05 Sentyabr 2024 10:02
215
DÜNYA
A- A+

Çin  bütün Afrika ilə strateji əlaqələr quracaq


 Çinin ali rəhbərliyi ölkəsinin onunla diplomatik əlaqələr qurmuş bütün Afrika dövlətləri ilə əlaqələrinin səviyyəsini strateji əməkdaşlığa yüksəltməyi məqsədəuyğun hesab edir. Bunu Çin-Afrika Əməkdaşlıq Forumunun (ÇAƏF) doqquzuncu sammitinin açılış mərasimində çıxışı zamanı ÇXR sədri Si Cinpin deyib.
Çin liderinin sözlərinə görə, Pekin region dövlətləri ilə “yeni dövrdə hər bir şəraitə uyğun, taleyüklü birlik” yaratmağa çalışır.
ÇAƏF 2000-ci ildən növbə ilə Pekində və Qara Qitə ölkələrindən birinin paytaxtında keçirilir - bu, ÇXR-in Afrikada iqtisadi, siyasi və mədəni təsirini gücləndirməyə kömək edən mühüm platformadır. Tədbirin əsas məqsədlərindən biri “Bir kəmər - bir yol” təşəbbüsünün layihələrini təşviq etməkdir. Yeddinci forum 2018-ci ilin sentyabrında Çinin paytaxtında, səkkizincisi isə 2021-ci ilin noyabrında Dakarda baş tutub.


 “Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video