Bir çox xəstəliklərin dərmanı
PP, C, D, B1, B2, B6 vitaminləri, dəmir, mis, sink, kalium, fosfor, kalsium duzları və fol turşusu ilə zəngin olan qarpız bütün bu vitamin və mikroelement bazası sayəsində qaraciyərdə mübadilə prosesini stimullaşdırır, ödün tərkibini yaxşılaşdırır, öd kisəsi və kanalda daşların əmələ gəlməsinin qarşısını alır. Tərkibindəki xeyli miqdarda fol turşusuna görə qan azlığı və dəmir defisitli anemiya zamanı tövsiyə olunur.
Qarpız likopin (antioksidləşdirici maddə) sayəsində qida borusu, prostat, mədə, süd vəziləri, mədəaltı vəz və digər xərçəng növləri ilə savaşır.
Qarpız güclü sidikqovucu vasitədir. Buna səbəb kalium duzlarıdır ki, bu həmçinin böyrəkdən, sidik kisəsi və sidik axarından daşların çıxarılmasına və parçalanmasına, həmçinin sistitin müalicəsinə kömək edir. Zəhərlənmə prosesində bağırsaqlarda yaranan toksinləri özünə hopduraraq bağırsaq mikroflorasını yaxşılaşdırır.
Bu giləmeyvədən həmçinin pektin əldə olunur. Pektin isə orqanizmdən toksik maddələrin, duzların və ağır metalların çıxarılmasında istifadə olunur. Buna görə də qarpız cərrahi əməliyyatlardan sonra xəstələrə məsləhət görülür. Xüsusilə narkoz altında keçirilən əməliyyatlardan sonra istifadə edilir.
Qeyd edək ki, qarpız yalnız mövsümündə yeyildikdə xeyirlidir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bakı Tikiş Evi: Bu gündən yeni məktəbli formaları satışa çıxarılır
17 Avqust
Ermənistanda iki günlük matəm başlayıb
17 Avqust
Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb...
17 Avqust
Qara gavalının daha bir faydası: sümükləri və ürəyi zədələnmədən qoruyur
17 Avqust
Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin doğum günü ilə əlaqədar paylaşım edib...
17 Avqust
Türkiyə dövlət sərhədində təhlükəsiz tədbirlərini gücləndirib
17 Avqust
Azərbaycan neftinin bir bareli 94,11 dollara satılır
17 Avqust
Respublika üzrə avqust ayının pensiya ödənişi tam yekunlaşdı
17 Avqust
Son iki gündə bir hissəsi qazi və şəhid ailəsi olan daha 120 şəxs üçün özünüməşğulluq proqramı üzrə ...
17 Avqust
Alimlər yağışın ətrinə dair tədqiqat aparıblar
17 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
KİFAYƏTDİR!

7 körpü, 7 tunel, 30 yeraltı keçid

Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə ver...

Konyada V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilibAzərbaycan Prezidenti İl...

Məşğulluğun təminatı dövlətin sosial siyasətinin ana xəttidir

ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!