Boliviya Prezidenti nümayişçilərdən üzr istədi
Boliviya Prezidenti Evo Morales Amazon çayı vadisində avtomobil magistralı inşasına qarşı çıxış edən nümayiş iştirakçılarından üzr istəmişdir. Nümayiş polis tərəfindən qəddarlıqla dağıdılmışdı. Bu barədə Si-En-En telekanalı xəbər verir. Morales məsələ ilə bağlı demişdir: "Hökumət üzvlərinin heç biri təsəvvür edə bilməzdi ki, qardaşlarımıza qarşı belə bir qəddarlıq nümayiş etdiriləcək".
Boliviya Prezidenti həmçinin hindi qəbilələrinin nümayəndələrinin iştirak etdiyi nümayişin dağıdılması barədə əmr vermədiyini bildirmişdir. Bundan əlavə, o, baş vermiş hadisəni hökumət üçün "həyəcan zəngi" kimi qiymətləndirmişdir.
"Assoşieyted Press" agentliyinin verdiyi xəbərə görə, mitinqin dağıdılması ölkənin bir çox şəhərlərində kütləvi çıxışlara və hökumətin istefası barədə çağırışlara gətirib çıxarmışdır. Nümayişlərdə on minlərlə adam iştirak etmişdir. Xatırladaq ki, avtomobil magistralının inşasına etiraz əlaməti olaraq 1000 nəfərə yaxın hindi ötən ay ölkənin ən iri şəhəri olan La-Pasa yollanmışdı. Sentyabrın 25-də Yukumo şəhərində nümayişçiləri polis qarşılamışdır. Onlara qarşı gözyaşardıcı qazdan istifadə edilmiş, yüzlərlə yürüş iştirakçısı həbs olunmuşdur. Qeyri-rəsmi məlumata görə, toqquşma zamanı 4 nəfər həlak olmuşdur. Lakin rəsmi hakimiyyət orqanları tələfat barədə məlumatı təkzib edir.
Mitinqin qəddarlıqla dağıdılması geniş ictimai əks-səda doğurmuşdur. Hadisədən sonra müdafiə naziri Sesiliya Çakon və daxili işlər naziri Saça Lyorenti istefaya getmişlər. Evo Morales bildirmişdir ki, şosenin inşası dayandırılacaq, avtomobil magistralının taleyini isə yerli sakinlər referendumda həll edəcəklər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır
27 Aprel
Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb
27 Aprel
Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub
27 Aprel
ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı ...
27 Aprel
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
27 Aprel
Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür
27 Aprel
Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub
27 Aprel
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
27 Aprel
Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq
27 Aprel
Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib...
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!