05 Sentyabr 2025 08:15
1154
İQTİSADİYYAT
A- A+
Çin elə də uzaq ölkə deyilmiş

Çin elə də uzaq ölkə deyilmiş


Prezidentin ÇXR-ə növbəti səfəri də işgüzar əlaqələrin inkişafı baxımından  məhsuldar oldu


Dünyada qloballaşma dalğasının yeni mərhələyə qədəm qoyduğu bir dövrdə Azərbaycan xarici siyasətdə çevik, qətiyyətli və uzaqgörən bir mövqe nümayiş etdirir. 

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar səfəri bunun bariz nümunəsi oldu. Təbii ki, bu, sadəcə bir növbəti səfər deyildi. Strateji baxışın, milli maraqlara əsaslanan diplomatiyanın və iqtisadi yanaşmanın  real təzahürü idi. 

Səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər, aparılan söhbətlər və iqtisadi əməkdaşlığa dair müzakirələr energetika, nəqliy-yat və yüksək texnologiyalar sahəsində Azərbaycan üçün yeni imkanlar açır. Dövlət başçısının  Çin Xalq Respublikasının Sədri Si Cinpin və aparıcı şirkət rəhbərləri ilə görüşləri ölkəmizin iqtisadi, texnoloji və logistik potensialının Çin tərəfindən yüksək dəyərləndirildiyini aydın şəkildə nümayiş etdirdi. Sirr deyil ki, Çin texnologiyada, istehsalatda, maliyyə sistemində və qlobal layihələrdə XXI əsrin super gücüdür.  Belə bir ölkə ilə münasibətlər Azərbaycanın iqtisadi və geosiyasi müstəvidə çəkisini artırır.  Hələ onu demirik ki, “Bir kəmər, bir yol” təşəbbüsünün mərkəzində duran Çinlə əməkdaşlıq Azərbaycanın Orta dəhlizdəki rolunu daha da önə çıxarır. Ona görə də səfəri bir kəlmə ilə ifadə etsək, bu, “iqtisadi inkişaf” olardı. 

Çində keçirilən görüşlər zamanı konkret təkliflər və layihələr ətrafında geniş müzakirələr aparıldı. Azərbaycanın tranzit imkanları, neft-qaz sektorundakı zəngin təcrübəsi, bərpaolunan enerji sahəsindəki böyük potensialı Çin tərəfinin xüsusi maraq dairəsində idi. Diqqətçəkən məqamlardan biri Çin şirkətlərinin Azərbaycana sərmayə qoymaq niy-yətidir. Texnoparklar, sənaye zonaları, rəqəmsal infrastruktur Azərbaycanın gələcək inkişaf yolunda əsas hədəfləridir və Çin bu yolun tərəfdaşına çevrilməkdə maraqlıdır. Qeyd edək ki, sadalananlar fonunda Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv olması məsələsi getdikcə daha aktual xarakter alır. Hərçənd ölkəmiz hələlik bu quruma üzv deyil, amma artıq uzun illərdir ki, ŞƏT-lə münasibətlərimiz dərin və məqsədyönlü bir xətt üzrə inkişaf edir. Azərbaycan bu platformada sabitlik, əməkdaşlıq və iqtisadi inteqrasiyanı təşviq edən, siyasi iradəsi ilə seçilən etibarlı tərəfdaş kimi çıxış edir.

