17 Mart 2023 02:04
654
İQTİSADİYYAT
A- A+
"Cənub qaz dəhlizi"nin birləşdirici halqası 

"Cənub qaz dəhlizi"nin birləşdirici halqası 

 

Azərbaycanın və Türkiyənin birgə layihəsi olan TANAP-ın təməlinin qoyulmasından 8 il keçir

 

TANAP-ın (Trans-Anadolu Qaz Boru Kəməri) təməli 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda qoyulmuşdur. Bu, tarixi bir hadisə idi. Çünki TANAP Xəzərin sahilindəki Səngəçal terminalından başlayaraq Adriatik dənizinin sahilinə,  İtaliya  torpağınadək uzanan 3500 kilometrlik "Cənub qaz dəhlizi"nin ən böyük hissəsidir.
TANAP Azərbaycanın və Türkiyənin birgə layihəsidir. Lakin bu boru xətti bütün Avropa məkanı ücün də mühüm əhəmiyyət daşıyır. "Cənub qaz dəhlizi"ni yaradan üç kəmərin ikinci hissəsi olması TANAP-ın dəyərini daha aydın  əks etdirir. Belə ki,  bu xətt Gürcüstan-Türkiyə sərhədində genişləndirilmiş CQBK (Cənubi Qafqaz Boru Kəməri) ilə birləşir, Türkiyə-Yunanıstan sərhədində isə TAP-a (Trans-Adriatik Qaz Boru Kəməri) qovuşur. Təsadüfi deyil ki, bu boru xəttini  möhtəşəm "Cənub qaz dəhlizi"nin  birləşdirici halqası, onurğa sütunu  adlandırırlar.
TANAP-ın təməlinin qoyulması uzunmüddətli danışıqlardan konkret işlərə keçməyə imkan yaradan bir hadisə idi. Çünki kəmərin salnaməsi hələ bundan xeyli əvvəl başlanmışdı. 2012-ci ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin o vaxt Baş naziri, indi Prezidenti olan Rəcəb Tayyib Ərdoğan İstanbulda TANAP üzrə hökumətlərarası saziş imzalamışdılar. Layihənin həyata keçirilməsi istiqamətində genişmiqyaslı işlərə də  elə həmin vaxtdan  start verilmişdi. 2014-cü ilin ortalarınadək layihələndirmə işləri, araşdırmalar tamamlanmışdı. Sonra mühəndis-layihələndirmə, təchizat-tədarük, tikinti-idarəçilik müqavilələri imzalanmış və kəmərin tikintisinin bütün incəlikləri nəzərdən keçirilmişdi. Beləliklə, 2014-2015-ci illər TANAP-ın ərsəyə gəlməsində çox məsuliyyətli bir  dövr  olmuşdu.
Prezident İlham Əliyevin dediyi kimi: "TANAP-a aparan yol 2012-ci ildə başlamışdır. Tarixi İstanbul sazişi nəticəsində TANAP-ın yaşıl işığı yandırıldı. Tarixi İstanbul anlaşması Türkiyə və Azərbaycanın birgə siyasi iradəsi nəticəsində mümkün olmuşdur. Çünki TANAP haqqında bu qərarın qəbul edilməsinə qədər Azərbaycan qazının Türkiyə və ondan sonra Avropaya nəql edilməsi ətrafında bir neçə il çox böyük mübahisələr və müzakirələr aparılmışdır, ancaq heç bir nəticə verməmişdir. Belə olan halda əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə qərara gəldik ki, bizə lazım olan bu nəhəng layihəni özümüz həyata keçirək və belə də oldu". 
Xatırladaq ki, enerjinin İpək yolu sayılan TANAP 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Qardaş ölkəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi, həmin il iyunun 30-da başlanıb.
TANAP Türkiyənin ərazisində 1850 kilometrlik məsafə qət edir, ölkənin 20 vilayətindən, 67 rayonundan və 600 kəndindən keçərək Avropanın qapısına çatır.  Kəmərin Gürcüstan-Türkiyə sərhədində başlayıb Əskişəhərdə bitən hissəsinin uzunluğu 1350 kilometr, oradan Türkiyə-Yunanıstan sərhədinədək olan hissəsi isə 480 kilometr təşkil edir. 2019-cu il iyulun 1-dən etibarən TANAP Azərbaycan  qazını TAP-a ötürmək üçün hazır vəziyyətə gətirilib.
TANAP ilk mərhələdə ildə 16 milyard kubmetr Azərbaycan təbii qazını nəql etmək gücündə layihələndirilmişdi. Bunun 6 milyard kubmetri Türkiyədəki, 10 milyard kubmetri isə Avropa ölkələrindəki istehlakçılar üçün nəzərdə tutulmuşdu. Növbəti illərdə isə kəmərin nəqletmə qabiliyyətinin artırılacağı da istisna deyildi. Lakin zaman, yaranmış şərait, yəni Avropanın mavi yanacağa tələbatının kəskin şəkildə artması bunu daha tez və daha ciddi çağırışlarla gündəmə gətirdi. Belə ki, Azərbaycandan qaz almaq istəyən ölkələrin sayı getdikcə artır. Bu isə mavi yanacağı Avropaya çatdıran TAP-ın genişləndirilməsini tələb edir. TAP-ın genişləndirilməsi isə TANAP genişləndirilmədən mümkün deyil.
Məlum olduğu kimi, keçən il iyulun 18-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri də məhz Avropaya qaz ixracının gələcək perspektivlərinə xidmət edirdi. Həmin məqsədlə Azərbaycanla Avropa İttifaqı arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalandı. Hazırda memorandumun icrası uğurla davam edir. Bir sözlə, Azərbaycan qaz bazarında, o cümlədən Avropa bazarında ciddi aktora çevrilib. Artıq TANAP-ın  və TAP-ın buraxıcılıq qabiliyyətinin ikiqat artırılması gündəmə gəlib. Bunun üçün təbii ki, əlavə tədbirlər tələb olunur. Prezident İlham Əliyev bu barədə demişdir: "Qaz kəmərlərinin hamısının inşa edilməsini nəzərə alsaq, təbii ki, Avropa İttifaqı ilə biz tədarükün artırılmasını hədəfləmişik. Lakin bundan ötrü, əlbəttə, hasilata investisiya qoyulması zəruridir və biz bunu edirik, bundan ötrü mövcud qaz kəmərlərinin genişləndirilməsi zəruridir. Ona görə ki, həm TANAP, həm də TAP kəmərləri bizim kontrakt bağladığımız həcmlər üçün nəzərdə tutulub. Biz belə qısa perspektivdə Avropaya tədarükün iki dəfə artırılmasına ehtiyac olacağını nəzərə almamışıq. Yəni xanım Ursula Fon der Lyayen ilə imzalanmış sənəddə məhz bu məqam nəzərdə tutulur".
Xatırladaq ki, TANAP-ın səhmlərinin 51 faizi "Cənub qaz dəhlizi" QSC-yə, 7 faizi "SOCAR Turkey Enerji A.Ş."yə (STEAŞ), 30 faizi BOTAŞ-a, 12 faizi bp şirkətinə məxsusdur.
Yaxın gələcəkdə TANAP istehlakçılara təkcə "Şahdəniz"dən deyil, Xəzərin Azərbaycan sektorunda işlənməsinin müxtəlif mərhələlərində olan yeni qaz yataqlarından hasil ediləcək mavi yanacağı da çatdıracaq. Bu, kəmərin iqtisadi və siyasi əhəmiyyətini daha da artıracaq.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!