30 Aprel 2024 18:28
237
CƏMİYYƏT
A- A+

BMTM-də Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının heyəti ilə görüş olub

 

Aprelin 30-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının heyəti ilə görüş keçirilib.

BMTM-dən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ikitərəfli dostluq münasibətlərinə toxunan BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalı dövründə Pakistanın ölkəmizin ərazi bütövlüyü və suverenliyi ilə bağlı qətiyyətli mövqeyinə diqqət çəkib. Onun sözlərinə görə, Pakistan Azərbaycanı açıq bəyanatlarla və çoxtərəfli platformalarda dəstəkləməklə, ölkəmizin ədalətli mövqeyinə birmənalı sadiqliyini ifadə edib. F.Şəfiyev qeyd edib ki, Azərbaycan da Pakistanla bağlı bir çox məsələdə eyni qətiyyətli mövqedən çıxış edir.

Fərid Şəfiyev qonaqlara Cənubi Qafqazın tarixi, hazırkı regional dinamikalar, Azərbaycanın xarici siyasət prioritetləri, habelə nəqliyyat və bağlılıq layihələrinə töhfələri barədə məlumat verib.

Azərbaycanın sülh və çoxtərəfliliyə sadiqliyini vurğulayan BMTM sədri Ermənistanla sülh razılaşmasının əldə olunması, mehriban qonşuluq münasibətlərinin qorunması, eləcə də fəal, praqmatik və balanslı xarici siyasətin Azərbaycanın gündəmində əsas yerləri tutduğunu qeyd edib.

BMTM sədri bəzi dövlətlərin ikili standartlar siyasətinin regionda davamlı sülhə mənfi təsir etdiyini diqqətə çatdırıb.

Hərbi Hava Qüvvələri Akademiyasının baş təlimatçısı Şahin İdrisi isti qarşılanmaya görə təşəkkürünü ifadə edib. O, beynəlxalq münasibətlərdə cərəyan edən hadisələrin öyrənilməsi və uyğun cavab mexanizmlərinin hazırlanmasının vacibliyini qeyd edib. Baş təlimatçı, həmçinin Hərbi Hava Qüvvələri Akademiyası və onun fəaliyyəti barədə məlumat verib.

Toplantı regional və qlobal əhəmiyyət daşıyan vacib məsələlərin müzakirəsi ilə davam etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video