BMT Baş Assambleyasının prezidenti Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin nümayəndələri ilə görüşüb
İyunun 13-də ADA Universitetində BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahidin Azərbaycana səfəri çərçivəsində Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin nümayəndələri ilə görüşü keçirilib. ADA Universiteti və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən görüş COVID-19 pandemiyasından sonrakı dönəmdə dayanıqlı inkişafda gənclərin rolu mövzusuna həsr edilib. Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin digər üzv ölkələrdəki milli bölmələri tədbirə onlayn qoşulub.
AZƏRTAC xəbər verir ki, görüşü giriş sözü ilə açan ADA Universitetinin rektoru Hafiz Paşayev Abdulla Şahidi salamlayaraq onun indiyədək ADA Universitetində çıxış edən BMT Baş Assambleyasının üçüncü prezidenti olmasına diqqət çəkib. Hafiz Paşayev A.Şahidin gənclərlə görüşünün məhsuldar keçəcəyindən əmin olduğunu bildirib.
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov dünyanın hər yerində gənclərin öz ölkələrinin ictimai həyatlarında fəal iştirak etdiklərini diqqətə çatdırıb. Nazir müavini deyib: “Gələcək gənclərindir. Onlar öz bacarıqları və çalışqanlıqları ilə dövlətimizin inkişafına böyük töhfələr verirlər. Azərbaycanda Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi ötən ildən fəaliyyət göstərir və bu qurum vasitəsilə dünyanın hər yerindən gənclərlə ünsiyyət yaradılır. Bu ilin iyulunda ölkəmizdə Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin sammiti keçiriləcək”.
Pandemiyanın ağır təsirlərindən danışan nazir müavini bildirib ki, dünyada olduğu kimi, ölkəmizdə də həyat normal axarına düşür. E.Məmmədov vurğulayıb ki, elm, təhsil və başqa sahələrdə gənclərə əlverişli imkanların yaradılması vacib məsələlərdəndir.
BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahid bundan əvvəl ölkəsinin xarici işlər naziri qismində Azərbaycanda səfərdə olduğunu və növbəti dəfə Bakıya gəlməkdən məmnunluğunu ifadə edib. Gənclərin dayanıqlı inkişafda müstəsna rola malik olduğunu vurğulayan A.Şahid qlobal səviyyədə sülh, təhlükəsizlik, inkişaf və çoxtərəfliliyin qorunub saxlanması üçün atılmalı olan mühüm addımlardan biri kimi gənclərə dəstək məsələsinin önəmini qeyd edib.
Abdulla Şahid vurğulayıb ki, dünyada insan hüquqları, münaqişələr və iqlim dəyişikliyi haqqında ciddi düşünmək lazımdır. Gələcəyin hərəkətverici qüvvəsi kimi gənclərin üzərində də müəyyən mənada məsuliyyət düşür.
Dünyanın bir çox yerlərində - Əfqanıstanda, Suriyada və Ukraynada münaqişələr baş verdiyini diqqətə çatdıran BMT rəsmisi deyib: “Siz öz münasibətlərinizi bildirməlisiniz, çox fəal olmalısınız. Hər şeyin yaxşı olması üçün səylərinizi ortaya qoymalısınız. Mən gənc diplomatlar üçün xüsusi proqram hazırlamışam. Gənclərin səsi hər yerdə eşidilməlidir”.
Abdulla Şahid hər zaman gənclərlə əməkdaşlığa, onların təkliflərini dinləməyə hazır olduqlarını qeyd edib.
BMT-nin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdıran Abdulla Şahid regionda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycanın təşəbbüsünü yüksək dəyərləndirib.
Tədbirdə, həmçinin Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin Azərbaycan bölməsinin rəhbəri Orduxan Məmmədzadə çıxış edərək Şəbəkənin təsis edilməsi və beynəlxalq fəaliyyətindən danışıb.
O.Məmmədzadə bu ilin iyulunda keçiriləcək Gənclər Şəbəkəsinin iclasına onlayn qoşulmaq üçün BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahidə dəvət məktubu təqdim edib.
Tədbir müzakirələrlə davam edib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdi...
26 Aprel
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsd...
26 Aprel
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum...
26 Aprel
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ail...
26 Aprel
“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” pu...
26 Aprel
Fransızlar Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
25 Aprel
Tanzaniyada daşqınlar nəticəsində 155 nəfər ölüb
25 Aprel
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25 Aprel
Aydın Süleymanlı şahmat üzrə Azərbaycan çempionu olub
25 Aprel
ABŞ hərbi kontingentinin bir hissəsini Çaddan çıxarır
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!