13 Avqust 2024 03:13
345
İDMAN
A- A+

"Bu da son"

 

Sərbəst güləşçi Hacı Əliyev (65 kq) peşəkar karyerasını başa vurub. O bu barədə sosial şəbəkədə paylaşım edib. "Bu da son" başlığı ilə edilən paylaşımda hər kəsə təşəkkür edib: 
"Əziz doğma xalqım. Artıq uzun illərdir ki, çoxlu qələbələr gətirmişəm. Hər dəfə qələbə qazanıb bayrağımızı ən zirvələrə qaldırmaq və himnimizi səsləndirmək mənim üçün böyük şərəf olub. Çox sevinirəm ki, Allah mənə həyatda bu qədər qələbələr nəsib etdi, məni yüksəltdi, məni ölkəmə və dünyaya tanıtdı". 
Bir vaxtlar atasının əlindən tutub güləşə gedən Hacı haradan bilərdi ki, bu qədər qələbələr qazanıb tarix yazacaq. "Qazandığım bu qələbələr tək mənim yox, bütün Azərbaycan xalqının qələbəsi olub. Güləş karyeram ərzində o qədər medal qazandım ki, cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi, "sənin nə qədər medalın var bəlkə özün də bilmirsən". Bu doğurdan da, belədir. Mənə bu günə qədər dəstək olan hər kəsə təşəkkür edirəm", - deyə Hacı Əliyev bildirib.


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video