bp aqrar sahənin inkişafına dəstək verir
Azərbaycanda bir sıra mühüm neft-qaz və ixrac layihələrinin əməliyyatçısı olan bp şirkəti həyata keçirdiyi sosial proqramları özünün ölkəmizdəki uğurlarının tərkib hissəsi hesab edir.
Şirkət "Davamlı inkişaf təşəbbüsləri" adlanan bu proqramları "Azəri-Çıraq-Günəşli", Bakı-Tbilisi-Ceyhan, "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları ilə birlikdə reallaşdırır.
Bu günlərdə şirkət Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft və "Şahdəniz" qazını daşıyan Cənubi Qafqaz Boru Kəməri boyunca yaşayan əhaliyə dəstək üçün yeni bir "Davamlı inkişaf təşəbbüsü"nə başladığını elan etdi. Məqsəd kənd təsərrüfatı sahəsində çalışan icmalara davamlı gəlir imkanları yaratmaq, onlara lazımi bacarıq və vərdişlərin qazanılmasında kömək göstərməkdir. Layihəni yerli qeyri-hökumət təşkilatı olan Gəncə Aqrobiznes Assosiasiyası (GABA) Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıqda həyata keçirəcək. Elə layihənin təqdimatına həsr edilmiş tədbir də Aqrar Universitetdə təşkil olunmuşdu.
Universitetin rektoru Mirdaməd Sadıqov tədbiri giriş sözü ilə açaraq bu gün Azərbaycan iqtisadiyyatının bütün sahələrdə inkişaf etdiyini, bu inkişafa müəllifi ümummilli lider Heydər Əliyev olan yeni neft strategiyasının böyük təsirini, BTC-nin töhfəsini qeyd etdi. Natiq bp-nin aqrar sektoru dəstəkləməyə yönəltdiyi yeni layihəsini yüksək dəyərləndirdi. O, bu geniş proqramda universitetin alimlərinin yaxından iştirak etməyə hazır olduqlarını bildirdi.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Şəfiyev öz çıxışında vurğuladı ki, bütün bunlar ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. "Əsrin müqaviləsi" artıq ona bəslənən inamı doğruldub. R.Şəfiyev başlanan yeni layihənin də uğurlu olacağına əminliyini bildirdi.
bp Azərbaycan şirkətinin vitse-prezidenti Seymur Xəlilov BTC boyu ərazilərdə yüzlərlə sosial layihənin həyata keçirildiyini diqqətə çatdırdı. O əlavə etdi ki, bp-nin GABA ilə də əməkdaşlıq əlaqələri mövcuddur. Yeni layihə isə üstəlik elmlə təsərrüfatların daha da yaxınlaşması baxımından faydalı olacaq. ADAU-nun bunun üçün böyük potensialı var.
GABA-nın sədri Vüqar Babayev slaydlar vasitəsilə layihə haqqında geniş məlumat verdi. Məlum oldu ki, proqrama 132 istixana və 96 arıçılıq təsərrüfatlarının, bir çörəkbişirmə müəssisəsinin yaradılması daxildir. Layihə həmçinin bu müəssisə və təsərrüfatlara dayanıqlı olmaqları üçün lazımi bilik və bacarıqların qazanılması istiqamətində də dəstəkçi olacaq.
bp-nin və tərəfdaşlarının layihəyə ayırdığı məbləğ 800 min dollar təşkil edir. Layihənin əhatə etdiyi icmaların özləri təxminən 230 min, GABA isə 14 min dollar yönəldəcək.
Bu ilin noyabrından başlanan layihə iki il - 2013-cü ilin noyabr ayına qədər davam edəcək.
Layihə ətrafında müzakirələr də oldu. ADAU-nun alimləri, Ucar rayonundan gəlmiş kənd təsərrüfatı mütəxəssisləri, tbilisili qonaq - Gürcüstan Treninqlər və Məsləhətlər Mərkəzinin nümayəndəsi Besarion Sulaberidze çıxış edərək öz rəy və təkliflərini bildirdilər. Tədbirin sonunda GABA və ADAU arasında layihəyə aid Anlaşma Memorandumu imzalandı.
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!