04 Oktyabr 2023 09:30
552
İQTİSADİYYAT
A- A+
Beynəlxalq astronavtika konqresləri özlüyündə böyük və maraqlı konseptdir

Beynəlxalq astronavtika konqresləri özlüyündə böyük və maraqlı konseptdir

 

Azərbaycanda keçirilən növbəti konqres əvvəlkilərdən bir sıra üstünlükləri ilə fərqlənir

 

Azərbaycanda müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində xeyli uğur əldə edilib. Ötən illər hərtərəfli dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradılaraq  informasiya təhlükəsizliyinin vacib komponenti olan kommunukasiya peykləri orbitə buraxılıb. Bununla xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılıb və peyk xidmətlərinin ixracına başlanılıb. 
İndi peyk şəbəkəmiz ölkəmizin suverenliyinin qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm dəstək verir. Ölkəmiz uğurlu  peyk layihələri sayəsində dünya kosmik  ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazanıb. Kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş  təcrübənin, formalaşmış yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq Azərbaycan qapılarını 74-cü Beynəlxalq Astronavtika Konqresinin üzünə açıb.  O bu haqqı 2019-cu ilin oktyabr ayında ABŞ-nin paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasına keçirilən seçkilər zamanı qazanıb. İlk dəfə 1973-cü ildə Bakıda keçirilən asrtronavtika konqresi 50 il sonra yenidən Bakıda fəaliyyətə başlayıb. Bunun böyük rəmzi mənası var. Belə nüfuzli tədbirin Azərbaycada keçirilməsi ona dəlalət edir ki,  ölkəmizdə kosmik sənayenin inkişafı  Beynəlxalq Astronavtika Konqresi ilə əməkdaşlığın genişlənməsi üçün çox böyük imkanlar yaradıb.
 Bu tədbirin Bakıda keçirilməsinin bir səbəbi də odur ki, artıq neçə illərdir  Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsi prioritet sahə elan edilib. Mütəxəssilərin  fikrincə, rabitə və informasiya texnologiyaları sahəsinin  neft sektorundan  sonra Azərbaycan iqtisadiyyatında ən inkişaf etmiş sahə olacağı gözlənilir. İnformasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi ölkənin hərtərəfli inkişafına xidmət etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyət daşıyır. 1950-ci ildən keçirilməyə başlayan konqresin yarım əsr  sonra Azərbaycanda ikinci dəfə keçirilməsi o deməkdir ki, Azərbaycan on ildən artıqdır beynəlxalq kosmik ailənin fəal  üzvünə çevrilib. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olan Azərbaycan kosmik sənayenin inkişafını sürətlə davam etdirir. Həmin üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərir. Sözügedən konqresdə çıxış edən Prezident İlham Əliyev bu tədbirin ölkəmizdə keçirilməsinin kökündə məhz güclü iqtisadiyyatın dayandığını bildirdi: "Qonaqlarımızın əksər hissəsi Azərbaycana ilk dəfədir səfər edir, mən sizə bəzi rəqəmlərlə bağlı məlumat vermək istərdim. Hesab edirəm ki, həmin rəqəmlər Azərbaycanda son zamanlarda əldə olunmuş nailiyyətləri aydın şəkildə nümayiş etdirir. Beləliklə, son 20 il ərzində, ümumi daxili məhsul dörd dəfə, büdcə gəlirlərimiz 30 dəfədən çox, xarici ticarət dövriyyəsi on dəfədən çox artıb. Biz birbaşa xarici borcun həcmini azalda bildik və hazırda o, ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. 2024-cü ilin sonuna qədər planlarımıza uyğun olaraq, onun həcmi ümumi daxili məhsulun təxminən 7-7,5 faizini təşkil edəcək. Azərbaycanın xarici valyuta ehtiyatları birbaşa xarici borcumuzu on dəfə üstələyir. Başqa sözlə, əgər lazım gələrsə, biz bütün borclarımızı bir neçə ay ərzində ödəyə bilərik. Biz çox müsbət sərmayə mühitini nəinki enerji, o cümlədən digər sektorlarda yaratmışıq. Beləliklə, son 20 il ərzindəki sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılmışdır".
Konqresdə 100-dən artıq ölkədən  gəlmiş 5 mindən çox nümayəndə iştirak edir ki, bu da indiyə kimi keçirilən digər konqreslərlə müqayisədə çox vacib göstəricidir. Onu da deyək ki, Beynəlxalq Astronavtika Akademiyası, Kosmos Hüquq üzrə Beynəlxalq İnstitutu və Kosmik Nəslin Məşvərət Şurası, eyni zamanda, "premium" sponsor olan Çinin Astronavtika Cəmiyyəti, "platin" sponsor olan Səudiyyə Ərəbistanının Kosmik Agentliyi, "SpaceX" və Türk Kosmik Agentliyi, "qızıl" sponsor olan "Israel Aerospace Industries" şirkəti, Birləşmiş Ərəb Əmirliklərinin Muhammed Bin Rəşid Kosmik Mərkəzi, "gümüş" sponsorlar olan "Airbus", "Axiom Space", "Intesputnik", "ispace" kompaniyaları, Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi, "Northrop Grumman", "Plan-S" və "Vast" şirkətləri və "bürünc" sponsorlar olan "Asgardia", "BlackSky", "Blue Origin", JGC Holdings Corporation", "Lockheed Martin" korporasiyaları konqresə davamlı dəstək olan tərəfdaşlardır. Bakı konqresi  iştirakçıların təkcə sayına görə deyil, tərkib baxımından  da əvvəlki  tədbirlərdən üstündür. Üstünlükilərdən biri  tədbirə təqdim edilən elmi məqalələrin sayının 3600-dək olmasıdır. Azərbaycanın elm adamları və tədqiqatçıları tərəfindən yazılan kosmosa və bəşəriyyətin xeyrinə müsbət təsir göstərə biləcək elmi məqalələrin sayı 214-dür.
Beş gün (2-6 oktyabr tarixində) davam edəcək 74-cü Beynəlxalq Astronavtika Konqresini məhz Bakıda keçirmək üçün daha öncədən  bir sıra işlər görülüb. Üç gün ərzində konqres çərçivəsində konfranslar, 190-dan çox texniki sessiya və sərgilər təşkil olunacaq. Tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri iştirak edirlər. 
Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzinin ərazisində inşa edilən 7800 kvadratmetrlik sərgi pavilyonunda müxtəlif ölkələrin kosmik qurumları və şirkətlərinin stendləri nümayiş olunacaq beynəlxalq tədbir növbəti  2 gündə  bütün qonaq və iştirakçılara kosmik sənayenin inkişafının gücləndirilməsi, qlobal tendensiyalar, kosmos innovasiyalar sahəsində tərəfdaşlıq və əməkdaşlıq yollarını müzakirə etmək imkanı verəcək. Bir  sözlə, Beynəlxalq Astronavtika Konqresi özündə böyük və maraqlı bir konsepti birləşdirir. Bu, texniki sessiyalar, elmi məqalələr və sərgi pavilyonlarıdır. Onu  demək yerinə düşür ki, həmin sərgi paviloyonları biznes imkanlarına da geniş yol açır. Beynəlxalq kosmik icmanın ekspertləri və liderlərini bir araya gətirən  74-cü Beynəlxalq Astronavtika Konqresi beynəlxalq səviyyədə əməkdaşlıq qurmaq üçün  də imkanlar yaradır.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!