17 Avqust 2026 20:10
1045
İDMAN
A- A+
Çimərlik güləşi üzrə millinin baş məşqçisi: Bakıdakı yarışlara ən güclü heyətlə hazırlaşırıq  

Çimərlik güləşi üzrə millinin baş məşqçisi: Bakıdakı yarışlara ən güclü heyətlə hazırlaşırıq  


“Doğma divarlar” arasında yaxşı nəticələr qazanmaq istəyirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın çimərlik güləşi üzrə milli komandasının baş məşqçisi Oyan Nəzəriani Bakıda keçiriləcək yeniyetmələrin dünya çempionatı və Dünya Seriyasının IV mərhələsi ilə bağlı danışarkən deyib. O bildirib ki, milli komanda Dünya Seriyasının III mərhələsindən sonra hazırlığını intensiv şəkildə davam etdirir: “Avqustun 16-da sonuncu təlim-məşq toplanışımıza start vermişik. Bu, çimərlik güləşində bir ilk olacaq. Digər təlim-məşq toplanışlarından fərqli olaraq, bu dəfə hazırlıq prosesində yerli idmançılarla yanaşı, 6-dan çox ölkədən xarici güləşçilər iştirak edirlər. Toplanış yarış gününə qədər davam edəcək. Ümid edirik ki, bu hazırlıq bizim üçün faydalı və məhsuldar olacaq”.

Baş məşqçi heyətin artıq müəyyənləşdiyini qeyd edib: “Heyətin formalaşdırılmasında ölkə çempionatının nəticələri, təlim-məşq toplanışları zamanı idmançıların ümumi hazırlıq səviyyəsi və yoxlama görüşlərindəki çıxışları nəzərə alınıb. Çalışmışıq ki, yarış üçün ən güclü və layiqli idmançıları seçək. Heyətə düşə bilməyən güləşçilərimiz digərlərindən heç də geri qalmırlar. Sadəcə, hər yarışın öz prioritetləri var. Hazırkı mərhələdə daha hazırlıqlı və güclü idmançılara üstünlük vermişik”.

Oyan Nəzəriani doğma Bakıda çıxış etməyin əlavə məsuliyyət yaratdığını vurğulayıb: “Yarışın ölkəmizdə keçirilməsi həm təşkilati baxımdan, həm də güləşçilərin fiziki və psixoloji hazırlığı baxımından mühüm sınaqdır. Azərbaycan çimərlik güləşi üzrə dünyada qabaqcıl ölkələrdən biridir. Demək olar ki, hər il yaxşı nəticələr əldə edirik. İnanırıq ki, bu yarışda da güləşçilərimiz uğurlu çıxış edəcəklər. Əsas məqsədimiz yüksək hazırlıq səviyyəmizə və özümüzə olan inamımıza söykənərək “doğma divarlar” arasında yaxşı nəticələr qazanmaqdır”.

Baş məşqçi yarışın ölkədə çimərlik güləşinin inkişafına da ciddi töhfə verəcəyini deyib: “Günü-gündən bu güləş növünə marağın artdığını görürük. Həm valideynlər, həm klublarda, həm də bölgələrdə fəaliyyət göstərən məşqçilər çimərlik güləşinin qaydaları və məşq sistemi ilə maraqlanırlar. Əminik ki, belə mötəbər yarışın Azərbaycanda keçirilməsi bu növün inkişafına və daha çox insanın çimərlik güləşinə maraq göstərməsinə xüsusi təkan verəcək”.

Mütəxəssis konkret rəqiblərin adını çəkmək istəmədiyini bildirib: “Bu yarışda 4 qitədən idmançılar iştirak edəcək və kifayət qədər güclü ölkələrin nümayəndələri mübarizə aparacaqlar. Bizim komandanın fəlsəfəsi ondan ibarətdir ki, istənilən rəqibə qarşı ciddi hazırlaşırıq və hər bir rəqibə eyni dərəcədə hörmətlə yanaşırıq. Bizim üçün qarşıdakı ilk rəqib ən ciddi rəqibdir. Buna görə də hər görüşə maksimum konsentrasiya ilə yanaşacağıq”.

Baş məşqçi azarkeşlərə də müraciət edib: “Azarkeşlərimizdən bizi bu yarışda tək qoymamalarını xahiş edirəm. Doğma Bakıda, öz tamaşaçılarımızın qarşısında mübarizə aparmaq bizim üçün böyük motivasiyadır. Onların tribunadakı dəstəyi güləşçilərimizə əlavə güc və inam verəcək. İnanıram ki, birlikdə gözəl nəticələr qazana bilərik. Bütün azarkeşlərimizi yarışa dəvət edir və milli komandamıza dəstək olmağa çağırıram. İnşallah, onların qarşısında layiqli çıxış edib Azərbaycanımızı sevindirəcəyik”.

Qeyd edək ki, avqustun 27-dən 29-dək “Sea Breeze” istirahət mərkəzində çimərlik güləşi üzrə 2 mötəbər yarış keçiriləcək. İlk yarış günündə yeniyetmələrin dünya çempionatı baş tutacaq. Növbəti 2 gündə isə böyüklər qum üzərinə çıxacaq. Avqustun 28-29-da Dünya Seriyasının IV mərhələsi baş tutacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azamat Tleujanov: Qazaxıstan ilə Azərbaycan ŞƏT və Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələri gücləndirə bilər  

20:27
05 Sentyabr

Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

16:35
05 Sentyabr

Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub  

16:30
05 Sentyabr

“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib

16:25
05 Sentyabr

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

16:23
05 Sentyabr

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

15:40
05 Sentyabr

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

15:35
05 Sentyabr

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib  

15:32
05 Sentyabr

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

13:33
05 Sentyabr

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib  

12:45
05 Sentyabr

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

12:43
05 Sentyabr

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

12:40
05 Sentyabr

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb  

12:37
05 Sentyabr

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib  

12:35
05 Sentyabr

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir  

12:33
05 Sentyabr

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək  

12:30
05 Sentyabr

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub  

12:24
05 Sentyabr

Yuxunu izləyən radar sistemi

11:25
05 Sentyabr

"Acer"dən yeni noutbuk

11:20
05 Sentyabr

Smartfonlar üçün kamera ovçusu

11:15
05 Sentyabr

Süni profillərə yeni məhdudiyyət

11:10
05 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!