27 Mart 2023 14:09
540
DÜNYA
A- A+

Burkina-Fasoda France 24 telekanalının yayımı dayandırılıb

 

Burkina-Fasonun hakimiyyət orqanlarının göstərişinə əsasən ölkə ərazisində Fransanın France 24 telekanalının yayımı dayandırılıb.

AZƏRTAC xəbər verir ki, “LeFaso” portalının məlumatına görə, son zamanlar Afrikada Fransadan və onun siyasətindən narazılıq getdikcə artmaqdadır. Belə ki, Mali, Mərkəzi Afrika Respublikası və Burkina-Faso fransalı hərbçilərin ölkələrindən çıxarılmasını tələb edir. Eyni zamanda, Mali, Burkina-Faso, Çad, Niger və Konqoda Fransaya qarşı miqyaslı etiraz aksiyaları keçirilir.

Martın 1-də Burkina-Faso hökuməti Fransa ilə 60 il öncə imzalanan hərbi sazişin qüvvədən düşdüyünü elan edib. Yanvarın əvvəlində Uaqaduqu Parislə müdafiə sahəsində sazişdən çıxıb. Nəticədə fevralın 19-da Burkina-Fasoda dislokasiya olunan Fransanın 400 hərbçidən ibarət xüsusi təyinatlı qüvvələri ölkədən çıxarılıb. Malidə isə referenduma çıxarılacaq yeni konstitusiya layihəsində ölkədə fransız dilinin statusunun aşağı salınması nəzərdə tutulub.

Qeyd edək ki, hazırda Afrika qitəsində Fransanın cəmi 3 min 500 nəfərlik hərbi qüvvəsi qalmaqdadır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video