14 Yanvar 2024 10:50
1013
İQTİSADİYYAT
A- A+
Çirkli hava dünyanı təhdid edir

Çirkli hava dünyanı təhdid edir

 

COP29 bu problemin həllinə necə kömək edəcək?

 

Son yüz ilin əsas qlobal problemlərindən biri də havanın çirklənməsidir. Buna mineral yanacaqların həddindən artıq istifadəsi, istehsal və istehlakın artması kimi amillər səbəb olub. İndi hava vulkan püskürmələri, bataqlıq qazları, mədənlərdə və ya mağaralarda qaz yığılması, meşə yanğınları kimi təbii səbəblərdən daha çox sənaye müəssisələrinin ixrac etdiyi zəhərli qazlar hesabına çirklənir.
Hava çirklənməsinin qarşısını almaq ölkəmizdə diqqət mərkəzindədir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Buna uyğun olaraq, ətraf mühitin bərpası, yaşıllıqların artırılması, dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi məqsədilə mühüm işlər həyata keçirilir.
Azərbaycan 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi etməklə də milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması və iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində öz töhfəsini verəcək. Ümumiyyətlə, belə mühüm bir tədbirin ölkəmizdə keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın göstəricisidir.

 

Havanın çirklənməsinin qarşısını almaq üçün onu yaradan səbəbləri bilməliyik

 

Ekoloq-Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyar deyir ki, yalnız ölkəmizdə deyil, ümumiyyətlə, planetimizdə havanı çirkləndirən əsas amil iri istehsal müəssisələrinin tullantılarıdır: "İstehsal müəssisələrində yüksək temperatur tələb edən yanacaqlardan istifadə edilir. Texnoloji prosesdə müəyyən kimyəvi maddələrdən istifadə edən müəssisələrdən də atmosferə kifayət qədər mənfi təsir edən tullantılar atılır. Atmosferi çirkləndirən amillərdən biri də daxili yanma mühərriki ilə işləyən avtomobillərdir".
C.Bəxtiyar hava çirkliliyini minimuma endirmək üçün onu yaradan amilləri bilməyin ilkin şərt olduğunu vurğulayır: "Bu problemlərin həlli istiqamətində müvafiq addımlar atılmalıdır. İlk növbədə daxili yanma mühərriki ilə işləyən avtomobillərin atmosferə atdığı tullantıların qarşısını almaq üçün onları elektromobillərlə əvəz etmək lazımdır. Prosesə ciddi təsir göstərə biləcək bu məsələni qısa zamanda reallaşdırmaq olmasa da, bu, mərhələli şəkildə həyata keçiriləcək".
Ekoloq qeyd edir ki, iri yaşayış məntəqələrində, böyük şəhərlərdə və sənaye mərkəzlərində əhalinin sıx olduğu yerlərdə artan tıxaclar tənəffüs sisteminə mənfi təsir göstərir. Avtomobil tıxacları karbon qazının ən böyük mənbələrindən biridir.

 

Bioqaz qurğularının tətbiqi vacibdir

 

