11 May 2025 08:45
789
SİYASƏT
A- A+
Cənubi Qafqazda yeni geosiyasi reallıq: Aİ Azərbaycan strategiyasını dəyişir

Cənubi Qafqazda yeni geosiyasi reallıq: Aİ Azərbaycan strategiyasını dəyişir


Avropa İttifaqı qlobal geosiyasətdə müstəqil yer tutmaq uğrunda diplomatik fəallığını xeyli artırıb. Bu, Aİ rəsmilərinin dünyanın müxtəlif regionlarına səfərləri fonunda diqqət çəkir. Belə ki, birinci Mərkəzi Asiya-Avropa İttifaqı sammitinin keçirilməsindən az sonra təşkilatın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Bakıya səfər etməsi ortaya çoxlu sual çıxarıb. Ekspertlər bu suallara cavab axtarışlarını davam etdirirlər.


Kallas "oyun qaydaları"nı korrektə edir?


Kaya Kallasın Azərbaycana səfərinə ekspertlər ciddi maraq göstərirlər. Bunun başlıca səbəbi son zamanlar dünyanın böyük güclərinin Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində nüfuz yarışını yeni səviyyəyə qaldırmaları ilə bağlıdır. Bu prosesdə güclü geosiyasi dairələr arasında rəqabətin daha kəskin xarakter aldığı aydın görünür.

Bundan başqa, K.Kallasın Aİ-nin Azərbaycana qərəzli münasibətləri fonunda nələri ifadə edə biləcəyi maraqla gözlənilirdi. Nəhayət, bu səfər Aİ-nin Mərkəzi Asiya dövlətləri ilə ilk ali səviyyəli sammiti fonunda olduqca düşündürücü idi. Bu baxımdan da ekspertlərdə K.Kallasın Bakıda hansı fikirləri ifadə edəcəyi maraq doğururdu.

Avropa mediasında Aİ-nin yüksək rəsmisinin Azərbaycana səfəri geniş təhlil edilməkdədir. Ekspertlərin diqqətini Almaniyanın "Tagesschau" xəbər saytında həmin səfərlə bağlı verilmiş geniş təhlil cəlb edib. Məqalədə vurğulanır ki, Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq "…çərçivəsində bərpaolunan enerji sahəsində və Çin ilə Avropa arasında nəqliyyat infrastrukturunun inkişafı istiqamətində birgə fəaliyyət" də nəzərdə tutulur.

Bu fikir diqqəti iki faktora yönəldir. Birincisi, Aİ bərpaolunan enerji məsələsini strateji əhəmiyyətli sayır. İkincisi, bərpaolunan enerji sferasında Aİ Azərbaycan-Çin əməkdaşlığından yararlanmaqda maraqlıdır. Bu zaman Aİ geosiyasi məsələlərə də ciddi önəm verir.


Təhlükəsizlik faktoru


"Tagesschau"dakı məqalədə vurğulanır: "Hər iki sahə Avropa İttifaqı üçün böyük əhəmiyyət daşıyır. Dünyanın dəniz yolları boyunca təhlükəsizlik vəziyyətinin qeyri-müəyyənliyi Cənubi Qafqaz vasitəsilə quru nəqliyyat əlaqələrinin önəmini daha da artırır. Məhz bu səbəbdən Kallas Bakıda Aİ ilə region arasında əlaqələrin genişləndirilməsindən danışdı". Deməli, Brüssel sabit və dinamik marşrutla nəqliyyat infrastrukturu məsələsini və bərpaolunan enerji ilə kəsintisiz təminatı birləşdirməyə istiqamətlənib. Bununla Brüssel enerji ixracı ilə nəqliyyat-logistika faktorunu vahid əməkdaşlıq modeli çərçivəsində uyğunlaşdırmağa çalışır.

Azərbaycanın bu kontekstdə kifayət qədər zəngin təcrübəsi mövcuddur. O cümlədən Azərbaycan Mərkəzi Asiya və Çin istiqamətində xeyli işlər görüb. Azərbaycanın Trans-Xəzər nəqliyyat marşrutu və ya Orta dəhlizdə fəal iştirakı və rolu Bakıdakı müzakirələrdə xüsusi qeyd edilib. Məhz bu baza üzərində K.Kallas Bakıda Cənubi Qafqazla əməkdaşlığın genişləndirilməsi perspektivini də müzakirə edib. Həmin kontekstdə bir məqam ekspertlərin diqqətini daha çox çəkir. Belə ki, Aİ rəsmisi "…uzun müddətdir gündəmdə olmayan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi üzrə danışıqların bərpasına da" toxunub.


Brüssel: münasibətlərə yenidən baxış


K.Kallasın Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini xatırlaması təsadüfi sayıla bilməz. Çünki Bakıda o, bütövlükdə, Cənubi Qafqaz miqyasında əməkdaşlığın anatomiyasına toxunub. O, Cənubi Qafqaz ölkələrinin - Azərbaycan, Ermənistan və Gürcüstanın quru əlaqələrinə artan maraqdan yaranan imkanlardan faydalanmaq istədikləri və bu amilin regionda mövcud maneələrin aradan qaldırılmasını zəruri etdiyini ön sıraya çıxarıb. Bunun reallaşması isə birbaşa Azərbaycandan asılıdır. Məsələnin bu tərəfi geosiyasi baxımdan olduqca əhəmiyyətlidir. Çünki Aİ rəsmisi mövqeyini əsaslandıraraq, Azərbaycanın Cənubi Qafqazda aparıcı dövlət olduğunu açıq etiraf edib.

