Bolqar bibərindən daha çox istifadə etmək üçün üç heyranedici səbəb
Bolqar bibəri çox universal bir məhsuldur. Onu özü-özlüyünə qəbul etmək, müxtəlif yemək və salatlara əlavə etmək, turşuya qoymaq və ya bəzək kimi istifadə etmək olar. AZƏRTAC MedicForum-a istinadla bolqar bibərinin faydalı xüsusiyyətlərindən bəhs edir.
Görmə qabiliyyətinin yaxşılaşdırılması. Bir çoxları yerkökünün gözlər üçün faydalı olduğunu bilir. Lakin, bibər də görmə qabiliyyətinin qoruyub saxlamağa kömək edir. ABŞ-ın Milli Göz İnstitutunun məlumatlarına görə, onun tərkibində, gözlərin sağlamlığı üçün həlledici əhəmiyyətə malik olan beta-karotin, lutein və zeaksantin karotinoid birləşmələri, həmçinin C vitamini vardı.
2019-cu ildə Proceedings of the Third International Tropical Agricultural Conference jurnalında dərc olunan Avstraliya tədqiqatı, sarı bolqar bibərində ən yüksək zeaksantin səviyyəsinin və eyni zamanda böyük miqdarda luteinin olduğunu göstərib.
Çəkinin azalması. Şirin bibərin başqa bir xüsusiyyəti, rəng seçimindən asılı olmayaraq, onun az kalorili olmasıdır – orta hesabla 1 bibərdə 31 kalori var. Əksər tərəvəzlər kimi, o, su və qida liflərindən ibarətdir. Bolqar bibəri kimi aşağı kalorili qidaların qəbul edilməsi - çəkinin azalması üçün sübut olunmuş strategiyadır.
Pensilvaniya Universitetinin qidalanma üzrə professoru Doktor Barbara Rolls, bibər kimi az kalorili qidaların qəbul edilməsinin bir yemək qəbulunda kalorilərin miqdarını azaltmağa imkan verdiyini qeyd edir. Tədqiqat iştirakçılarının 25 faizi gündə 800 kalori daha az qəbul edirdilər və aclıq hiss etmirdilər.
Sağlam oynaqlar. Bəzi insanlar artrit simptomlarının pisləşməsi qorxusu səbəbindən pomidor, badımcan və bibərdən istifadə etməkdən çəkinirlər, lakin, Klivlend klinikasının revmatoloqlarının sözlərinə görə, bu mifi təsdiq edən hər hansı bir elmi dəlil yoxdur.
Əksinə, bibər çox miqdarda C vitamini sayəsində qığırdaqları və sümükləri qoruyur. Yarım fincan qırmızı bibər, qadınlar və kişilər üçün müvafiq olaraq C vitamininin tövsiyə edilən 75 və 90 milliqramın gündəlik dozasını təmin edir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək
27 Aprel
Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib
27 Aprel
“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib
27 Aprel
Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm
27 Aprel
Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib...
27 Aprel
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
27 Aprel
“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər...
27 Aprel
Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfd...
27 Aprel
DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keç...
27 Aprel
Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!