25 Noyabr 2025 08:50
436
İQTİSADİYYAT
A- A+
Çıraqqalanın çırağının sönməməsi üçün...

Çıraqqalanın çırağının sönməməsi üçün...


ABİDƏNİN ƏRAZİSİNDƏ TURİZM İNFRASTRUKTURU YARADILMALIDIR


Azərbaycanın şimalında - Şabran rayonu ərazisindəki Çıraqqala qədim tariximizin dəyərli yadigarlarından, Orta əsrlərə aid müdafiə memarlığının maraq doğuran nümunələrindəndir. Qalanın strateji baxımdan əlverişli mövqedə yerləşməsi vaxtilə onun bölgədəki hərbi-siyasi hadisələrdə mühüm rol oynamasına şərait yaratmışdır. 

Lakin Çıraqqalanın Azərbaycanın memarlıq tarixindəki yeri yalnız hərbi-strateji deyil, həm də memarlıq irsinin qorunması baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu barədə "Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Günel Pirquliyeva danışır: "Qalanın orijinal memarlıq üslubunun saxlanılması, onun müasir dövrdə turizm potensialının artırılması və gələcək nəsillərə ötürülməsi vacibdir. Qala Azərbaycanın Orta əsrlərə aid unikal müdafiə tikililərindən biridir. Ümumiyyətlə, ölkəmizin ərazisindəki Orta əsrlərə aid qalalar həm memarlıq, həm də hərbi strateji baxımdan xüsusi maraq doğurur. Böyük Qafqaz sıra dağlarının cənub ətəyində, dəniz səviyyəsindən 1232 metr yüksəklikdə yerləşən Çıraqqala bu abidələrdən biridir. Qala hər zaman hərbi məqsədlərlə istifadə edilməklə yanaşı, sosial-iqtisadi həyatın da mərkəzində olmuşdur. Onun ətrafında aparılmış tədqiqatlar ərazidə qədim məskunlaşmaların mövcudluğunu, əhalinin müdafiə olunması ilə bərabər, gündəlik fəaliyyətlərini də burada davam etdirdiyini göstərir".

Günel Pirquliyeva həmçinin bildirir ki, Çıraqqalanın inşa tarixi III-IV əsrlərə, bəzi mənbələrdə isə V-VI əsrlərə Sasani dövrünə aid edilir: "Qala, əsasən, Şirvanşahlar dövründə, xüsusilə X-XII əsrlərdə təkmilləşdirilmiş və müdafiə məqsədləri üçün istifadə olunmuşdur. Qala yalnız Sasani dövründə deyil, sonrakı dövrlərdə, o cümlədən Şirvanşahlar, Səfəvilər, xanlıqlar dövründə də sərhəd mühafizəsində istifadə edilmişdir. Çıraqqalada ilk dəfə arxeoloji tədqiqatlara XX əsrin ortalarından başlanılmışdır".

 Çıraqqalanın yerləşdiyi mövqe təsadüfi seçilməyib. O, həm Dərbənd keçidinə, həm də qədim "Şimal yolu" ("Kafkas yolu") kimi tanınan strateji ticarət və hərbi yoluna nəzarət üçün inşa edilib. Bu baxımdan, qala yalnız müdafiə deyil, həm də nəzarət və müşahidə məntəqəsi funksiyasını yerinə yetirib. Beləliklə, həm etimoloji baxımdan "Çıraq" adının "işıq, günəş, alov" anlayışları ilə bağlı olması, həm də tarixi baxımdan qalanın "şimal sərhədlərinin işıq saçan gözətçisi" funksiyası bir-birini tamamlayan məna qatları yaradır. 

Çıraqqala dağlıq relyefə uyğun şəkildə tikilmiş və yerli daş materialları ilə inşa edilmişdir. Tikinti zamanı həmçinin, əsasən, yerli əhəng məhlulundan istifadə olunmuşdur. Qala divarlarında Sasanilər və sonrakı dövrlərə aid keramika fraqmentləri tapılmışdır. 

Maraqlıdır ki, bu yerlərin əhalisi arasında Çıraqqala ilə bağlı bayatılar, nağıllar və dastanlar hələ də yaşamaqdadır. Məsələn, "Çıraq yananda düşmən qaçar" ifadəsi insanların yaddaşında bu qalanın qoruyucu və siqnalverici funksiyasını simvolizə edir. Yaxın vaxtlara qədər bəzi bayram və mərasimlərdə bu qala ilə bağlı xüsusi rituallar, o cümlədən ocaqqalama da icra olunarmış.