Qeyd edək ki, Prezident İlham Əliyev bir sıra aparıcı Çin şirkətlərinin rəhbərləri ilə mühüm görüşlər keçirib. “Energy China” şirkətinin prezidenti və sədri Ni Cen, “Sichuan Sunsync Photovoltaic Technology Co” şirkətinin təsisçisi və rəhbəri Sie İ, “China Electronics Technology Group Corporation” (CETC) korporasiyasının baş direktoru Cu Pen və “China Communications Construction Company” (CCCC) şirkətinin sədri Son Haylian ilə görüşlərdə Azərbaycanın qarşıdakı dövrdə həyata keçirməyi planlaşdırdığı strateji layihələr geniş şəkildə müzakirə edilib. Əsasən də Xəzər dənizində külək-elektrik stansiyalarının inşası, tullantı sularının təmizlənməsi, emalı və təkrar istifadəsi, su ehtiyatlarının daha səmərəli idarə olunması, Ələt Azad İqtisadi Zonasında günəş panelləri istehsalı üzrə yüksəktexnologiyalı müəssisənin yaradılması, rəqəmsal idarəetmə sistemlərinin müasirləşdirilməsi, rəqəmsal iqtisadiyyat və milli şəbəkə təhlükəsizliyinin inkişafı, Abşeron yarımadasındakı göllərin təmizlənməsi və bərpası kimi sahələrdə əməkdaşlıq imkanları gündəmin mövzusu olub. Bu müzakirələr Azərbaycanın davamlı inkişaf modeli, ekoloji təhlükəsizlik, “yaşıl enerji” keçidi və rəqəmsal suverenlik sahəsində artan ambisiyalarının Çində də maraqla qarşılandığını göstərir. Buradan aydın olur  ki, Çin tərəfi Azərbaycanın regional və qlobal iqtisadi proseslərdə artan rolunu nəzərə alaraq, həm sərmayə, həm də texnoloji tərəfdaşlıq baxımından ölkəmizə ciddi diqqət yetirir. Beləliklə, Prezident İlham Əliyevin səfəri Azərbaycanın Çinlə münasibətlərində keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu və bu strateji tərəfdaşlığın gələcək iqtisadi inkişafımıza güclü təkan verəcəyini təsdiqlədi. Keçirilən görüşlər Azərbaycanın Çinlə münasibətlərinin uzunmüddətli strateji əməkdaşlıq müstəvisinə keçdiyini aydın şəkildə ortaya qoydu.

Səfərin ən mühüm strateji nəticələrindən biri Azərbaycanın “körpü ölkə” funksiyasının daha da möhkəmlənməsidir. Şərqlə Qərb arasında körpü olmaq təkcə coğrafi mövqe ilə deyil, həm də siyasi iradə, iqtisadi sabitlik və güclü infrastrukturla mümkündür. Yeni mərhələyə qədəm qoyan Çin-Azərbaycan münasibətləri məhz bu arqumentlərin üzərində qurulub. Uzaq Şərqdən Avropaya gedən yolda Azərbaycan keçid məntəqəsi rolunu oynamayacaq. O, artıq  bu yolun mühüm dayanacağına və məqsəd nöqtəsinə çevrilməkdədir. Bakı-Tbilisi-Ceyhan  neft kəmərinə, Bakı-Tbilisi-Qars dəmir yoluna, Ələt Beynəlxalq Dəniz Limanına və  Zəngəzur dəhlizinə (TRIPP) sadəcə layihə adları  kimi baxmaq sadəlövhlük olardı.  Bunlar  Azərbaycanın gələcəyini formalaşdıran iqtisadi arteriyalardır.

Prezident İlham Əliyevin Çinə səfəri bir daha sübut etdi ki, Azərbaycan artıq qlobal oyunçuya çevrilmək yolundadır. Bu gün ölkəmiz yalnız enerji resursları ilə tanınmır. Azərbaycan artıq gələcəyin texnologiyalarını mənimsəyən, nəqliy-yat və ticarət axınlarının mərkəzində dayanan, milli maraqlarını beynəlxalq səviyyədə qoruya və təşviq edə bilən müasir, güclü bir dövlətdir. Uzaq Şərq səfəri, əslində, Azərbaycanın açıq iqtisadiyyat, dostluq və əməkdaşlıq siyasətinin nə qədər doğru olduğunu göstərir. Çin kimi bir güclə sıx tərəfdaşlıq qurmaq yeni iqtisadi üfüqləri fəth etmək və diplomatik uğur  deməkdir. 


Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!