İri kənd təsərrüfatları və heyvandarlıq obyektlərində tullantıların düzgün idarə olunması vacib məsələdir. Bioqaz qurğularının tətbiqini bu baxımdan əhəmiyyətli adlandıran C.Bəxtiyar bildirir ki, bu proses Hindistan və Çin də daxil olmaqla bir sıra ölkələrdə geniş vüsət alıb: "Belə ki, kənd təsərrüfatı heyvanlarının peyinindən metan qazı ayrılır. Bu məhsulu ətrafa atarkən isə metan qazı atmosferin yuxarı təbəqələrinə qalxaraq istixana effekti yaradır. Prosesin qarşısını almaq üçün isə bioqaz qurğularından istifadə edilməlidir. Bu zaman metanın ayrılması və onun bir yanacaq kimi istifadəsi ikitərəfli fayda verir".
Ekoloq deyir ki, bu kənd təsərrüfatı məhsulundan istifadə həm ətraf mühit üçün çox önəmlidir, həm də enerji və yanacaq probleminin həllində əhəmiyyətli rol oynayır: "Bu, xüsusilə dağlıq və dağətəyi ərazilərdə mühümdür. Belə ki, dağlıq rayonlarda qazlaşdırma çətin olur. Hətta bir çox dağlıq bölgəmizdə qazlaşdırma hələ də mövcud deyil. Belə yerlərdə bioqaz qurğularının istifadəsi mütləqdir. Bu zaman həm əhalinin rifahı yaxşılaşır, həm də meşələrin qırılmasının qarşısı alınır. Təbii qaz olmayan dağ kəndlərində əhali odundan istifadə edir. Həm də nəzərə almaq lazımdır ki, belə olan halda qazlaşdırma üçün ayrılan vəsait dövlətin büdcəsində qalır. Bioqaz qurğularının tətbiqi ilə qaz xəttinin çəkilməsinə və evlərin ayrı-ayrı qazlaşdırılmasına sərf olunan böyük maliyyə vəsaitinə də qənaət edilə bilər".

 

COP29-un əsas əhəmiyyəti təcrübə mübadiləsidir

 

C.Bəxtiyar qeyd edir ki, COP29-un Azərbaycanda keçirilməsi, ölkəmizin ətraf mühit problemləri ilə məşğul olan konfransa evsahibliyi etməsi olduqca böyük əhəmiyyət kəsb edir: "Bu tədbir təsirsiz ötüşməyəcək. COP29 hədəflədiyimiz müəyyən ətraf mühit problemlərinin həllində xüsusi təkanverici qüvvə olacaq. Belə tədbirlərin əsas əhəmiyyəti təcrübə mübadiləsidir. Dünyanın bir çox ölkəsində ətraf mühit problemləri xüsusilə araşdırılır. Onların həlli istiqamətində bir çox uğurlu addım atılıb. Bütün bunlar planetimizin ömrünün uzadılması üçün atılan doğru addımlardır. Bu sahədə həyata keçirilən bütün maarifləndirici layihələr prosesin sürətlənməsinə təkan verəcək".
Ekoloq deyir ki, bu ilin Prezident tərəfindən "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması mühüm addımdır: "Dövlətimizin ətraf mühit problemlərinə ayırdığı diqqət göz önündədir. Ölkə rəhbərinin bu qədər əhəmiyyətli məsələlərə şəxsən diqqət ayırması xalqımız üçün böyük şansdır. İşğaldan azad olunmuş bölgələrimizin "yaşıl enerji" zonası elan olunması və ölkəmizdə ətraf mühit problemlərinin tezliklə uğurlu şəkildə həll edilməsi təqdirəlayiqdir".

 

Çirkli hava hər il dünyada 9 milyona yaxın insanın ölümünə səbəb olur 

 

İnsan orqanizmində baş verən bəzi xəstəliklər birbaşa havanın çirklənməsi ilə əlaqədardır. Bu problem xüsusilə böyük şəhərlərdə, əhalinin sıx yaşadığı ərazilərdə özünü göstərir. Təxmini hesablamalara görə, atmosferin çirklənməsi dünyada hər il 9 milyona yaxın insanın ölümünə səbəb olur. 
Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti Araz Hüseynov deyir ki, havanın çirklənməsi insult, ürək xəstəlikləri, xroniki obstruktiv ağciyər xəstəliyi, aşağı tənəffüs yolları infeksiyaları, ağciyər xərçəngi və şəkərli diabet də daxil olmaqla bir çox xəstəliklərin risk amili kimi müəyyən edilir: "Bəzən hava çirkləndiriciləri ağciyərlər vasitəsilə qan dövranına daxil olaraq həyati vacib orqanların fəaliyyətinə mənfi təsir edir. Bunlardan birincisi ağciyərlərdir. Dünyada 1,80 milyon ölüm halı məhz ağciyər xərçənginin payına düşür. ÜST-nin qiymətləndirmələrinə görə, ağciyər xərçəngi ölümlərinin 36 faizi hava çirkləndiricilərinin təsiri ilə əlaqəlidir".
Havanın çirklənməsi dünyada ikinci ən çox yayılan ölüm səbəbi olan insult riskini artırır. İnsultla bağlı ölüm hallarının təxminən üçdəbiri məhz çirkləndirilmiş atmosferin təsiri ilə bağlıdır. A.Hüseynovun sözlərinə görə, son zamanlar astma, anemiya və allergik xəstəliklərin artmasının əsas səbəblərindən biri də məhz hava çirkliliyidir. 

