05 Dekabr 2021 00:36
366
Oxucu məktubları

"Beşbarmaq" piri ərazisində səliqə-sahman yaradılmışdır"

 

"Azərbaycan" qəzetinin 30 sentyabr 2021-ci il tarixli sayında dərc edilmiş "Beşbarmaq" pirinin qarşısındakı ərazidə antisanitariyadır" sərlövhəli oxucu məktubunda qaldırılmış problemlə əlaqədar aşağıdakıları bildiririk:

Məktubda qeyd olunan ərazi Zarat bələdiyyəsinin ərazisində yerləşdiyi üçün bələdiyyə tərəfindən həmin yerə baxış keçirilmiş və müvafiq tədbirlər görülmüşdür. Ərazidə mövcud olan antisanitar vəziyyət qısa müddət ərzində aradan qaldırılmış və səliqə-sahman işləri aparılmışdır. Həmin ərazi bundan sonra da daim nəzarətdə saxlanılaraq təkrar antisanitariya vəziyyətinin yaranması hallarının qarşısı alınacaqdır.

 

Təhminə BƏXTİYAROVA,

Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video