Beşinci İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək əsas nümayəndə heyəti Konyaya çatıb
Avqustun 9-18-də keçiriləcək Beşinci İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək əsas nümayəndə heyəti Türkiyəyə çatıb.
AZƏRTAC xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbovun rəhbərlik etdiyi heyətdə idmançı və məşqçilərlə yanaşı, media nümayəndələri də yer alıblar.
Azərbaycan nümayəndə heyətini Türkiyənin tanınmış idman ictimaiyyətinin nümayəndələri böyük coşğu ilə qarşılayıblar.
Yarışın açılış mərasimi avqustun 9-da Konyadakı 42 min tamaşaçı tutumuna malik Böyükşəhər Bələdiyyəsi Stadionunda təşkil olunacaq. Möhtəşəm açılış mərasimi üç saat davam edəcək.
Yarışda 56 ölkədən 4 mindən artıq idmançı medallar uğrunda mübarizə aparacaq. İdmançılar atıcılıq, atletika, basketbol (3x3), velosiped, gimnastika (idman, bədii, aerobika), futbol, qılıncoynatma, güləş, ağır atletika, həndbol, cüdo, karate, kikboksinq, stolüstü tennis, kamandan oxatma, taekvondo, voleybol, üzgüçülük və milli oxçuluq növlərində yarışacaqlar. Paralimpiyaçılar isə atletika, stolüstü tennis, kamandan oxatma, boccia və üzgüçülük yarışlarında güclərini sınayacaqlar.
İdmançılar 483 dəst medal uğrunda mübarizə aparacaqlar. Yarışda ilk səkkiz yeri tutan atletlərə xüsusi sertifikat təqdim olunacaq.
Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar aras...
26 Aprel
Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir...
26 Aprel
Azərbaycanda daşınmaz əmlak xaotik bahalaşır - MÜSAHİBƏ
26 Aprel
Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində işt...
26 Aprel
XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub
26 Aprel
Ayın üzərində ilk reklam yerləşdirilib
26 Aprel
Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur
26 Aprel
Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb
26 Aprel
“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib
26 Aprel
XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!