14 Avqust 2023 21:36
17882
İDMAN
A- A+
Belarusda MDB ölkələrinin II Oyunları başa çatıb

Belarusda MDB ölkələrinin II Oyunları başa çatıb


Azərbaycan komandası 62 medal qazanıb


Belarusda  keçirilən MDB ölkələrinin II Oyunları “Minsk -Arena”da təntənəli bağlanış mərasimi ilə başa çatıb.
Azərbaycan komandası yarışlarda 62 medal - 10 qızıl, 17 gümüş və 35 bürünc qazanıb 22 ölkə arasında 4-cü yerdə qərarlaşıb.  Bu, 2021-ci ildə Kazanda keçirilən Oyunlarla müqayisədə iki medal çoxdur.
Rusiya komandası 288 medalla komanda hesabında qələbə qazanıb. İkinci yeri 236 medalla Belarus komandası tutub. Üçüncü yerə 106 medal qazanan Özbəkistan idmançıları sahibləniblər.
Bağlanış mərasimində İdmançıların ənənəvi paradından sonra MDB-nin baş katibi Sergey Lebedev Oyunları bağlı elan edib. "İstənilən sanksiya maneələrinə baxmayaraq, Belarusda 10 gün ərzində idman, sülh və dostluq hökm sürür. Təkcə Birlik ölkələrindən olan dostlarımızın deyil, uzaq xaricdən 13 dövlətin idmançıların da iştirak etməsi açıq və inandırıcı şəkildə göstərir ki, idmanda dövlətlər arasında sərhəd yoxdur və ola bilməz, siyasət və ayrı-seçkilik yoxdur və olmamalıdır.Bu yarışlar bir daha nümayiş etdirdi ki, əsl idmanda ədalətli mübarizə, bərabərlik və bayram əhval-ruhiyyəsi var”, -  deyə Lebedev vurğulayıb.
Müstəqil Dövlətlər Birliyinin bayrağı endirilərək 2025-ci ildə Azərbaycanda keçiriləcək MDB ölkələrinin növbəti, III Oyunlarının təşkilat komitəsinə təntənəli şəkildə təhvil verilib. Oyunların rəsmi bayrağının təqdim edilməsində Belarus Baş nazirinin müavini İqor Petrişenko və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev iştirak ediblər.


Rizvan CƏFƏROV,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!