Çıraqqalanın ətrafında yaşayan əhali arasında əsrlər boyu qala ilə bağlı müxtəlif əfsanələr və inanclar formalaşmışdır. Bəzi rəvayətlərə görə, qalanın gizli keçidləri var imiş və onlarda xəzinələr saxlanılırmış. Digər versiyalara əsasən, burada qoruyucu ruhların yaşadığına da inanılır.

Konservasiya işləri zamanı qala divarları gücləndirilmiş, təhlükəli ucuq sahələr, müşahidə qüllələri bərpa edilmişdir. İşlər qalanın tarixi quruluşuna və materialına müdaxilə edilmədən görülmüşdür. Turistlər üçün təhlükəsizlik yollarının çəkilməsi də planlaşdırılıb.

Çıraqqala Azərbaycanın memarlıq və hərbi-strateji irsinin nadir nümunəsidir. Onun qorunması yalnız konservasiyadan ibarət olmamalıdır. Bu dəyərli abidə ictimaiyyətə yaxından tanıdılmalı, bunun üçün də dərin elmi araşdırmalar aparılmalıdır.

Hazırda Çıraqqala Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidə kimi qeydiyyata alınıb və mühafizə olunur. Onun turist marşrutlarına daxil edilməsinə baxmayaraq, infrastruktur məhdudluğundan buranı ziyarət etmək imkanları o qədər də geniş deyil. Halbuku Çıraqqala qoruğunun böyük turizm marşrutlarından birinə çevrilmək imkanı böyükdür.


Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ədliyyə Nazirliyi: “Yüksəliş” müsabiqəsi qaliblərinin mentorluq proqramını həyata keçirməsi üçün lazımi şərait yaradılacaq  

16:44
02 Aprel

Tramp: Dünyanın Hörmüz boğazına ehtiyacı var, ABŞ-nin isə yox

16:41
02 Aprel

Avropada təbii qaz qiymətləri kəskin artıb

16:37
02 Aprel

BMT: Yaxın Şərq müharibəsi bərpaolunan enerji mənbələrinə sürətli keçidin əhəmiyyətini artırır  

16:21
02 Aprel

Kəlbəcərə növbəti köç: Daha 27 ailə doğma yurduna qovuşub YENİLƏNİB 2

16:18
02 Aprel

Avstraliya qumar reklamlarına qarşı sərt məhdudiyyətlər tətbiq edir

16:17
02 Aprel

İran Filippin gəmilərinin Hörmüz boğazından keçidinə icazə verəcək  

16:12
02 Aprel

Marsda mümkün həyat izləri ilə bağlı araşdırma aparılıb  

16:11
02 Aprel

“AirPods Max 2” təqdim edilib  

16:01
02 Aprel

Böyük Britaniya Aİ ilə əlaqələri gücləndirəcək

15:56
02 Aprel

Cənubi Koreya enerji böhranına qarşı 17,3 milyard dollar ayırır

15:53
02 Aprel

Qızılın qiyməti müharibə bəyanatlarından sonra azalıb  

15:45
02 Aprel

Bu kiçik şəhər dünyanın ən pis havasına malikdir

15:41
02 Aprel

Hacıqabul Sənaye Parkında yeni investisiya layihəsi: 50 iş yeri yaradılacaq   

15:36
02 Aprel

Türkiyə 224 kilometrlik yolun təmirinə başlayıb 

15:31
02 Aprel

Ay ətrafında səyahətə start verilib  

15:30
02 Aprel

Bakı-Supsa neft kəməri: xərclər və müqavilə şərtləri təsdiqləndi 

15:21
02 Aprel

Almaniyada dizel yanacağının qiyməti rekord həddə çatıb

15:14
02 Aprel

Pasxa bayramı üçün dünya miqyasında yəhudilərə 2,5 milyon dollar ianə edilib  

15:01
02 Aprel

 Ermənistan Atom Elektrik Stansiyası 5 aylıq bağlandı

14:58
02 Aprel

Moldova parlamenti ölkənin MDB-dən çıxması ilə bağlı yekun qərar qəbul edib  

14:54
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!