31 May 2023 14:56
554
CƏMİYYƏT
A- A+
Biləsuvarda sel təhlükəsi ilə bağlı son vəziyyət açıqlanıb

Biləsuvarda sel təhlükəsi ilə bağlı son vəziyyət açıqlanıb

 

Biləsuvar Rayon İcra Hakimiyyəti sel təhlükəsi ilə bağlı rayondakı son vəziyyəti açıqlayıb.

AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, mayın 31-i saat 02.00 radələrində İran ərazisindən böyük su kütləsi Bolqarçay vasitəsilə rayon ərazisinə daxil olub. Sel sularının qarşısının alınması və əhalinin təhlükəsiz təxliyəsi məqsədilə RİH aparatı əməkdaşlarının, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Zakir Quliyevin, Rayon Polis Şöbəsinin rəisinin, FHN-in Şirvan-Salyan Regional bölməsinin əməkdaşlarının, rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə xüsusi qərargah yaradılıb.

Qərargahın rəhbərliyi və aidiyyəti təşkilatların kollektivləri və texnikaları vasitəsilə gecə boyu görülən tədbirlər nəticəsində suyun bir hissəsi Bolqarçay su anbarına, digər hissəsi Mahmudçala ərazisinə yönəldilib.

Selin yarada biləcəyi fəsadların qarşısının alınması və sakinlərin təhlükəsizliyi məqsədilə çayboyu yerləşən Amankənd kəndinin bir hissəsi, Yuxarı Ağalı və Muğan kəndlərinin əhalisi təhlükəsiz şəraitdə təxliyə olunub, sakinlərin mal-qarası və ətraf ərazidə heyvandarlıqla məşğul olan obalar ərazidən çıxarılıb.

Amankənd kəndi üzrə 45 təsərrüfatda 260 nəfər, Yuxarı Ağalı kəndi üzrə 164 təsərrüfatda 953 nəfər və Muğan kəndi üzrə 82 təsərrüfatda 477 nəfərin təxliyəsi həyata keçirilib.

Görülən tədbirlər nəticəsində hazırda suyun səviyyəsi normal vəziyyətə düşüb, sel suları heç bir dağıntı və tələfata səbəb olmayıb.

Kəndlərdən təxliyə olunan əhali öz evlərinə qayıdıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!