Çəltik biçininin qızğın vaxtıdır
Masallı fermerlərinin bu gəlirli sahəyə maraqları ildən-ilə artır
"Holland” markalı 2 kombayn çəltik sahəsinə girib biçinə başlayır. Bu münasibətlə Masallı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin baş mütəxəssisi Hasil Hüseynov, Şıxlar kənd inzibati ərazi nümayəndəsi Rəşad Dadaşov, bələdiyyə sədri Elmar Məcidov və digərləri torpaq mülkiyyətçisi Zakir Xammədovu təbrik edirlər.
Fermer Z.Xammədov deyir ki, 2017-ci ildə bu sahədə ilk dəfə çəltik əkəndə çoxları işimin uğurlu olacağına inanmırdı, deyirdilər ki, zəhmətin hədər gedəcək, çəkdiyin xərci çıxara bilməyəcəksən: "Amma mən öz inadımdan əl çəkmədim. Babamdan, atamdan eşitmişdim ki, qədimdən buralarda bol çəltik yetişdirilib. Dövlətin çəltikçiliyin inkişaf etdirilməsi ilə bağlı həyata keçirdiyi tədbirlər, etdiyi güzəştlər də məndə işimə inam yaradırdı və zənnimdə yanılmadığımı göstərdi”.
Həmin il o, 2,5 hektar sahədən yüksək məhsul götürüb. Rayonda dəyirman olmadığından yığdığı məhsulu Astarada döydürüb. Emal olunan düyü yaxşı qazanc gətirib. Bir vaxtlar ona rişxənd edən adamlar da bunu görəndə çəltik əkməyə qərar veriblər.
Z.Xammədov indi çəltik sahəsinə bir kiloqram da gübrə vermir. Elə buna görə əkdiyi "Haşimi” və "Apollo” növlərindən olan düyünün alıcıları başının üstündədir. Hər kiloqramını 3 manata alırlar. Əkdiyi 2,5 hektar sahədən indiki biçində 85 sentner məhsul gözləyir.
Yeri gəlmişkən qeyd edək ki, fermerin hər iki oğlu - Zahir və Şakir də torpaq icarəyə götürüb çəltik becərirlər.
Masallıda çəltik istehsalı sahəsində uğurlu nəticələrə nail olan sahibkarlardan biri də Elxan Qənbərovdur. O, əslən Bərdə rayonundandır. Özünün zarafatla dediyi kimi, bir talış qızı onu kəməndə saldığı üçün burada qalmağa məcbur olub. Artıq bir neçə ildir çəltik istehsalı və emalı ilə məşğuldur. 2017-ci ildə əkdiyi 27 hektar sahədən 135 ton məhsul əldə edib. Torpağın hamısını icarəyə götürüb. Çəltikçiliyin gəlirli sahə olduğunu görən E.Qənbərov yüngül konstruksiyalı zavod tikməyi qərara alıb. Bundan ötrü dövlətdən 150 min manat kredit götürüb. Tikinti işləri aparıb. Çindən avadanlıqlar alıb gətirib. Çinli mütəxəssislər Masallıya gəlib həmin avadanlıqları quraşdırıblar. Zavodun açılışında Prezident İlham Əliyev iştirak edib. Gündəlik emal gücü 20 ton olan zavod Göyçay, Salyan, Ucar, Ağdaş, Ağsu rayonlarından gətirilən çəltiyi də emal edir. Müəssisədə 10 nəfər çalışır.
Sahibkar E.Qənbərov bu il Qızılağac kəndi ərazisində 31 hektarda "Haşimi”, "Apollo” və "Okean” növündən olan çəltik əkmişdir. Biçin işləri başa çatmaq üzrədir. Sahələrdə bol məhsul var.
Rayon üzrə bütövlükdə çəltik istehsalı ildən-ilə artır. Keçən il 217 hektarda çəltik əkini aparılmışdırsa, cari ildə həmin rəqəm 253,9 hektara çatmışdır. Mütəxəssislərin qənaətinə görə, bu il sahələrdən daha çox çəltik məhsulu gözlənilir.
Seyran CAVADOV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır
27 Aprel
Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb
27 Aprel
Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub
27 Aprel
ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı ...
27 Aprel
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
27 Aprel
Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür
27 Aprel
Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub
27 Aprel
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
27 Aprel
Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq
27 Aprel
Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib...
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!