27 May 2022 03:19
480
ELANLAR
A- A+

BİLDİRİŞ

 

Elanları 11 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində və dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş və elektron satınalmaları proseduru çərçivəsində keçirilmiş açıq tenderlərlə əlaqədar Tender komissiyasının 12 may 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankında istifadə olunan server, kompüter və rabitə avadanlıqları üçün ehtiyat hissələrinin satın alınması üzrə "Unisell" MMC, Azərbaycan Respublikası Mərkəzi Bankında istifadə olunan printer və surətçıxaran aparatlar üçün katriclərin və toner tozunun satın alınması üzrə "Mixtoner" MMC, Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün kompüter, printer, şəbəkə və digər ofis avadanlıqlarının satın alınması üzrə "Ultra Technologies" MMC, Azərbaycan Respublikası Mərkəzi Bankında istismarda olan Elektron xidmətlər portalının proqram platformasının dəstəklənməsi xidmətinin və Azərbaycan Respublikası Mərkəzi Bankında istismarda olan Menecment informasiya sisteminin funksional imkanlarının genişləndirilməsi və dəstəklənməsi xidmətlərinin satın alınması üzrə isə "GTSolyuşnz" MMC qalib elan edilmişdir.

Qalib təşkilatlarla müvafiq satınalma müqavilələri imzalanmışdır.

 

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video