İşğaldan qurtulan dəyərlərimiz bu torpaqların qədim Azərbaycan yurdu olduğunu yenidən dünyaya çatdıracaq
30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan bu torpaqları yalnız talan etməyib. İşğalçılar tarixi ərazilərimizi erməniləşdirməyə cəhd edərək xalqımızın milli-mənəvi dəyərlərinə qarşı əsl soyqırımı həyata keçiriblər, tarixi-dini abidələrimizə qarşı vandallıq törədiblər. Erməniləşdirə bilmədiklərini isə dağıdıblar, ya da təhqir ediblər.
Bütün məscidlər yenidən qurulacaq
Prezident İlham Əliyev bir neçə gün əvvəl işğaldan azad olunmuş rayonlarımıza səfəri zamanı bir daha diqqəti ermənilər tərəfindən məscidlərimizin dağıdılmasına yönəltdi. “Azad edilmiş bütün torpaqlarda bizim tarixi, mədəni, dini irsimiz ermənilər tərəfindən dağıdılıb, təhqir edilib, sökülüb” deyən İlham Əliyev bunun bütün müsəlman aləminə, islam dininə qarşı cinayət olduğunu bildirib.
Bəli, dağıdılması bir tərəfə, ermənilərin məscidlərdən tövlə kimi istifadə etmələri, orada donuz saxlamaları onların hansı xislətin, hansı çirkin keyfiyyətlərin daşıyıcısı olduqlarını göstərir. Dövlət başçısı ermənilərin cinayətlərinin dünyaya çatdırılması işində hər kəsi fəal olmağa çağırdı.
Bütün beynəlxalq təşkilatlar ermənilərin islam dəyərlərinə qənim kəsildiklərini, məscidləri təhqir etdiklərini, vəhşiliklərini görməlidir.
Qarabağa sonuncu səfəri zamanı Prezident İlham Əliyev Zəngilan məscidinin də təməlini qoydu. Dövlət başçısı bununla bir daha göstərdi ki, azad olunmuş ərazilərimizdə ermənilər tərəfindən dağıdılmış bütün məscidlər bərpa olunacaq, yenidən qurulacaq.
Xatırladaq ki, yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Şuşa şəhərindəki Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Yuxarı Gövhər ağa məscidi Şuşanın tam mərkəzində yerləşir. Qarabağ xanı İbrahimxəlil xanın qızı Gövhər ağanın adını daşıyır. Üstündəki naxışlar şuşalı xəttat Mir Möhsün Nəvvaba aiddir. Binanın fasadında “Qurani-kərim”dən ayələr həkk edilib. Həmçinin Gövhər ağanın vəsiyyətlərini əks etdirən daş kitabələr də yonulub.
1992-ci ildə Şuşanın işğalından sonra məscid ciddi dağıntılara məruz qalıb. Ermənilər “təmir-bərpa” adı altında məscidin üzərində olan və onun Azərbaycan xalqına məxsusluğunu xatırladan naxışları məhv etməyə çalışıblar. Bununla da məscidi erməniləşdirməyə çalışıblar. Amma nail ola bilməyiblər. Çünki bu məscidin erməniləşdirilməsi mümkün deyil.
Ağdam Cümə məscidinin quru divarlarını isə ermənilər yalnız hərbi məqsədlər üçün saxlamışdılar. İşğaldan sonra ermənilər məscidi benzin töküb yandırıblar, divarlarına təhqiramiz ifadələr yazıblar. İçərisində mal-qara və donuz saxlayıblar.
Ağdamda Şahbulaq ərazisində yerləşən, Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirilmiş Şahbulaq məscidi, onun davamı sayılan Paprəvənd kənd məscidi də eynilə viran qoyulub. Zəngilan, Cəbrayıl rayonundakı, Qubadlının Məmər, Füzulinin Alxanlı kənd məscidlərini də donuz ferması qismində istifadə ediblər.
Dağıdılan yalnız islam mədəniyyətinə aid olan abidələr deyil
Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi abidələrin vəziyyəti göstərir ki, ermənilər 1954-cü ildə qəbul edilmiş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” Haaqa Konvensiyasının tələblərini kobud şəkildə pozublar.
30 ilə yaxın işğal dövründə Qarabağda islam mədəniyyətinə aid olan bütün məscidlər, abidələr dağıdılıb. Lakin dağıdılan yalnız islam mədəniyyətinə aid abidələr deyil. Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağda Azərbaycan xalqına məxsus bütün tarixi abidələr də vandallığa məruz qalıb, muzeylər talan edilib, milli eksponatlarımız Ermənistana daşınıb.
İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılıb. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib.
Qarabağda erməni vandallarının dağıdıb viran qoyduqları tarixi, mədəni abidələrimiz saysızdır. Bu abidələr Qarabağın Azərbaycan xalqına məxsus qədim yaşayış məskəni olduğunu sübut etdiyindən ermənilər onu dağıtmaq üçün bütün vasitələrə əl atıblar.
Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə abidələrin ümumi sayı 3 minə qədərdir. Ermənistan işğal dövründə onları dağıtsa da, tarixi simasını dəyişdirmək istəsə də, Qarabağ torpaqlarının ermənilərə məxsus olduğunu sübut edə bilmədi. Hansısa saxta qazıntılarla Qarabağda “aşkar etdikləri” “erməni tarixi” də iflasa uğradı.
Artıq torpaqlarımız işğaldan azaddır. Qarabağda dağıdılmış bütün milli-mənəvi dəyərlərimiz, tarixi abidələrimiz, məscidlərimiz yenidən qurulacaq və onlar bu torpaqların qədim Azərbaycan yurdu olduğunu yenidən dünyaya bəyan edəcəklər.
Ramilə QURBANLI,
“Azərbaycan”
Dövlət komitəsinin sədri Zərdabda məscidlərin fəaliyyəti ilə tanış olub
Ersin Tatar: Şimali Kiprə dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm
ABŞ Prezidenti 75 ölkəyə tarif tətbiqini 90 günlük dayandırıb
Donald Tramp Çinə tətbiq etdiyi tarifi 125 faizə yüksəldib
Nazir: İsrail Azərbaycanla yol nəqliyyatı, o cümlədən dəmiryol nəqliyyatı sahəsində əməkdaşlıqda maraqlıdır
Moskva Rusiya XİN əməkdaşının Parisdə saxlanılmasını pisləyib
Azərbaycan Ordusunun mövqeləri Gorus istiqamətindən atəşə tutulub
Azərbaycan və Pakistan arasında sərmayələrin artırılması imkanları müzakirə edilib
Belçikada Azərbaycan-Ermənistan münasibətlərinə dair qərəzli qətnamə layihəsi ilə əlaqədar dinləmələr keçirilib
Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahdan
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan
Misirdə binanın uçması nəticəsində 6 nəfər həlak olub
Birləşmiş Ərəb Əmirliklərinin Qadınlar Birliyinin sədri Şeyxə Fatimə bint Mübarəkdən
Milli Məclisdə İranın parlament nümayəndə heyəti ilə görüş olub
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan
AHİK yeni sosial layihəyə başlayır
Moskvada Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin cari vəziyyəti nəzərdən keçirilib
Qatillərin axtarışı üçün alqoritm hazırlanır
Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediası Prezident İlham Əliyevin ADA Universitetindəki çıxışını geniş işıqlandırıb
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!