21 May 2022 22:27
590
Səhiyyə

Çobanyastığı çayı əzələ ağrıları üçün təsirlidir

Çobanyastığı çayı saça qulluq və ağız sağlamlığı üçün olduqca faydalıdır. Baş dərisindəki qıcıqlanmanı aradan qaldırır və kəpək problemindən əziyyət çəkənlər üçün mükəmməl vasitədir. Saç tellərini gücləndirir, saçlara yumşaqlıq verir. Çobanyastığı çayının digər bir faydası da antiseptik xüsusiyyətlərə malik olmasıdır. Bu səbəbdən ağız qoxusunun və diş çürüməsinin qarşısını alır, dişləri qoruyur. Diş ağrıları üçün ağrıkəsici effekti yaradır. Eyni zamanda əzələ ağrıları üçün də təsirlidir.

AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, çobanyastığı güclü antibakterialdır. Soyuqdəymə, boğaz ağrısı kimi halları aradan qaldırır. Xüsusilə sinuzitdən əziyyət çəkənlərin çobanyastığı çayından istifadə etməsi tövsiyə olunur. Tərkibində olan maddələr səbəbindən qaraciyərin təmizlənməsinə, qorunmasına və sağlamlığına kömək edir.

Çobanyastığı çayı bədənin allergenlərə qarşı immun reaksiyasını dəyişməyə səbəb olur və allergik reaksiyaları sakitləşdirir.

Mütəxəssislər müntəzəm olaraq çobanyastığı çayı istehlakının orqanizmdə antibakterial xüsusiyyətlərə malik maddələri artırdığını qeyd ediblər. Bu çayın xüsusilə qışda içilməsi həm immunitet sistemini gücləndirmək, həm də soyuqdəymə, boğaz ağrısı kimi şikayətləri azaltmaq üçün faydalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video