 

Hava çirklənməsinin mənfi təsiri yaş artdıqca və immunitet zəiflədikcə daha da güclənir

 

Həkim-terapevt deyir ki, hava çirkliliyinin artması insan beyninə birbaşa təsir edir, bir sıra nevroloji xəstəliklərin artmasına səbəb olur və mövcud xəstəliklərin şiddətini artırır: "Uzun müddət hava çirkliliyinə məruz qaldıqda bu, insanların öyrənmə, anlama funksiyalarına təsir edir, yaddaşsızlığa, ümumi halsızlığa və başağrılarına səbəb olur. Bu ekoloji problem eyni zamanda sümük kütləsinin azalmasına, osteoporoza, sonsuzluğa və mədə-bağırsaq sistemi xəstəliklərinin artmasına gətirib çıxarır. Təsadüfi deyil ki, qıcıqlanmış bağırsaq sindromu son illərin ən çox rast gəlinən xəstəliklərindəndir".
Mütəxəssis bildirir ki, hava çirkliliyinin mənfi təsirləri yaş artdıqca və immunitet zəiflədikcə özünü daha çox göstərir. Elə buna görə də sözügedən ekoloji problem uşaqlara, yaşlılara, hamilələrə və xroniki xəstəliyi olanlara daha çox təsir edir, onlarda sadaladığımız xəstəliklərin yaranma tezliyini artırır.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Az və ya çox yatmaq erkən qocalmanı sürətləndirə bilər  

17:41
15 May

Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında TRACECA Vahid Tranzit İcazəsi Sazişi imzalanıb  

17:31
15 May

Mirziyoyev: TDT dayanıqlı inkişaf tempi nümayiş etdirən nüfuzlu quruma çevrilib

17:30
15 May

Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatı ölkələrini ortaq rəqəmsal vizyonu formalaşdırmağa çağırıb

17:29
15 May

Bakıda mayın 17-də və 18-də fasilələrlə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

17:28
15 May

DSMF-nin təşəbbüsü ilə Müşfiq qəsəbəsində 100-dən çox ağac əkilib

17:27
15 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib

17:26
15 May

Tramp: Mənim Kim Çen Inla çox yaxşı münasibətlərim var

17:25
15 May

Birinci Qarabağ müharibəsinin şəxsiyyətləri müəyyənləşən 2 itkin şəhidi torpağa tapşırılıb  

17:24
15 May

Qazaxıstanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər

17:24
15 May

Baş prokuror Masallı rayonunda vətəndaşların müraciətlərini dinləyib

17:23
15 May

Monqolustanlı parlamentari: Azərbaycanla münasibətlər son illərdə dinamik inkişaf edir

17:23
15 May

Xocalı sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib  

17:22
15 May

Türküstanda Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub

17:21
15 May

Qırğızıstan Prezidenti: Türk İnvestisiya Fondu TDT-yə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın rəqəmsallaşdırılmasına təsirli təsir göstərəcək  

17:20
15 May

İstehlak bazarında qiymətlər açıqlanıb

17:19
15 May

Özbəkistan Prezidenti TDT-də səmərəli sədrliyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib  

17:19
15 May

Aprelin 19-da keçirilmiş imtahanların nəticələri açıqlanıb: bir nəfər 300 bal toplayıb

17:18
15 May

Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyəti Xankəndidə quruculuq işləri ilə tanış olub  

17:17
15 May

Almaniya Kansleri və ABŞ Prezidenti Hörmüz boğazının açılmasını müzakirə ediblər

17:16
15 May

İntensiv yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

17:15
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!