19 Sentyabr 2022 17:40
604
DÜNYA
A- A+

Co Bayden II Elizabetin dəfn mərasiminə zirehli limuzini ilə gəlib

 

ABŞ Prezidenti Co Bayden və həyat yoldaşı Cill Bayden kraliça II Elizabetin dəfn mərasimində iştirak etmək üçün Westminster abbatlığına özlərinə məxsus “Beast” markalı zirehli limuzinlə gəlib. Digər ölkələrin liderləri isə mərasimə gəlmək üçün Böyük Britaniya tərəfindən təqdim olunan avtomobillərdən istifadə edib.

AZƏRTAC “The Independent” qəzetinə istinadla xəbər verir ki, Co Bayden yerli avtomobil parkının xidmətindən imtina edərək abbatlığa şəxsi avtomobilində gələn yeganə xarici lideridir. Dövlət başçılarının əksəriyyəti isə vida mərasiminə xüsusi avtobusla gəlib. Onların arasında Fransa Prezidenti Emmanuel Makron, Braziliya Prezidenti Jair Bolsonaru, Kanadanın Baş naziri Castin Trüdo, Xorvatiya Prezidenti Zoran Milanoviç, həmçinin Belçika kralı Flipp və başqaları var.

“Beast” adı həmin avtomobilə dövlətin birinci şəxslərinin mühafizəsinə cavabdeh olan ABŞ-ın Məxfi Xidməti tərəfindən verilib. Rəsmi kod adı “Stagecoach” olan limuzinin dizaynı Miçiqan ştatının Detroyt şəhərindəki “Cadillac” konveyerindən çıxan bütün avtomobil seriyalarından fərqlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video