuntuları baş verməzdən əvvəl onların qarşısının alınmasıdır.

Eyni zamanda, maliyyə nəzarətinin aparılmasında məqsəd hesabatlılıq və şəffaflıqla yanaşı, tədbirin təşkili üçün ayrılmış vəsaitin səmərəli istifadə edilməsi, qənaət olunan məbləğlərin büdcəyə qaytarılmasıdır.

Qeyd olunmalıdır ki, tədbir başa çatdıqdan sonra icra edilmiş bütün xərclərin auditi üzrə müvafiq qaydada həm beynəlxalq təşkilat, həm də Hesablama Palatası tərəfindən hesabatın və auditor rəyinin hazırlanması nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

14:24
15 Yanvar

Türkiyə mediası Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində ilk hazır mənzilləri nümayiş etdirib  

14:23
15 Yanvar

Özbəkistan Azərbaycan üzərindən Avropaya tranzit marşrutlarını inkişaf etdirəcək  

14:22
15 Yanvar

Növbəti köç karvanı Xocalıya çatıb

14:13
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNİB 

14:12
15 Yanvar

İstehlak bazarında qiymətlər açıqlanıb

14:10
15 Yanvar

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir  

14:09
15 Yanvar

Azərbaycana məxsus şəkər yükü daşıyan gəmi ABŞ-a çatıb

13:41
15 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək SƏRƏNCAM

13:37
15 Yanvar

Ağ ev: Kubanın terrorizmi dəstəklədiyinə dair heç bir sübut yoxdur

13:33
15 Yanvar

Ballıca kəndinin sakini: Hər zaman ürəyimizdə bir ümid var idi ki, biz qayıdacağıq

13:32
15 Yanvar

Avropa Rusiyadan idxal olunan LNG-dən tədricən imtina edir

12:54
15 Yanvar

Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşüb

12:53
15 Yanvar

NATO üzvləri Ukraynaya yardım planlarını və alyansın missiyalarını müzakirə edəcəklər  

12:52
15 Yanvar

Ötən il Azərbaycandan Avropaya qaz satışı 9 faizdən çox artıb  

12:31
15 Yanvar

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

12:31
15 Yanvar

Azərbaycan ombudsmanı beynəlxalq insan hüquqları təşkilatlarına açıq məktub ünvanlayıb

12:27
15 Yanvar

Ötən il Azərbaycanda neft hasilatının 58 faizi AÇG-nin payna düşüb

12:26
15 Yanvar

Türkiyə parlamenti Ankara, Bakı və Lefkoşa arasında dialoqu alqışlayır  

12:18
15 Yanvar

Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək  

12:17
15 Yanvar

Ötən il DSMF-də 530 minədək vətəndaş müraciətinə baxılıb

12:17
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!