Bu, həqiqətən də, tarixi əhəmiyyətli bir dəyişiklikdir. Çünki uzun müddətdir ki, Aİ bu reallığı qəbul etmək istəmirdi. Brüssel əsassız olaraq Ermənistana dəstək verirdi. İndi də Avropa mediasının verdiyi informasiyalara görə, rəsmi İrəvan K.Kallasın Azərbaycandan sonra Ermənistana getməməsindən ciddi narahatlıq hissi keçirir. Çünki bu o deməkdir ki, Brüssel əsas olaraq Azərbaycana maraq göstərir və böyük layihələrdə onu Ermənistan elə də maraqlandırmır.

Əgər bu cür münasibət davam etsə, onda Brüsselin regiona baxışının yeniləşdiyini demək mümkün olacaq. Hələlik bu başlanğıcdır. Bu kontekstdə Bakıda Ermənistanla münasibətlərin normallaşması məsələsinin də müzakirə edilməsi maraq doğurur.


Regionda dayanıqlı sülh uğrunda


K.Kallas Azərbaycan-Ermənistan münasibətlərinə məhz bu aspektdən yanaşır. O, Azərbaycan Prezidenti ilə görüşündə həmin fikri bir daha ifadə edib, daha sonra isə Azərbaycanın xarici işlər naziri ilə həmin məsələnin müzakirəsini aparıb. Aydın hiss olunurdu ki, Aİ Ermənistanı layihələrə daxil etməyə çalışır. Hətta avropalı rəsmi enerji marşrutlarından birinin Ermənistandan keçməsinin faydalı ola biləcəyinə işarə edib.

Bunu bir sıra ekspertlər "Aİ-nin İranı kənarda saxlamaq cəhdi" kimi qiymətləndirirlər. Digər ekspertlər isə dolayısı ilə Gürcüstanın cəzalandırılması əlaməti olaraq qiymətləndirirlər. Lakin bütün hallarda Ermənistanın Orta dəhliz layihəsinə qoşulmasına çalışıldığı duyulur. Bakının mövqeyi isə öncədən məlumdur. Ermənistan Konstitusiyasına dəyişiklik etməli və ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı rəsmi bəyanat verməlidir. Yalnız bundan sonra sülh müqaviləsi imzalana və hər hansı əməkdaşlıq məsələsi müzakirə oluna bilər. Təbii ki, rəsmi Bakının mövqeyi əsaslıdır. Onu Prezident İlham Əliyev K.Kallasla danışıqlarda da ifadə edib.


"Cənub qaz dəhlizi"


Azərbaycan Prezidenti İlham Əliyev K.Kallası qəbul edərkən "Cənub qaz dəhlizi"nin Aİ-Azərbaycan əlaqələrinin inkişafında xüsusi yer tutduğunu vurğulayıb. Bu layihə Avropanın enerji təhlükəsizliyində artıq dörd ildir ki, ciddi rol oynayır. Azərbaycan indi 8 Aİ üzvü olan ölkəyə qaz ixrac edir. Bütövlükdə isə Azərbaycan qazını 10 Avropa ölkəsi alır. Bunlardan başqa, Azərbaycan Gürcüstan, Rumıniya, Macarıstan və Bolqarıstanla birgə bərpaolunan enerji sferasında Qara dənizin dibindən keçməklə böyük layihəni reallaşdırır. Bu prosesin daha da inkişaf etdiriləcəyi və Aİ-Azərbaycan əlaqələrində "yaşıl enerji"nin xüsusi yer tutacağı gözlənilir.


Perspektivlər


Qlobal miqyasda müşahidə edilən geosiyasi mübarizə fonunda K.Kallasın Azərbaycana səfəri Aİ-nin Cənubi Qafqazla bağlı siyasətinin yeni səviyyəyə yüksəldiyini göstərir. Azərbaycan Mərkəzi Asiya və Çin istiqamətlərində Aİ üçün birləşdirici rol oynaya bilər. Brüsseldə başa düşürlər ki, Azərbaycan olmasa, Mərkəzi Asiya ilə heç bir ciddi əməkdaşlıq qurmaq mümkün olmayacaqdır. Çünki Mərkəzi Asiyadan gələn etibarlı tranzit marşrutu məhz Azərbaycandan keçir.

İran Aİ üçün riskli ölkə hesab olunduğundan Tehranın iştirakı sual altındadır. Aİ ayrıca Rusiyadan keçən marşrutlarla maraqlanmır. Deməli, Azərbaycan yeganə etibarlı marşrut olaraq qəbul edilməlidir. Buna görə də K.Kallasın Azərbaycan səfəri tərəflər arasında münasibətləri perspektivli istiqamətdə inkişaf etdirə bilər.

Bundan bütövlükdə türk dünyasının da faydalana biləcəyi mümkündür. Deməli, Brüssel, faktiki olaraq, TDT ilə münasibətlərini Bakı üzərindən qurmaq yolunu seçib. Bu isə Azərbaycanın qlobal geosiyasətdə yeni mövqeyə yüksəldiyinin göstəricilərindən biridir. 


Kamal ADIGÖZƏLOV,

beynəlxalq münasibətlər üzrə ekspert

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!